Çoxbilmiş. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Çoxbilmiş - Народное творчество страница 2

Название: Çoxbilmiş

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      21. Qaçanı qovmazlar.

      22. Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.

      23. Qorxaq qaçar hay gəlməmiş, çırmanar keçməyə çay gəlməmiş.

      24. Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.

      25. Qorxaq nə zərər eylər, nə mənfəət.

      26. Qorxaq hər şeyi dörd görər.

      27. Qorxaq öz kölgəsindən də qorxar.

      28. Qorxan gözə çöp düşər.

      29. Qorxan öküz cütə getməz.

      30. Qorxu adama yalan söylədər.

      31. Qorxu başa bəladır.

      32. Qorunan baş salamat olar.

      

33. Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.

      34. Qoçdan qoç törər.

      35. Qoç döyüşünə qoç dözər.

      36. Qoç igid qurddan çəkinməz.

      37. Qurbansız bayram olmaz.

      38. Qurddan qorxan qoyun saxlamaz.

      39. Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.

      40. Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.

      41. Dağlar başına qış, igid başına iş.

      42. Zəri də var, zoru da.

      43. İgid arxasında igid gizlənər.

      44. İgid ağzını açmaz, əlini açar.

      45. İgid qovğasız olmaz.

      46. İgid igidə xor baxmaz.

      47. İgid ilqarından, dəvə ovsarından.

      48. İgidin başı qalda gərək.

      49. İgidin əli işdə gərək.

      50. İgidin yaraşığı sınaqdır.

      51. İgidin süfrəsi açıq olar.

      52. İgidin ürəyi haça olar.

      53. İgid min yaşar, fürsət bir düşər.

      54. İgidlik döyüşdə məlum olar.

      55. İgidlik ondur: biri zordur, doqquzu fənd.

      56. İgid oğul düşmənə əyilməz.

      57. İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.

      58. İgid ölər, adı qalar.

      59. İgid ölər adı qalar, müxənnətin nəyi qalar?

      60. Yanında igid olsun, kol dibi evin olsun.

      61. Keçmə namərd körpüsündən qoy aparsın sel səni,

      Yatma tülkü daldasında, qoy yesin aslan səni.

      62. Mərddən bir xəta, namərddən min.

      63. Mərd əli kasad olmaz.

      64. Mərdi qova-qova namərd eləmə.

      65. Mərd igidlər süfrə açar, ad alar.

      66. Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.

      67. Mərdin gözü tox olar, namərdin gözü ac.

      68. Mərd gördüyün deməz.

      69. Mərd mərdi qanar, bərkdə oduna yanar.

      70. Mərd özündən bilər, namərd yoldaşından.

      71. Mərd çörəyini daşdan çıxardar.

      72. Namərddən keç, mərddə dur.

      73. Namərdə yaxa vermə, mərdə arxa ol.

      74. Namərdi bir gördüm, bir də görsəm namərdəm.

      75. Namərdin otağından, mərdin ağac kölgəsi.

      76. Namərdin plovundan, mərdin qaşıq aşı.

      77. Namərdə tuş gələnin işi düyünə düşər.

      78. Pis iş mərdə ar olar, namərd gözü dar olar.

      79. Təkədə qoç hünəri olmaz.

      Birlik və dostluq haqqında

      1. Ağıllı düşmən nadan dostdan yaxşıdır.

      2. Arxalı köpək qurd basar.

      3. Baş-başa verməyincə daş yerindən qalxmaz.

      4. Birisi minə bağlıdır, mini də birə.

      5. Bir gün duz yediyin yerə, qırx gün salam ver.

      6. Birlik harada, dirilik orada.

      7. Bir su ki girdi qaba, oldu içməli.

      8. Vəfalı dost yad olmaz, görməsə yüz il səni.

      9. Qarı düşmən dost olmaz.

      10. Qoyun quzusunun ayağını basmaz.

      11. Qonşu qonşuya baxar, canını oda yaxar.

      12. Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.

      13. Qonşu iti qonşuya hürməz.

      14. Qonşu qonşu olsa, kor qız ərə gedər.

      15. Qonşu muncuğunu götürən onu ancaq gorda taxar.

      16. Qonşum sağ olsun, ocağından od verməsin.

      17. Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.

      18. Qonşunun haqqı axirət haqqıdır.

      19. Qonşu payı dolu gələr, dolu gedər.

      20. Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

      21. Dağ dağa qovuşmaz, insan insana qovuşar.

      22. Doğru dostluq qərəzsiz olar.

      23. СКАЧАТЬ