Ayna. Qan Turalı
Чтение книги онлайн.

Читать онлайн книгу Ayna - Qan Turalı страница 5

Название: Ayna

Автор: Qan Turalı

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Çağdaş ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ lilləri ağac budağı ilə qarışdırır.  Ya da on dörd yaşında məktəb yeməkxanasında SSRİ tarixi oxuyur. 11 yaşında bir qızla əl-ələ tutub dərsdən gəlir. Avtomatlı OMON-çular mindiyi avtobusun qarşısını kəsir. Uşaq vaxtı gördüyü yuxudu bu, göydə uçurdu. Dörd yaşlı mavi gözlü qızı xatırlayır. Bir qız onun qarşısına pivə qoyub otaqdan çıxır. Qızın çiyninə tökülmüş saçlarına baxır. Altı yaşında olanda qonşunun maşınının şüşəsini sındırması yadına düşür. Universitetin uzaq küncündəki hovuzun kənarında dayanıb göz yaşı tökdüyünü film kimi xatırlayır. Araq şüşəsi görünür: “Russkiy standart”. Qabağına qoyulan südlü sosislərə baxır. Uşaq vaxtı gördüyü zooparkı görür –ağ ayılar, qırmızı canavarlar, yorğun fil… Arıq polis, yanında dostu… O, parkda uzanıb. Yox, bu, daha xəyal deyil… Dostunun üzündə şən görünməyə çalışan pərt adamın ifadəsi vardı. Əlindəki butulkadan onun üzünə su çilədi, sonra polisin köməyi ilə onu maşına apardılar. Dostu elə hey danışırdı, arada qulağına nəsə çatırdı, lakin bu qırıq-qırıq sözlərdən söhbətin məzmununu anlamaq mümkün deyildi. Susuz idi, ac idi, bir cümlə qurub aclığını, susuzluğunu dostuna çatdırmaq istədi, lakin azğından “Görəsən, parkdakı ördəklər qışda harda qalır?” cümləsi çıxdı. Sonra bir müddət susdu, maşın işıqforda dayananda üzünü dostuna tutub dedi: “Acam!”. Dostu işıqfordan sola burulub kafenin qarşısında saxladı, içəri keçdilər. O, vitrindəki ayran bankasını başına çəkib hamısını içdi, salfetlə ağzını sildi. Qadın ofisiant içində kartof və toyuq qızartması olan iri tavanı onların qarşısına qoyan kimi toyuğun döşünü dişinə çəkərək yeməyə başladı. Yedikcə özünə gəlirdi, lakin doymurdu. Bir azdan çörək batırdığı tavanı ortalıqdan götürdülər. Qız süfrəyə kolbasa, pendir, dovğa, çoban salatı qoydu. Yedikcə üzündə tox insanlara xas məmnun ifadə yaranırdı. Qulağı səsləri ayırd edə bilirdi, nitqi qaydaya düşürdü, dostunun danışdıqlarını da anlayırdı. Süfrənin üstündə yeməyə bir şey qalmadığını görüb ofisiantı çağırdı. Ofisiant süfrəni yığışdıranda ilk dəfə onun üzünə baxıb gülümsədi. Sonra telefonunu alnına qoyub yan tərəfdəki divanda yatan gənc oğlanı gördü, telefondan kədərli mahnılar axırdı. Dostu ofisiantın gətirdiyi çayı stəkanlara süzüb ciddi söhbətə başlayan adamlara xas qətiyyətlə soruşdu:

      – Sənə nə olub? Polis sənin telefonundan zəng elədi, dedi ki, bəs, gəl, halı pisdir. Deyirəm, nolub, deyir, məndən soruşur ki, xallı göyərçini görməmisən? Dalınca hansısa film haqda soruşmusan. Cibindən 50 manat çıxartmısan ki, ratsiyanı ver, bütün polislərə ismarıcım var. Polis ratsiyanı söndürüb verib sənə. Sən də ordan anons eləyib demisən ki, mənə Nurayı tapın! Hardasa əlli dəfə demisən bunu! Axırda da özündən getmisən.

      – Bu haqda danışmayaq bəlkə?

      – Bəs nə haqda danışaq? Gecə saat 5-də bu kafedə niyə görüşmüşük səncə?

