Kollu koxa. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу Kollu koxa - Muğanna İsa страница 3

Название: Kollu koxa

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ kəlmə: “Bezmişəm!” – dedi. Sonra adəti üzrə deyinməyə başladı: “Stalini tərifləyib göylərə qaldırdınız, sonra da “kultliçnostun zərərləri” deyib yerə vurdunuz! Heykəlləri heç, şəkli də qalmadı! İndi də mən təki bədbəxtləri qaldırır-sınız ki, bizi də yerə vurasınız?!” Bu deyintidəki dərdi, faci-əni görməmək mümkün deyildi: kişi əzab çəkirdi.

      Bufetdən limonad gətirənlər içərisində mən də vardım.

      Həmin deyintidən sonra, ömründə birinci dəfə elədiyim can-fəşanlığımdan qızarıb bir kənarda qalmışdım. Qurban kişi, yəqin ki, mənim əhvalımı duyub gülümsündü: “Gətir, sə-ninkini içəcəm”, – dedi.

      Bəzi sırtıq-sürtük sədrlər zarafata, məsxərəyə salıb, hərəsi öz butulkasını irəli soxmağa çalışdısa da, Qurban kişi tək mənim gətirdiyim limonaddan içdi, sonra milçək qovur-muş kimi, əlini yellədi, həmin sırtıq-sürtükləri başından qo-vub, məni yanında oturtdu.

      – Təmiz adama oxşayırsan. Səndən xoşum gəldi, Cavanşir, – deyib orda ilk dəfə mənimlə xeyli söhbət elədi. Mən 10

      bir daha inandım ki, bütün ömrünü kəndlərdə at belində ke-çirmiş bu kişini indiki həyatı doğrudan da darıxdırır. – Ələl-xüsus da ki, bu yaltaqlıq! Dad bu yaltaqlıq əlindən, Cavanşir! – dedi. – Əvvəllər nə kənddə-kəsəkdə, nə də bu şəhərdə

      belə sırtıqlıq yoxdu. Lap zibili çıxıb bu vəzifəli adam deyilə-nin! Pis qırdı bu yaltaqlıq, yapışdımı, daha qopartmaq olmur! – dedi. – Gedəcəm! Əvvəl-axır gedib dədəmin o uçuq komasında oturacam! – dedi.

      Mənim gətirdiyim limonadı son damlasına qədər içən-dən sonra, Qurban kişi “bu zəhrimarın” adamı daha da yan-dırdığından şikayətlənib, vaxtilə kənddə sovet sədri olanda yayın istisində yaylağa atlı göndərib qarlı dağlardan xur-cunda, saman içində buz gətirtdiyi dəmləri xatırladı. Bunu elə yanıqlı danışdı ki, mən mütəəssir oldum, bu saat ona buz tapmağa söz verdim. Raykomun bufetinə, oradan da su dü-kanlarına yüyürdüm. Son vaxtlar rayonda işlənən süni buz qalaqları arasında, nəhayət, bir parça əsl buz tapdım, pivə

      dolçasının içində müşavirə gedə-gedə rəyasət heyətinə aparıb Qurban kişiyə verdim.

      – Pah! Pah! Sağ ol, bala, sağ ol! – dedi və cibindən iri bıçaq çıxarıb açıb, müşavirəni-filanı saymadan, elə o pivə dolçasının içində şaqqaşaq doğrayıb, xırdalayıb, dişinə salıb xartaxart yedi.

      Müşavirənin axırında hamı xahiş etdi ki, “rayonumuzun fəxri” də danışsın. Qurban kişi başını buladı. Sağ-solunda oturan raykom katiblərinə şikayət tərzində nə isə deyib, nəhayət, ayağa qalxanda isə, cəmi beş-on kəlmə danışdı.

      Mən orda öyrəndim ki, rayonda çağrılan bütün iclaslarda, müşavirələrdə, bayram şənliklərində, qonaqlıqlarda iştirak etdiyinə baxmayaraq, Qurban kişini üstəlik də məhkəməyə

      xalq iclasçısı seçiblər. Çıxışında o, bütün bu həngamənin 11

      əvəzində ürəyinə yatan “atüstü bir qulluq” istədi. Rəyasət heyəti də, zalda oturanlar da hamı “rayonun fəxrinin” mü-şavirədə haqqında söhbət gedən təsərrüfat məsələlərindən, pambıqdan, üzümdən, suvarma işlərinin çətinliyindən da-nışmasını gözləyirdilər. O isə “atüstü bir qulluq”, yəni “adı, ünvanı olan bir vəzifə” istəyib oturdu.

