Əhalisi adət və dilinə görə fərqlənən ölkədə də istilaçı hamıdan öndə olub, həm qonşu dövlətlərdən daha zəif olanları müdafiə etməli, həm də güclüləri zəif salmaqdan ötrü tədbirlər görməlidir, eyni zamanda da ona nəzarət etməlidir ki, gücünə görə ondan geri qalmayan yadelli hökmdar heç bir vəchlə ölkəyə soxula bilməsin. Belələrini həmişə ya şöhrətpərəstlik, ya da qorxu üzündən boyun əymək istəməyən ölkə sakinləri köməyə çağırır, belə ki, etoliyalılar2 bir vaxt romalıları Yunanıstana çağırmışdılar, eləcə də digər bütün ölkələrin yerli sakinləri də onları çağırmışdı. Bu təqdirdə hadisələr belə cərəyan edir: daha güclü hökmdar ölkənin ərazisinə qədəm basır, daha zəif dövlətlər bir qayda olaraq onun onlardan güclü olmasına həsəd aparmaqla yanaşı dərhal onunla birləşirlər, buna görə onun onları öz tərəfinə çəkməyə ehtiyacı olmur, zira onlar özləri məmnuniyyətlə onun yaratdığı dövlətə qoşulurlar. Ancaq onlara artmağa və güclənməyə imkan vermək olmaz, həm də bu vaxt öz silahlı qüvvələri ilə bərabər onların köməyindən də istifadə etməklə daha güclü hökmdarı asanlıqla məğlub etmək və bu ölkədə hakimi mütləq olmaq olar. Əgər ki, hökmdar bütün bunları etməsə, böyük çətinliklərə və əzablara məruz qalaraq, tezliklə əldə etdiklərini itirəcəkdir.
Romalılar bir ölkəni fəth etdikdə qeyd edilən bütün üsullardan istifadə edirdilər: koloniyalar təşkil edirdilər; zəiflərə güclənməyə imkan verməmək şərtilə kömək edirdilər; güclüləri məğlubiyyətə uğradırdılar; gücə malik olan yadellilərin təsirinin ölkəyə nüfuz etməsinin qarşısını alırdılar. Mən Yunanıstanı misal çəkməklə kifayətlənəcəyəm. Romalılar axeylərin3
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Əlahəzrət Lorenso Dei Mediçiyə Nikkolo Maikavellidən – traktatın ithafı 1515-ci ilin sentyabrından 1516-cı ilin sentyabrına aiddir. Mediçi (1492-1519) – Pyetro Mediçinin oğlu, Florensiyanın hakimi (1513-cü ildən), Urbinonun hersoqu (1514-cü ildən).
2
Etoliyalılar – B.e.ə. Qədim Yunanıstanın Etoliya vilayətində məskunlaşmış icma.
3
Axeylər – Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası B.e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. B.e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
1
Əlahəzrət Lorenso Dei Mediçiyə Nikkolo Maikavellidən – traktatın ithafı 1515-ci ilin sentyabrından 1516-cı ilin sentyabrına aiddir. Mediçi (1492-1519) – Pyetro Mediçinin oğlu, Florensiyanın hakimi (1513-cü ildən), Urbinonun hersoqu (1514-cü ildən).
2
3
2
3