Payıza qədər. Allahverdi Eminov
Чтение книги онлайн.

Читать онлайн книгу Payıza qədər - Allahverdi Eminov страница 5

Название: Payıza qədər

Автор: Allahverdi Eminov

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ mərhələdə heç bir hissi elementlər və cinsi həvəs üzə çıxmır. Körpəlik nənnisindən düşüb oyuncaqları ilə maraqlanırlar. Və onlar uşaq olaraq qalırlar. İkinci mərhələdə platonik, romantik hisslər oyanır ki, oğlan qızın xilaskarı kimi özünü dərk eləyir və buna can atır. Risklərdə yad deyildir, əsl qəhrəmandır. Hətta onlarda cinsi yaxınlaşma barədə fikir olmur və qızların cinsi orqanı ilə maraqlanmır, qızlarda isə bu, məhəbbətlə, idealizə etməklə səciyyələnir və platonik xarakter yad olmur.

      Üçüncü mərhələ erotikliyilə fərqlənir və orqanizmdə mürəkkəb dəyişiklik baş verir. Cinsi orqanlar formalaşır. Bu dövr, adətən, hiperseksuallığı ilə səciyyələnir.

      Cinsi akta-İntim oyuna xaotik bir proses kimi yanaşılmamalıdır, hərçənd də fitridir, anadangəlmədir insanda. Lakin onun özünə xas qanunauyğunluğu vardır və onların üzərindən sükutla keçməməliyik.

      İntim oyunun ilk mərhələsində cinsi orqanlarla birbaşa əlaqə məqbul sayılmır; necə ki, qadın da kişi də əvvəlcə erogen zonaları ehtizaza gətirməlidir. Hətta qadın və kişi bir neçə dəqiqə coşa gəlmişlər və koitusa hazırdırlar, erogen zonası onların ehtirasını yüksəldir və əlavə həzz alırlar. Hətta elə qadın da olur ki, erogen zonasının oyanılmasından çox məmnun (həzz) qalır və orqazmın baş tutmasını istəmir.

      Qadını coşğunluğa, ehtirasa gətirmək üçün bütün emosiyanı verməlidir kişi və orqazm prosesində qadın danışmır; bu anlarda onun gözləri qapanır. Kişi isə həmişə gözüaçıq cinsi aktı qurtarır.

      İntim oyunun belə dəqiqələrində hansı proses baş verir ki, Məhəbbət elmini bu dərəcədə aparıb ümmana çıxarır? Və gəl ki, bu ümman dənizində üzən qızıl balığın isnişmə taleyinə maraqlan. Axı, qızıl gənclik yaşı bir yerdə durub qalmır, qızılbalığa dönüb şirin su əvəzinə şor suya baş vurur. Və hər şeydən əvvəl, iki gəncin yaxınlaşması məntiqi və cinsi əlaqə plaktikası burda əsasdır. Bir həqiqəti də gizlətməyək ki, iki qoşa talenin həyatı müəmmalı və mürəkkəb həyat məcrasına başlayırsa, ilkin nikbinlik odur ki, bu, məhəbbətin zirvə nöqtəsidir, təkcə cinsi akt onları yaxınlaşdırmır, həm də həmfikirdirlər, istəkləri onları hər an ruha, coşğunluğa gətirməlidir. Elə isə mətləbə qayıdaq.

      Cinsi əlaqə, akt və nəhayətdə İntim oyun bir sıra mərhələləri (psixoloji və bioloji) özündə etiva eləyir. Tibbi ədəbiyyatda göstərildiyi kimi: neyrohumoral, psixi, ereksiativ, kopilyativ (friksiotiv) və refrektiv.

      Birinci iki mərhələ bir növ hazırlıq xarakterlidir. Lakin məhz həmin mərhələlər cinsi əlaqədə həlledicidir. Qadında və kişidə mərhələlərin boş tutması eyni məqsədə xidmət eləsə də, orqanizmlər cinsi fərqlərindən asılı olaraq cinsi əlaqə prosesini eyni cür keçirmir. Deyək ki, qadında klitor böyük rol oynayır və o da spesifik xüsusiyyətilə seçilir. Onun cuşa gəlməsi kişinin ereksiyasına nisbətən tədrici olur. Klitor qıcıqlandıqca qadının hissləri yüksəlir. Bu prosesdə partnyorların bir-birinə münasibətindən çox şey asılıdır. Qadında orqazm 3 mərhələyə bölünür: Birinci fazada anidir, sanki hisslərin dayanmasıdır. İkinci fazada əvvəlcə çanaq hissəsini, sonra bütün bədənini hərarət alır. Üçüncü fazada coşğunluq, ehtiras azalır və əsas proses çanaq hissədə və cinsi orqanda baş verir.

