Başsız atlı. Майн Рид
Чтение книги онлайн.

Читать онлайн книгу Başsız atlı - Майн Рид страница 5

Название: Başsız atlı

Автор: Майн Рид

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952240481 

isbn:

СКАЧАТЬ tələdir. Vəhşi atlar buraya su içməyə gəlirlər və ya onları buraya mustangerlər qovub gətirirlər. Ağıla girdikdən sonra geriyə yolu bağlayırlar və burada onları kəməndlə tutmaq çətin olmur.

      Moris qızı dalğın görərək dedi:

      – Yəqin ki, öz dostlarınızın yanına qayıtmaq istəyirsiniz. Görünür, gec qaldığınız üçün atanız narahat olmuşdur.

      Qız təəssüf duyulan səslə:

      – Bəli, siz haqlısınız, – deyə tələsik və bir qədər incik səslə cavab verdi. – Ser, sağ olun ki, vəzifəmi mənə xatırlatdınız. Geri qayıtmaq lazımdır.

      Yenə də çöllə gedirdilər. Onlar atlarını kəsə yolla məclis olan yerə sürürdülər. Güllü-çiçəkli bir düzənlikdə qız ixtiyarsız halda atını saxlayaraq:

      – Nə qədər gözəldir! – deyə sevinclə səsləndi.

      – Miss Poyndekster, bura sizin xoşunuza gəlirmi?

      – Xoşuna gəlir də sözdür, ser!

      – Ancaq belə bir yerdə yaşamaq, yəqin ki, sizi çox tez usandırar: cəmiyyətdən, mədəniyyətdən uzaq…

      – Bəs bu həyat sizi niyə usandırmır? Mister Stamp deyirdi ki, artıq neçə ildir belə bir həyat sürürsünüz. Bu doğrudurmu?

      – Tamamilə doğrudur.

      – Necə yaşadığınızı mənə söyləmədiniz. Eviniz varmı?

      – Mənim daxmama ev demək mübaliğə olardı.

      – Buradan çoxmu uzaqdadır?

      – Bir mildən çox olmaz… Orada süd qardaşım Felimlə birlikdə yaşayırıq. Bir mil oraya, bir mil geriyə – cəmi iki mil…

      – Bu, uzaq deyil, iyirmi dəqiqə bizə kifayət edər.

      Luiza mustangerin Alamodakı komasına gəldi. Komada kitab, kağız, yazı ləvazimatı və koma sahibinin mədəni adam olduğunu göstərən digər xırda-xuruş şeylər gördükdə xoş təəccüb hissi onu bürüdü. Felimin gülməli danışığı onun kefini daha da açdı. Təklif olunan yeməklərdən imtina etmədi. Nəhayət, şən və kefi kök halda qalxdı. Mustanger bu müddət ərzində ciddi nəzakət dairəsindən kənara çıxmamışdı.

      Qısqanclıq onları izləyir

      Atlılar çöldə vəhşi ilxını, xal-xal mustanqı və mustangeri gözdən itirdikdən sonra bir-birini də itirməyə başladılar. Çox keçmədi, onlar tək-tək, ikibir-üçbir düzənliyə səpələndilər. Yalnız bir atlı izi düz tutub gedirdi. Bu, kapitan Kassi Kolhaun idi.

      İzlər onu talaya gətirib çıxardı. Bu yerdə ona başqa bir atlı yaxınlaşdı. Bu, Zeb Stamp idi. Qoca ovçu yaxınlaşıb soruşdu:

      – Mister Kolhaun, gənc ledi haqqında bir şey bilirsinizmi? Yox, siz heç bir şey bilmirsiniz. – O, Kolha-unun üzünə baxaraq belə bir nəticəyə gəlmişdi.

      – Mən başa düşmürəm, onlar atlarını hansı tərəfə sürmüşlər? Bu izlərdən belə qənaətə gəlmək olur ki, onlar burada dayanıblarmış.

