Название: Hekayələr
Автор: Абдурагим-бек Ахвердов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242218
isbn:
Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı:
– De görüm, nə var?
– İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız?
– Bu nə sözdür? Məgər Arakelin dükanını yaran sənə məlumdur?
– Bəli, məlumdur, təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. İstəyirsiniz, siz qayıdınca mən buradan getməyim. Əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz.
Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub, çiyninə bir yapıncı salıb qapıya çıxdı.
– Darvaza döyən, kimsən?
– Pristavdır, gəl, aç qapını!
Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağıtək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı:
– Get, yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər!
Şəbanın evini alt-üst etdilər. Həqiqət, Arakelin dükanından getmiş şeylərdən iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı.
Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib, paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Müsinn – yaşlı, qoca
2
Tilavəti-Quran – Quranı avazla oxumaq
3
Böht aparmaq – fikrə getmək
4
Çərəkə – köhn. keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı
5
Dəstpərvərdə – köhn. birinin yetişdirməsi olan, birinin yanında tərbiyə alan, sənət öyrənən adam
6
Xüşkbarfüruş (xüşkbar, xüşkbər – meyvə qurusu) – köhn. meyvə qurusu satan adam
7
Dövlətmənd – köhn. dövlətli, varlı,
8
Mürəffəhülhal – yaşayışı gen-bolluqla, ehtiyacsız keçən
9
Rizaməndlik – klas. razılıq
10
Kəlləpəz – köhn. kəlləpaça bişirib satan adam
11
Qaidə – köhn. qayda
12
Nəf (klas. xeyir, fayda, mənfəət) eləmək – fayda götürmək, xeyir görmək, mənfəət qazanmaq
13
Zürriyyət – klas. övlad, nəsil
14
Axirüləmr – nəhayət
15
Tul – köhn. dan. uzun
16
Xudanəkərdə – Allah eləməsin
17
Abru – abır-həya
18
Rehlət etmək – köçmək, vəfat etmək
19
Xişu-əqvam – qohum-əqrəba
20
Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.
21
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
22
Eşitmək СКАЧАТЬ