      Və yenə deyinməyə başladı:

      – Yığışırıq, elə danışırıq! Danışırıq! İclas! İclas!.. Mos-kvada hər gün iclas, Bakıda hər gün iclas, rayonda hər gün iclas! Nədi bu belə?! Niyə işləyən yoxdu, ay bala?!

      Rəyasət heyətində də, zalda da pıçıldaşma gəzirdi. Ha-mı birtəhər, məyus olmuşdu.

      Qurban kişi o yan-bu yana baxdı. Deyəsən, nə isə fikirləşib yenə ayağa qalxdı. Zalı göstərib:

      – Buna baxın! Səhər saat doqquzdan indiyə qədər bu bir orduluq adam boş-bekara oturub burda! Buydumu biz bol-şeviklərin qurmaq istədiyimz dövlət?! Deyirdik: “Hərəyə öz zəhmətinə görə…” Zəhmət çəkənlər çöllərdə günün altında ac-yalavac, biz burda belə! Limonad dartırıq! Buz xırtdadı-rıq! Deyirəm genə kəndə göndərin məni! Hamınız gedin! İclas nədi?! İşləmək lazımdı, bala! Kolxozlara, sovxozlara sahib olun! Hər vəzifəli adam bir kolxozu podrata götürsün, hamilik eləsin, xeyir versin! Yoxsa, bu nədi?!

      Mənim ürəyim çırpınırdı. Ağlıma bir fikir gəlmişdi, əm-ma dillənməyə cəsarət etmirdim. Qorxurdum münasib düş-məsin.

      Qurban kişi pivə dolçasını götürüb buzun suyundan bir qurtum içib: “Oxay!” – dedi. Gördüm yenə buz sındırmaq istəyir. Yerimdən necə atıldığımı, cibimdəki qaşıqlı-çəngəlli bıçağı necə işlətdiyimi bilmədim. Sonra isə, beynimdəki fikir-dən sehirlənmiş kimi, dayanıb, indi yadıma gələndə ətimi tö-12

      kən, axmaq bir təbəssümlə gözlərimi onun üzünə zillədim.

      Əzabla düşünürdüm ki, necə edim, bir az əvvəl dediyi “ha-mi”lik məsələsini necə xatırladım?

      İxtisasca aqronomluğuma baxmayaraq mən partiya tarixi ilə də çox maraqlanırdım. Tribunaya qalxmadan, bıçaq əlimdə, başladım ki:

      – Rusiyada inqilab illərində təsərrüfat yerli-dibli dağı-landa Lenin neyləmişdi, yadınıza salın. İyirmi beş min fəh-ləni səfərbər eləyib kəndlərə göndərmişdi ki, təsərrüfatı qal-dırsınlar. “Dvadsatipyatitısyaçniki” – “İyirmibeşminçilər”

      adlandırılan o vətənpərvər adamlar Rusiyanı aclıqdan xilas etdilər!

      Qılınc Qurbana elə bil dünyanı bağışladım. Dolçadan bir qurtum da içib, ucadan:

      – Afərin! – dedi. – Afərin, Cavanşir Ocaqov! Sənin kol-xozunu şəxsən podrata götürürəm! Hamilik deyirlər, şefliyə

      götürmək deyirlər. Mən bax o iyirmibeşminçilər təki kəndlərə çağırıram bütün bu vəzifəli, savadlı adamları! Gedək qaldıraq təsərrüfatımızı! Yoxsa, bu nədi, a yoldaşlar?! Kolxozlar dağılır, əmbə biz elə iclas eləyirik!

      Yazın məni bu Ocaqovun kəndinə! Podrata!

      “Şeflik” demək istəyirdi, “podratçı” – dedi. Ancaq heç kəs bunun üstünü vurmadı. Mənə gəlincə, mənim üçün bu saat dünyada bu “podrat”dan gözəl ikinci bir söz yoxdu. Bu söz Qurban kişinin dilindən çıxar-çıxmaz, mən hərəkətimin necə görünəcəyini düşünmədən, rəyasət heyətinə cumub, qocanın tarım çəkilib kip düymələnmiş kitelin içində elə bil sümükdən savayı heç nəyi olmayan xırdaca bədənini qu-caqladım, sonra büt qarşısında əyilən kimi СКАЧАТЬ