Brilyant məsələsi. Cəmşid Əmirov
Чтение книги онлайн.

Читать онлайн книгу Brilyant məsələsi - Cəmşid Əmirov страница 3

Название: Brilyant məsələsi

Автор: Cəmşid Əmirov

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ tapmısınız, qardaş, – deyə bayaqdan bəri sakit oturub söhbətə qarışmayan qız sanki həkim olmaq qəbahət imiş kimi rəng verib rəng aldı. Sonra soruşdu:

      – Siz bunu necə bildiniz?

      – Bunu sonra deyərəm. İndi isə icazə verin bu əmi Leyla ilə söhbətimizi qurtaraq, – deyə qarabəniz kişi yenə

      də eynəkli kişiyə müraciət etdi: – İndi gəlin sizin subaylı-ğınız haqqında danışaq. Xahiş edirəm pencəyinizə diqqət yetirin. Yuxarıdan ikinci düymə ağ sapla tikilmişdir. Pen-cəyinizin rəngi isə qaradır, yəqin düymə qopduqdan sonra siz onu özünüz tikmisiniz. Belə məsələlərdə kişilər çox zaman səliqəsiz olurlar. Əgər siz evli olsaydınız…

      – Aydındır, qardaş, – deyə qarabəniz kişi ilə fəxr etməyə başlayan eynəkli kişi hörmətlə soruşdu: – deyin görək bəs hesabdar olmağımı haradan bildiniz?

      – Bayaq siz oxuduğunuz kitabın səhifələrini vərəqlər-kən, mən sizə baxdım. Gördüm ki, siz kitabın səhifələrini qəribə bir tərzdə, hesabdarlar çötkəyə salan kimi vərəqlə-yirsiniz. Sonra mən sağ əlinizə diqqətlə baxıb barmaqları-nızın iç tərəfinin qabar olduğunu gördüm. O saat sizin uzun müddət hesabdar vəzifəsində çalışdığınızı müəyyən etdim.

      – Afərin, qardaş, daha mənim sizə sözüm yoxdur.

      Atam-atam, mən təslim.

      – Nə tez təslim oldunuz? – deyə həkim qız dilləndi. –

      Qoy indi də mənim həkim olduğumu necə təyin etdiyini desin.

      – Bu da çətin iş deyil, bacı. Sağ əlinizin barmaqları yoda batmışdır. Bu sizin tibb işçisi olduğunuzu sübut ed-ir. Divardan asılmış jaketinizin cibindən isə statoskopun ucu görünür. Bu onu göstərir ki, siz felşer deyil, həkimsi-10

      niz. Çünki, statoskopla xəstələrə yalnız həkimlər qulaq asırlar.

      – Bəs, bu bacı haqqında nə deyə bilərsiniz? – deyə eynəkli kişi yanındakı dolu qadını göstərdi.

      – Ümumiyyətlə, çox şey. Ancaq bacı icazə versə, mən onun bir sirrini açaram.

      – Maraqlıdır. Deyin görək, mənim nə sirrim var?

      – Siz, üç faizli istiqrazla min manat pul udmusunuz.

      Belə zənn edirəm ki, indi pul almaq üçün Bakıya gedirsiniz.

      – Tamamilə düzdür, qardaş, qınamasaydınız deyərdim ki, yəqin siz falçısınız.

      – Falçılıq fırıldaqçıların işidir, bacı. Burada isə heç bir çətin iş yoxdur. Mən bunu sizə diqqət yetirməklə öyrənə

      bildim. Cibinizdə “Kommunist” qəzeti görünür. Qəzetdə

      üç faizli istiqrazın uduş cədvəli dərc olunmuşdur. Bayaq siz bir neçə dəfə həmin cədvələ baxıb sevinə-sevinə gül-dünüz. Mən də ötərgi cədvələ baxdım. Min manat udmuş

      istiqraz nömrəsinin altından qırmızı karandaşla cızdığını gördüm. Buradan belə nəticəyə gəldim ki, siz istiqrazla pul udmusunuz. Əgər siz istəyirsinizsə, mən sizə istiqraz vərəqəsinin nömrəsini də deyə bilərəm. Biletin nömrəsi 01226, seriyası isə 19-dur.

