Məni itirməyin. Исмаил Шихлы
Чтение книги онлайн.

Читать онлайн книгу Məni itirməyin - Исмаил Шихлы страница 4

Название: Məni itirməyin

Автор: Исмаил Шихлы

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-02-0

isbn:

СКАЧАТЬ qəhqəhə çəkdi. Əvvəlcə istədi, onları qabağına qatıb qəbiristanlıqdan qovsun. Sonra fikrini dəyişdi:

      – Mənə siz yox, Rüstəm Zal lazımdır.

      Ölülər daşları qaldırıb qəbirlərin altında yox oldular.

      Diziaynalı pəhləvanın sükutdan qulaqları cingildədi… Üfüqə doğru əyilmiş günəşin qürub sarılığında daha vahiməli görünən başdaşlarına baxıb yenidən qışqırdı:

      – Rüstəm Zal, hey!

      Onun səsi qəbir daşlarına toxunub cingildədi. Pəhləvan qulaq verib öz səsinin əks-sədasını dinlədi. Birdən ayağının altında yer titrədi. Başdaşları silkələnib şaqqıldadı və Diziaynalı gördü ki, qəbiristanlığın aşağı tərəfindən bir təpə qalxdı və onun üstünə yeridi. Diziaynalını vahimə basdı. Dalı-dalı geri çəkilib kürəyini uca bir başdaşına söykədi. Qılıncının dəstəyindən yapışıb gözlədi.

      Gələn insan idi. Yeridikcə dizə qədər torpağa batırdı. Onun enli kürəyi günəşin qabağını kəsdiyindən qəbiristanlığa qaranlıq çökdü. Ətrafdakı quru otlar, yovşan kolları tərpənib xışıldadı. Elə bil külək əsdi. Diziaynalının bədənini soyuq tər basdı. Çığırmaq istədi, səsi çıxmadı. Vahiməli-vahiməli qılıncını siyirib havada yellədi. Qüvvətli bir əl onun qolunu burub yanına saldı:

      – Özünü niyə itirdin?

      – Sən kimsən?

      – Rüstəm Zalam.

      O, kənarda durdu. Pəhləvanın üzünə gün düşdü. Diziaynalı təpimiş dodaqlarını yalayıb qarşısında dayanan nəhəngə baxdı:

      – Yeriyəndə niyə torpağa batırsan?

      – Görünür, torpaq yumşaqdır.

      – Bəs mən niyə batmıram?

      – Yəqin, mən səndən ağıram.

      – Yəni demək istəyirsən ki, səndən güclüyəm?

      – Bilmirəm, hələ səninlə gücümü sınamamışam.

      – Sən pəhləvansan?

      Rüstəm Zal gülümsündü:

      – Sözünü de.

      Diziaynalı onun mehribançılığından azacıq ürəkləndi, altdan yuxarı Rüstəmin üzünə baxdı. Bu nəhəngin qarşısında nə qədər balaca və çəlimsiz olduğunu dərk etdi.

      – Bəs səsin-sorağın qulağıma niyə dəyməyib?

      – Hamı sənin kimi adlı-sanlı olmaz ki?

      – Yoxsa mənim güclü pəhləvan olduğuma inanmırsan? Məni bütün dünya tanıyır. Hamı qabağımda zağ-zağ əsir. Neçə pəhləvanın kürəyini yerə vurmuşam, ancaq hələ mənim dizimi yerə gətirən olmayıb.

      – Bilirəm.

      – Dördböyrək pəhləvanı mən yıxmışam.

      – Bilirəm.

      – Kəlboyunu da mən dizimin altına almışam.

      – Onu da bilirəm.

      – Haçaürək pəhləvanı necə danaboynu elədiyimi, yəqin, eşitmisən.

      – Eşitmişəm.

      – Bəs niyə gülürsən?

      – Ona görə ki, o pəhləvanlar səndən güclüdürlər.

      – Necə? Məndən güclüdürlər? Bəs niyə kürəklərini yerə vurub dizimin altına alıram? Bəs niyə qabağımda duruş gətirə bilməyib yıxılırlar?

      – Şahın qorxusundan.

      – Şahın buraya nə dəxli var?

      – Var, əzizim, var. Əgər o, sənin dalında durmasa, bircə gündə yox olarsan.

      – Elə şey yoxdur. Mənim özüm güclüyəm. Mənim qabağıma heç kim çıxa bilməz. Nə qədər adsan qazanmışamsa, özüm qazanmışam. Mənim dizimi yerə gətirən hələ anasından olmayıb. Ona görə mənə “Diziaynalı” deyirlər.

      Rüstəm gülümsündü. Yuxarıdan aşağı baxıb qarşısındakı pəhləvanın pörtmüş sifətini, qılıncın dəstəsindən necə yapışdığını gördü. Onun xoruz kimi boynunu şax tutub dünyaya meydan oxumaq fikrində olduğunu anladı. Əlini pəhləvanın çiyninə qoyub ehmalca aşağı basdı. Diziaynalı ağırlıq altına düşmüş yay kimi sıxılıb balacalaşdı. Nə qədər silkələndisə, çiynindəki ağrıları ata bilmədi. Özü də hiss etmədən büzüşüb aşağı çökdü. Dizləri yerə gəldi. Rüstəm onun dizlərinin ehmalca yerə toxunduğunu hiss edib dayandı. Bir balaca da əlinin ağırlığını salsaydı, pəhləvanın dizlərindəki aynalar sına bilərdi. Rüstəm bunu istəmədi. Əlini boşaltdı. Pəhləvanın çiynindən yapışıb yuxarı qaldırdı. Sıxılmış “yay” indi də astaca açılıb dikəldi. Rüstəm əlini götürdü. Pəhləvan dərindən nəfəs alıb ufuldandı. Bilmədi, gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə ayağının altında yer titrədi, başdaşları silkələnib şaqqıldadı. Rüstəm Zal yox oldu. Pəhləvan çiynini ovxalaya-ovxalaya onun qarasınca qışqırdı:

      – Sənin ki belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən?

      Yerin altından səs gəldi:

      – Sənə “aslanım” deyən mənə “pişiyim” desəydi, dünyanı çiynimdə gəzdirərdim.

      Diziaynalı kürəyini söykədiyi başdaşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi.

      Qəbiristanlığa ağır və vahiməli bir sükut çökdü.

      Dəvəçi

      Dəvəçi can verirdi. Ev-eşiyindən uzaqda, qürbət diyarda, səhranın ortasında, quyu üstündəki ağacın kölgəsində. Düz üç gün idi ki, bədəni od tutub yanırdı. Gah titrəyir, günün qızmarında kürkə bürünürdü, amma titrəməsi kəsmirdi, gah da elə bil bədəninə qor dolurdu, istidən dili-dodağı təpiyirdi. Yaxasını, başını açıb qumun içində eşələnirdi. Evdə olsaydı, qızı başına fırlanar, ayağını ovxalayar, kürəyini ovub tez-tez alnına sərin dəsmal qoyardı. Arvadı gecəli-gündüzlü yastığının dibini kəsdirərdi. Amma burada heç kəsi yox idi. Bir dəvəsi idi, bir də özü. Yazıq dəvə əldən düşmüşdü. Kişinin gah başına dolanırdı, gah da ayağına. Bircə ona gücü çatırdı ki, tez-tez ağzını su ilə doldurub sahibinin СКАЧАТЬ