Название: Ac həriflər
Автор: Абдурагим-бек Ахвердов
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-29-7
isbn:
Mustafa xan. Bəs niyə əsir eləmədin?
Sadıq xan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən, şah gəlir. (Gedir.)
Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.
Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da, ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır, yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil.
Gedirlər.
Ağa Məhəmməd şah Qacar (Vəziri Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.
Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.
Ağa Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə əzl78 eləmişdim.
H a c ı İ b r a h i m x a n. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbari-aliyə gəlib.
Ağa Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?
Hacı İbrahim xan. Bəli, qurban.
Ağa Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm, o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlartək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?
Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:
Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd.79
Ağa Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.
Hacı İbrahimxan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.
Ağa Məhəmməd şah Qacar. Buyur, sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrux bizim müqabilimizə çıxa bilməyəcəklər.
Sadıq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da, eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.
Ağa Məhəmməd şah Qacar. De görüm, Sadıq xan.
Hacı İbrahim xan daxil olur.
Sadıq xan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyi-acizanə edirik ki, əlahəzrəti-şahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin.
Ağa Məhəmməd şah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də indi sizə bəyan edərəm. (Vəzirə) Hacı İbrahim, tacı və qılıncı gətir. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm.
Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik.
Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın qabağında.
Ağa Məhəmməd şah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə80 edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, Şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvitək padşahın bərabəri olam və padşah İsmayıltək islama rəvac vermiş olam. Amma indi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də Şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi СКАЧАТЬ
77
Məşriqzəmin – Şərq ölkələri
78
Əzl – işdən çıxarma, vəzifədən azad etmə
79
Əgər məni saxlayan mənim tanıdığımdırsa, o, şüşəni dağın bağrında saxlaya bilər.
80
Bərgüzidə – bəyənilmiş, seçilmiş