      – Dayanın, bir yoxlayım, – deyə qadın ayağa qalxdı.

      jaketinin cibindən qəzeti çıxardıb istiqraz vərəqəsinin nömrəsini yoxladı, sonra əlavə etdi:

      – Əcəb yaxşı hafizəniz var. Pulu mən udmuşam, dü-nəndən bəri neçə dəfə qəzetə baxmışam. Ancaq istiqraz vərəqəsinin nömrəsini əzbərləyə bilməmişəm. Siz isə bir baxışda bunu yadda saxladınız. Afərin!

      11

      – Mən bunu sadəcə olaraq vərdiş etmişəm. Hər şeyi yadımda saxlamağa, diqqətli olmağa alışmışam. Mən belə

      hesab edirəm ki, adam yaxşı müşahidəçi və diqqətli olsa, həm də ən kiçik şeyləri yadda saxlamağa çalışsa, başqaları haqqında çox şeyi müəyyən edə bilər, – deyə qarabəniz kişi ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Qatarın hələ də

      Ələt stansiyasında dayandığını görüb əlavə etdi:

      – Dostlar, Bakıya hələ üç saat yolumuz qalıb. Əgər istəyirsinizsə mən sizə milis orqanlarının işinə dair bir hadisə danışa bilərəm. Bu hadisəni mənə qonşuluğumuzda yaşayan bir milis mayoru danışmışdır. O, Bakı şəhər milis idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir.

      Hamı ucadan dedi:

      – Buyurun, danışın.

      12

      BİRİNCİ FƏSİL

      CİBGİR RANTİK

      Adi günlərdən birində axşamçağı Hüsü Hacıyev küçəsindəki Mərkəzi univermağa son moda ilə geyinmiş qarabəniz bir gənc gəldi. Gəncin qara bostondan kostyumu, yaxası açıq ağ köynəyi, burnu uzun qara ayaqqabısı vardı. Başına həsir şlyapa qoymuşdu. Üzünü təmiz qırxdır-mış, qaşlarını aldırmışdı, dırnaqlarını manikür etdirmiş-di. Müxtəlif rəngli qalstukuna qızıl sancaq vurmuş, döşü-nə idman çempionlarına məxsus medal taxmışdı.

      Gənc bir şey almaq istəyən adamlar kimi mağazanın şöbələrini bir-bir gəzdi. Hazır paltar satılan şöbədə adamların növbəyə durduğunu görüb sevindi. Ağzındakı siqa-reti yerə atıb, ayağıyla tapdaladı. Dərhal özünü adamların arasına verdi.

      Bir neçə dəqiqə keçdi. Birdən hazır paltar satılan yerdə hay-küy qopdu. Bir kişi mağazaya təzə gəlmiş bu gəncin qolundan möhkəm tutaraq onu növbədən dartıb çıxartdı. Ucadan dilləndi:

      – Axmağın biri axmaq, heç bir vid-fasonundan, geyimindən utanmırsan? Xalq alın təri ilə qazandığı pula özü 13

      üçün paltar almağa gəlib, sənsə cibimə girib oğurluq edirsən? Məgər ölkə dərəbəylikdir?

      Gənc onun əlindən qurtarmağa çalışaraq dedi:

      – Ay əmi, sənin başın xarab olub, nədir? Mən də kostyum almağa gəlmişəm. Bax gör, heç mən cibgirə oxşayı-ram. Ayıb deyilmi? Mən mühəndisəm, özü də boks üzrə

      çempionam. Sən məni təhqir edirsən. Qolumu burax, yoxsa şikayət edərəm. Böhtan üstündə səni məsuliyyətə cəlb edərlər.

      Deyəsən, kişi gəncin sözlərinə inandı. Onun qolunu buraxaraq təəccüblə soruşdu:

      – Bəs СКАЧАТЬ