      Orqazm öz növbəsində iki tip ilə fərqlənir: Klitorik tipdir ki, ehtiras klitor vasitəsilə yaranır; Vaginal tipdir ki, penisin friksiya zamanı cinsi orqana girməsiylə başa çatır. Əlbətdə, belə mərhələlər, tiplər tibbi ədəbiyyatlarda əksini tapmışdır. Lakin bu vəziyyət, təsnifat ümumi arqument ola bilməz, ona görə ki, qadın xüsusiyyəti: temperamenti, fizioloji və psixi hazırlığı… cəhətdən orqazmı fərdi keçirir. Bu barədə resept verməklə razılaşmırıq…

      Kişidə və qadında orqazmın alınması (özü də yüksək səviyyədə) yüksək fiziki və fizioloji rahatlıq, məmnunluq, həzzalma doğurur. Xüsusilə, qadının vücudunun bütün hissəcikləri gərginlikdən “canını” qurtarır. Mənim fikrimcə qadın, üzünü baharın, yazın ilk gecəsinə tutmuş ağactək oyanıb tumurcuqlanır. Sonralar bəlkə də təkrar elədim; Onun saçları rəngini dəyişir, sifəti təmizlənir, bədəni sakitləşir… Hətta ən əzazil qadın ürəyinə bu anlarda mərhəmət, xeyirxahlıq, məhəbbət düşür!

      Rəqəmlərə diqqət yetirək: Orqazım vaxtı ürək döyüntüsü dəqiqədə 180-ə çatır.

      Bu idmançının nəticəsindən yüksəkdir. Hər bir partnyorun arterial təzyiqi 200-220 mm. c. sütununa çata bilir. O anlarda digər hisslər dərhal azalır, xüsusilə qadında.Orqazmdan sonra isə bu dəyişikliklərin yenidən baş verməsi mərhələsi özünü göstərir. Sanki bütün coşğunluğun, canatmanın ilkin-hazırlıq dövrünə qayıdılır: Ümumi zəiflik ereksiyanın sönməsi, nəfəsin sakitləşməsi… baş verir. Hətta erogen zonaya əl vurulanda zəif ağrı keçir.

      Ereksiya hansı momentlərdə kişidə olmalıdır? –sualı da maraqsız deyildir. Bəzilərinə görə bu, İntim oyuna qədər yaranmalıdır, erogen zonanı cuşa gətirənə qədər. Bu ona əsaslanır ki, gənc kişi gənc qadını ilə kontakta qədər bu ereksiyanı keçirir. N.M.Xodakovun fikrincə bu, səhvdir. Yetkin kişi İntim oyuna tədricən başlayır, münasib şəraitdə. Başqa vəziyyətdə ereksiya da yaranmaya bilir. N.M.Xodakov belə bir müşahidə gətirir:

      Kişinin 46 arvadının 41 yaşı var və onlar 18 ildir evləniblər, iki uşaqlıdırlar. Şikayət ondan ibarətdir ki, “cinsi zəiflik” özünü büruzə verir. Belə ki, yayda arvadı ilə kənddə tanışıgildə istirahət etmişlər. Bir ailəli otaqda, ev sahibiylə. Bir neçə dəfə istəmişdir ki, arvadı ilə İntim oyuna girsin, amma ereksiya alınmamışdır. Bu uğursuzluqdan əzab çəkmişdir.

      Öz evində gecəni səbirsizliklə gözləmişdir. Yenə də uğursuzluq. Və nəhayət həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Söhbətdə qadın bildirmişdir ki, intim yaxınlığa təşəbbüs əri tərəfindən olmalıdır.

      Qadına məsləhət görülmüşdür ki, lazımi qaydada ərinin cinsi orqanı ereksiyaya – manual stimulla gətirilməlidir. Nə üçün nəhayətdə? Olmaya odlu-alovlu, haraylı, ehtiraslı illər ona vəfasızlıq eləyibdir? Bir gözəli bir anda ram edən baxışları sönüb? Onun kişilik hənirtisi öləzisə də, yaddaşı ona sədaqətli olacaqdır, neçə-neçə gözəlin bəxşiş verdiyi vücudun xoş xatirəsini hələ ki, qoruyacaqdır. Amma neyləyəsən ki hələlik. Dünyanın bir “hələlik” qəfil sağollaşması da var.

      “Eh oyatdım onları mən çox nahaq yerə,

      Udacaqdır onları da yer-ürəyi buz

      Bir xatirəm çökəcəkmi xatirələrə?

      Min xatirə köçəcəkdir mənimlə əfsus!…”

      İntim həzzalma üçün vahid ölçü, mizan yoxdur. Hər bir qadını və kişini son məqsəd güdür: orqazmı başa çatdırsın. Bu şübhəsiz cinsi tələbatın СКАЧАТЬ