      – İncitmə də məni… Qoy çayımı içim…

      – Yaxşı. Bircə bunu bil ki, mən sənin Tarkovski kimi rejissor olmağını gözləyirəm! Qarşında böyük üfüqlər var.

      – Cəhənnəm olsun Tarkovski! Mən heç kim olmaq istəyirəm!

      Başını aşağı saldı.Telefondakı mahnıların qəm-qüssəsi bir az da artmışdı elə bil. Aşiq özünə lənət oxuyur, məşuqun ürəyinə ox sancılmasını tələb edirdi. Oğlanın bu mahnının sədaları altında hansı yuxunu gördüyünü təsəvvür etməyə başladı. Qədim dövrdür, qəbilə toplanıb, sevgilisinə xəyanət edən qızı cəzalandırırlar, qızın sevgilisi qəbilə başçısının oğludur. Ağsaqqallar qərar verir ki, oğlan cəzanı özü seçməlidir. Oğlan sadağından bir ox çıxardıb zəhərə batırır, cəllada verir ki, qızın ürəyinə sancsın. Yuxunun bundan sonrasını təsəvvür eləməyə vaxt qalmadı. Çünki yatan oğlan elə diksinib qalxdı ki, telefon vitrinin qarşısına düşdü. Telefonu götürə-götürə üzünü mətbəxə tutub “Nuray, Nuray” səsləndi. Sonra mətbəxə gedib ordan iri bir səbət götürdü, qapını bağlayıb çıxdı.

      Onlar da hesabı ödəyib durdular. On beş dəqiqədən sonra yaşadığı binanın qarşısındaydı. Dostunu yola salıb siqaret yandırdı, pırıltı səsi eşidib alışqanın işığını səs gələn tərəfə döndərdi. Xallı göyərçin idi.

      Yola çıxıb taksi çağırdı və kafeyə qayıtdı.

      Nuray bayaq onun oturduğu stolda oturmuşdu, televizora baxırdı. Onu görən kimi gülümsədi. “Qəhvə?”, – deyə soruşdu. Təsdiq işarəsini görüb mətbəxə keçdi. “Səninçün qəhvə almışdım, nə qədər gözlədim, gəlmədin”,– dedi. Südü götürdü, qəhvə düzəldib onun qarşısına qoydu.

      – Səni çox axtardım, Nuray, tapa bilmədim, o gün bərk sərxoş idim, səni harda gördüyümü unutmuşdum, özgə qapılarda axtardım səni.

      – Harda axtarırdın məni?

      – Soruşma, mən də deməyim.

      – Bəs necə oldu tapdın?

      –Təsadüfən. Səni tapmaq, itirmək və yenidən tapmaq, hamısı təsadüfdür.

      –Bayaq çox qorxdum. Elə bildim kafeyə girəndə məni tanımadın.

      –Yox, yox, tanıdım, sadəcə, istəmədim…

      –Nəyi istəmədin?

      –Biz sirr pərdəsiyik, hər zaman da belə qalacağıq.

       Qəhvə soyumağa başlayırdı, qəhvədən udumladı, stəkanı Nuraya verdi, o da içdi qəhvədən. Nurayın saçlarını sığalladı, əllərindən tutdu. Nuray elə gözəl gülümsəyirdi ki… Onu bu təbəssümə bağışlamaq olardı. “Başlayaqmı?”, – deyə soruşdu. Nuray tərəddüdlə ona baxdı, sanki son gücünü toplayıb “Başlayaq”, – dedi. Əl-ələ tutub kafedən çıxdılar, yolu keçib, hündürmərtəbəli binalardan birinin həyətinə girdilər. Liftə minib ən böyük rəqəm yazılmış düyməni basdılar.

      Pəncərəni açıb qarşısında dayandılar. Nurayın dodaqlarından öpəndə qız ona qısılıb hönkürdü. Birinci özü pəncərəyə dırmaşdı, ardınca Nuray.

      Ölümə bir neçə saniyə qalırdı…

      23 avqust-3 sentyabr 2015

      Sevda sorağında

      Heç zaman 

      unuda bilmədiyim

      E.S.K.-ə

      Biz siyasətin “S” hərfindən СКАЧАТЬ