      – Bəli, bəli, siz haqlısınız. Onlar burada atlarını saxlayıblarmış. Özü də bir-birinə çox yaxın dayanıblarmış.

      Qoca ovçu təfsilata varmayaraq atını izlə sürdü. Kolhaun onun dalınca getdi. Yalnız yarğanın qaşına çatdıqda dərin qorxu ifadəsi Zebin üzündən çəkildi.

      – Buraya baxın!

      – Bir ayğır öldürülmüşdür! Bu nə deməkdir?

      – Bu o deməkdir ki, onu mustanger öldürmüşdür. Beləliklə, qalan vəhşi atları elə qorxudub ki, onlar atlıları təqib etməkdən əl çəkmişlər.

      – Siz Luiza ilə mustangerin bu yarğanın üzərindən atıldıqlarını ehtimal edirsiniz? Axı bu, mümkün olan iş deyil?

      – Əlbəttə, atılmışlar. Məgər siz uçurumun o tayında və bu tayında at ayaqlarının izlərini görmürsünüz?

      Ağır fikirlərə dalmış Kolhaun qoca ovçunu orada qoyub atını kef məclisi olan yerə çapırdı. Yolda o, uzaqdan görünən iki atlını dərhal tanıdı. Atlarını yavaş sürürdülər. Nəsə danışırdılar. Bircə onların nə danışdıqlarını eşidə bilsəydi! Kolhaun atlılara lap yaxınlaşdı. Luizanın arabir sevinclə mustangerə baxdığını gördükcə gözləri dəhşətli bir kinlə parıldayırdı.

      Məclisdəki adamlar onları sevinclə qarşıladılar.

      Su ilə qarışıq viski

      İnc qalası yaxınlığında salınmış kiçik şəhərdəki mehmanxana buranın ən görkəmli binası idi. Mehmanxananın adı "Xoş gəlmişsiniz" idi. Qadınlar istisna olmaqla gəzintidə iştirak etmiş qonaqların, demək olar, hamısı axşamı barda başa vurmağı qərara aldı. İçəri daxil olanlar birbaşa piştaxtaya tərəf gedib sevdiyi içkini tələb edir, sonra öz tanışlarına qoşulurdular.

      Artıq oxucuya tanış olan üç zabit – kapitan Sloumen, draqun Henkok və atıcı Krossmen bir dəstədə idi. Mayor da onların arasında idi. Söhbətin mövzusu günün hadisəsi idi.

      – Kolhaun qayıdarkən siz onun sifətinə diqqət yetirdinizmi? – deyə Sloumen soruşdu. – Bulud kimi tutulmuşdu.

      – Bəli, onun üz-gözündən zəhrimar yağırdı, – deyə mayor cavab verdi.

      – Doğrudanmı, Kolhaun qızı Moris-mustangerə qısqanır?

      Henkok içəri girən mustangeri görüb mayorun sözünü kəsdi:

      – Budur, özü də gəldi. Qoy özü bizə söyləsin. O, sadə bir oğlandır və biz ondan hər şeyi öyrənərik.

      Moris dinməzcə piştaxtaya yaxınlaşıb:

      – Rica edirəm, bir stəkan su ilə qarışıq viski verin, – deyə təvazökarlıqla meyxana sahibinə müraciət etdi.

      Meyxana sahibi mustangerə viski süzdüyü zaman o dönüb zabitlərə salam verdi. Mustanger zabitlərin çoxu ilə tanış idi.

      Bu zaman Kassi Kolhaun da gəlib çıxdı. O özünə xas təkəbbürlə zabitlərə və mülki şəxslərə salam verdi. Kapitan sərxoş olmasa da, hər halda, çox nəşəli idi. Onun gözləri qəribə tərzdə parlayırdı.

      – Gəlin içək! – deyə Kolhaun adamlara müraciət etdi.

      – İçək, içək! – deyə bir neçə səs cavab verdi.

      Bütün dəstə piştaxtaya yaxınlaşdı və hər kəs içki sifariş СКАЧАТЬ