20000 lyö su altı ilə. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу 20000 lyö su altı ilə - Жюль Верн страница 4

Название: 20000 lyö su altı ilə

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241501 

isbn:

СКАЧАТЬ edirdi. Ümid etmək olardı ki, heyvan buxar maşını ilə bacara bilməyəcək, yorulacaq. Lakin saatlar keçir, bu dəniz heyvanı isə yorulmaq bilmirdi. Yenidən axşam düşdü və zülmət gecə fırtınalı suları sardı.

      Gecə saat on birə on dəqiqə qalmış freqatdan üç mil aralıda parıltı yenidən göründü. Narval sanki hərəkətsiz olaraq qalmışdı. Dalğaların üstündə yırğalanaraq yatırdı. Kapitan bəxtini sınamağı qərara aldı.

      “Abraham Linkoln” heyvanı oyatmamaq üçün yavaş sürətlə irəliləməyə başladı. Kanadalı gəminin burun hissəsində yenidən öz yerini tutdu. Ned dəfələrlə yatmış balinaları çəngəllədiyi üçün bunu indi də etməyə hazır idi.

      Mühərriklərin səsi nəhəngi oyatmasın deyə Faraqut onları söndürməyi əmr etdi. Əmrə o dəqiqə əməl olundu. İndi gəmi ətalət sürəti ilə irəliləməkdə idi. Hamı nəfəsini içinə qısmışdı. Biz bu yumurtaşəkilli heyvandan təxminən yüz addım aralı idik. Onun işığı gözlərimizi qamaşdırırdı.

      Ned öz dəhşətli silahını irəli uzatdı. Freqat bu hərəkətsiz heyvana bir az da yaxınlaşdı. Arada iyirmi addımlıq bir məsafə qalmışdı.

      Birdən Nedin əli qüvvətlə havada yarımdairə cızdı və çəngəl uçdu. Mən sanki bərk metala dəyməkdən qopan cingilti səsi eşitdim.

      Elektrik işığı birdən-birə söndü və qəflətən freqatın göyərtəsinə iki sütundan su fışqırdı. Qüvvətli su axını adamları yerə yıxır, önündəki hər şeyi parçalayıb dağıdırdı.

      Mən məhəccərdən tutmağa fürsət tapmayaraq suya yıxıldım.

      Naməlum balina

      Əvvəlcə mən suya batdım. Yaxşı üzə bildiyim üçün özümü itirmədim. Suyun üzərinə çıxaraq, ilk növbədə, freqatı aramağa başladım. Görəsən, gəmidəkilər mənim suya yıxıldığımı gördülərmi? Kapitan Faraqut dənizə qayıq saldımı? Qaranlıqda getdikcə uzaqlaşan qara bir nöqtə gördüm. Başa düşdüm ki, bu, freqatdır.

      – Mənə tərəf gəlin, mənə tərəf gəlin, – deyə mən çığırır və üzərək freqata çatmağa çalışırdım.

      Əynimdəki paltar üzməyi çətinləşdirirdi, nəfəsim tutulur, batırdım…

      – Kömək edin!

      Bu mənim son çığırtım idi. Artıq batdığımı hiss edərək ümidsizcəsinə çabaladım.

      Birdən qüvvətli bir əl çiynimdən yapışdı və məni suyun üzünə çıxardı.

      – Əgər ağam lütf edib çiynimə söykənsə, daha rahat üzə bilər.

      Mən sədaqətli Konselin qollarına sarıldım.

      – Bu sənsən? – deyə səsləndim. – Deməli, təkan səni də dənizə atdı, eləmi?

      – Heç də yox. Cənab professorun xidmətində olduğum üçün onun ardınca dənizə atılmağı özümə borc bildim.

      – Bəs freqat?

      – Ağam onun yardımına bel bağlamasa, daha yaxşı olar. Mən dənizə atıldığım anda növbətçi matros “vint və sükan qırıldı!” deyə bağırırdı. Nəhəngin dişləri onları qırdı. İndi gəmi dalğaların ümidinə qalıb.

      – Deməli, məhv olduq?

      – Ola bilər. Lakin ixtiyarımızda bir neçə saat var. Bir neçə saata çox iş görmək olar.

      Konselin soyuqqanlılığı məni ürəkləndirdi. Mən daha artıq sürətlə üzməyə başladım. Lakin paltarım mənə yenə də mane olurdu. Konsel bunu anladı.

      – Xahiş edirəm, ağam paltarını kəsmək üçün mənə izin versin.

      O, paltarımı başdan-ayağa cib bıçağı ilə cıraraq mənə soyunmağa kömək etdi. Mən də onun paltarını kəsməyə kömək etdim. Biz yanaşı üzməyə başladıq.

      Sükanı qırılmış gəmi küləyin əksinə üzə bilməzdi. Biz Faraqutun bizə qayıq göndərəcəyinə ümid edə bilərdik. Bunu anlayıb mümkün olduqca su üstündə qalmağa qərar verdik. Qüvvə sərf etməmək üçün növbə ilə qollarımızı çarpazlayıb su üstündə qalacaq, digəri üzərək onu irəliyə itələyəcəkdi. Bu halda günəş çıxanadək su üstündə qala bilərdik.

      Sular sakit və ləpəsiz idi. Lakin gecə saat birə yaxın özümdə ölümcül bir yorğunluq hiss etdim. Qollarım və ayaqlarım tamam keyləşmişdi.

      Konsel məni də çəkib aparmalı olurdu. Zavallı gənc çox çəkmədən ağır-ağır nəfəs almağa başladı.

      – Məni burax!.. Burax məni!.. – deyə əmr etdim.

      – Ağamı tərk edim? Heç vaxt!

      Bu anda küləyin şərqə tərəf qovduğu buludların arasından Ay göründü. Okeanın səthi işıqlandı. Mən başımı qaldırıb freqatı gördüm. O bizdən beş mil qədər aralı idi. Bağırmaq istədim. Lakin bu məsafədən səsimizin eşidiləcəyinə heç inanmırdım.

      Konsel isə bir neçə dəfə:

      – Kömək edin!.. Kömək edin!.. – deyə qışqırdı.

      Biz bir saniyə dayanıb qulaq asdıq. Bu nədir?.. Sanki qulağımıza bir səs gəldi.

      – Eşitdinmi?

      – Bəli, bəli!

      Konsel yenə bağırdı. Artıq heç bir şübhə yox idi. Konselin bağırtısına bir insan səsi cavab verdi.

      Konsel mənim çiynimə söykənərək yarıya qədər qalxıb sudan boylandı və yenidən suya yıxıldı.

      – Mən… – deyə pıçıldadı. – Mən… gördüm… Yaxşısı budur ki, səsimizi kəsək.

      Axı Konsel nə görmüşdü? Nədənsə bu an ağlıma nəhəng gəldi.

      Konsel məni yenə suyun üzərində irəliyə itələyirdi. Mən get-gedə gücdən düşürdüm. Həyat ilə vidalaşmaq üçün son dəfə başımı qaldırdım.

      Elə bu əsnada bərk bir şeyə toxundum və ondan yapışdım. Sonra sudan çıxarıldığımı hiss etdim. Elə bu an huşumu itirdim.

      Görünür, məni ovduqları üçün tez özümə gəlmişəm.

      – Konsel…

      – Ağam məni çağırdı?

      Konselin səsi gəlsə də, mən Ay işığında onun deyil, mənə tanış СКАЧАТЬ