Название: Daşdəmirin nağılı
Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
Biri var idi, biri yox idi, Fatı qarı adlı bir arvad var idi. Fatı qarının qohumdan-qardaşdan, oğuldan-qızdan Daşdəmir adlı aman-zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtından onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli-başlı yazıb-oxumağı öyrənmişdi.
Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyar, əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünü o qədər sevirdi ki, gecələr də ondan ayrılmaq istəmirdi. Ancaq iş elə gətirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu.
Daşdəmirin atası Zaman kişi çox bacarıqlı, zəhmətsevən bir bağban idi. Gecə yatmayıb, gündüz dincəlməyib, özünə gözəl bir bağça düzəltmişdi. Bağçada elə gözəl güllər, elə gözəl meyvələr var idi ki, görən heyran qalırdı. Necə deyərlər, Zaman kişinin bağçasında can dərmanı desəydin, var idi. Zaman kişi bu güllərdən, meyvələrdən satıb külfətini dolandırırdı. Zaman kişinin bu bağçası şəhərin kənarında, bir dəyirmanın yanında idi. Daşdəmir hələ bir yaşında olanda bu dəyirmanda qəribə bir iş baş vermişdi. Bir gün səhər qonşular yuxudan durub gördülər ki, dəyirmançını da, arvadını da boğublar. Qonşular nə qədər soraqlaşdılar, axtardılarsa, heç bir şey tapa bilmədilər. Bu işdən sonra bu dəyirmana heç kəs sahib durmadı. Dəyirman yavaş-yavaş xarabaya çevrildi.
Bu xaraba dəyirman haqqında camaat qəribə əhvalatlar danışmağa başladı. Bəziləri deyirdilər ki, bu dəyirmanda cinlər olur, bəziləri deyirdi, quldurlar olur. Zaman kişi ağıllı, bacarıqlı olduğu kimi, həm də igid idi. Heç bir şeydən qorxmazdı. Dəyirmançı ilə arvadının dəyirmanda boğulmaqları Zaman kişini fikrə salmışdı. Elə həmişə bu barədə fikirləşirdi. O bilirdi ki, cin adlı şey yoxdu.
Gecələrin birində Zaman kişi evdə yatmışdı, birdən dəyirmandan bir qışqırtı eşidildi. Zaman kişi dik qalxıb pəncərəyə yaxınlaşdı, xaraba dəyirmana baxdı. Çox qaranlıq idi. Amma Zaman kişinin iti gözləri bəzi şeylər seçirdi. Dəyirmançının həyətində bir neçə qaraltı elə bil ki, süpürləşirdilər. Onlar boğuşa-boğuşa içəriyə çəkildilər. Sonra bir səs də eşidildi. Amma bu səs qışqırıq deyildi, zarıltı idi. Elə bil, kimi isə boğurdular. Zaman kişi davam gətirə bilmədi. Fatı qarını da oyadıb, heç bir söz demədən dəyirmana cumdu. Səhər dəyirmandan iki adamın ölüsünü tapdılar. İkisi də boğulmuşdu. Bunlardan birini heç kəs tanıya bilmədi. Amma biri Zaman kişi idi.
Fatı qarı nə qədər oyana-buyana qaçdısa, bir şey çıxmadı. Axırda Mirzə Möhsünün yanına gedib padşaha ərizə yazdırdı. Padşah heç ərizəyə cavab da vermədi.
Fatı qarı oğlu Daşdəmirlə qaldı. Daşdəmir Mirzə Möhsündən heç ayrılmaq istəmirdi. Amma iş elə gətirdi ki, ayrılıb bağçanın işi ilə məşğul olmağa məcbur oldu.
Aylar keçdi, illər dolandı, Daşdəmir on beş, on altı yaşlarına çatdı.
Həm ağıllı, həm də igidliyi ilə ətrafda şöhrət qazandı.
Günlərin bir günündə məhəllə cavanları içərisində mübahisə düşdü ki, kim özünü igid bilir, gedib xaraba dəyirmana mıx vursun. Daşdəmir yerindən durdu ki:
– Mən gedirəm.
Cavanlar gətirib Daşdəmirə bir mıx verdilər, bir də bir balta. Daşdəmir o qədər gözlədi ki, qaranlıq düşdü. Mıxı, baltanı, bir də zoğal ağacını götürüb dəyirmana getdi. Daşdəmir qorxmurdu. Amma xaraba dəyirman haqqında o qədər danışmışdılar ki, içəriyə girəndə onu vahimə basdı. Odur ki, ağacı çiynində hazır tutub fit çala-çala içəriyə girdi. Elə qaranlıqda yavaş-yavaş irəliləyirdi ki, arxadan bir səs eşitdi:
– Kimsən, dayan!
Daşdəmir geri döndü. Baxdı ki, dəyirmanın qapısını bir adam kəsib, amma bu adamın üzü qara bir dəsmalla örtülüdü, ancaq iki gözü görünür. Daşdəmir yavaşca çiynindəki ağacdan möhkəm yapışıb bir addım geri çəkildi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.