Dərbənddən başlanan əzablı yol. Ağababa Rzayev
Чтение книги онлайн.

Читать онлайн книгу Dərbənddən başlanan əzablı yol - Ağababa Rzayev страница 3

Название: Dərbənddən başlanan əzablı yol

Автор: Ağababa Rzayev

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ həqiqətlə ədalət bir xə-mirdən yoğrulub. Onu da bil ki, ədalətli söz acı olur, amma o da dərman kimi şəfavericidir…

      Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı… Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən… İnsanlara güvən… İnsanlardan ümidini kəsmə. İnsan tab gə-tirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.

      17

      Hacı Qasım acı həqiqətlərlə cavan oğlunun qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə burdaca bitirmək istədi:

      ‒ Vaxtını çox aldım, oğul, ‒ deyə Hacı Qasım oğlunun başını sığalladı, ‒ gecdir, gecə yarıdan keçib.

      ‒ Yox, ata, mən səninlə fəxr edirəm.

      ‒ Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır ‒ sevinər… Bugünlük kifayətdir. Vaxt gedir. O, qızıla bərabərdir… Amma bunların bir fərqi var: qızılı yığıb saxlamaq olur, vaxtı isə sax-lamağa heç kimin hünəri çatmır… At deyil ki, yəhərləyib saxlayasan… Hər günün bir quşdur, əlindən buraxdın, geri qayıtmaz. Keçən gecə mən sənə Dədə Qorquddan bir boy söylədim. Qış gecələri uzun olur, insan ömrü isə qısa…

      Məhəmmədəli yataq otağına keçdi. Gözlərinə

      yuxu getmirdi. Atasının dediklərini çox götür-qoy elədi…

      Gecə yarıdan çoxdan keçmişdi.

      Vıyıldayan külək aramsız olaraq evin pən-cərəsini döyəcləyirdi. Atasının gərginliyi (bunu nurani çöhrəsindəki müdrik təbəssümlü gizlətsə

      18

      də) oğlunun qəlbini didirdi. “Görəsən, nə olub?”

      ‒ deyə Məhəmməd yatağında qovrulur. Elə bu vaxt uzaqdan at ayağının tappıltısı eşidildi. Səs get-gedə yaxınlaşdı və nəhayət, qalın, taxta darvazanın yanında kəsildi. Məhəmmədəli yerindən sıçradı. Pəncərəyə tərəf atıldı. Bayırda göz gözü görmürdü. Elə bu zaman darvazanı bərk-bərk döyməyə başladılar. Kiminsə amiranə, hökmlü səsi qapının açılmasını tələb edirdi.

      Cümə

      namazından

      yorğun

      gəlmiş

      və

      bayaqdan oğlu ilə dünyanın gəlişindən-ge-dişindən söhbət açan Hacı Qasım yerindən qalxdı, geyinib-kecindi. Bayıra atılmaq istəyən oğlunun qabağını kəsib, əli tüfəngli əsgərlər həyətə

      doluşdu. Qısa sorğu-sualdan məlum oldu ki, quldur kimi gecə xalqın evinə soxulan əsgərlər imperator həzrətləri adından Hacını həbs etməyə

      gəliblər. Hacının sifətini nurani bir təbəssüm bürüdü.

      ‒ Gündüz qəlbimə çökən narahatlıq bu imiş.

      Bütün haqsız və alçaq işlər gecənin qaranlığında görülərmiş.

      Məhəmmədəli dəstənin dalınca yola düşdü.

      Dəstə qalaya tərəf yol aldı. Narınqalanın önündə xeyli adam toplanmışdı. Əsgərlər adam-19

      ları yara-yara Hacı Qasımı Narınqala qapısından içəri saldılar.

      Məhəmmədəlinin ürəyi partlayırdı, amma bu fəryaddan kim xəbər tuta bilərdi, kim ona həmdəm ola bilərdi. Nə biləsən… “Gecənin xeyrindən səhərin şəri yaxşıdır”, ‒ deyə Məhəmmədəli kor-peşman evə qayıtdı.

      Gecə həbsə alınmış Hacı Qasımın və onun on dörd nəfər yoldaşının məhkəməsi səhər, Qalanın divanxanasında başlandı.

      Məhkəmə rus dilində aparılırdı. Hakimlərin hamısı hərbi paltardaydı. Nə Hacı Qasım, nə

      Məhəmmədəli, nə də divanxanada ayaq üstə dayanmış camaat rus dilini bilirdi. Hakimlər öz-ləriylə üz-gözündən kütlük tökülən bir tərcüməçi də gətirmişdilər və Allah da bu başa-bəla tər-cüməçinin dediklərindən bir şey anlaya bilməzdi.

      Hakim Yermalovun əmri ilə Dərbəndə gəlmiş

      komissiyanın tərtib etdiyi sənədləri oxudu. Komissiyanın başçısı artilleriya podpolkovniki Mi-şenko yazırdı ki, Hacı Qasımın keçmiş Dərbənd xanı Şıxəlibəylə əlaqəsi var.

      Hacı Qasımı İranın xeyrinə, Rusiya imperiyasının əleyhinə apardığı fəaliyyətdə təqsir-20

      ləndirdilər. Hacı Qasım özünü “öldürdü”, əlin-dəki Qurana əl basıb and içirdi ki, bu yalandır, ağ yalan! Özü də, nəsli də Rusiya dövlətinin tərəfində olublar, can qoyublar, rusların Dərbənddə və Azərbaycanda hökmran mövqeləri üçün canlarını əsirgəməyiblər. Hacı Qasımın fər-yadlarına məhəl qoyan olmadı.

      Məhkəmə çox tez qurtardı. Hacı Qasımın və

      on dörd yoldaşının sürgün edilməsi barədə hökmü oxudular. Bütün əmlakı da müsadirə edilmişdi.

      Divanxanadan Hacını həbsxanaya apar-madılar. Hacı Qasım Dərbənd camaatının gözü idi və rus despotizmi xalqın gözündə əziz olanları sürgünə də hörmətlə yola salırdı. Bu, rus imperiyasının Qafqaz xalqları qarşısında duyduğu qorxu və vahimə idi.

      Hacı Qasımı yoldaşlarından ayırıb Narın-qalanın qapısından dənizə tərəf apardılar.

      Camaat Dübarə küçəsi ilə axın-axın dəniz sahilinə tərəf üz tutdu. Hacı Qasımı Həştərxana aparmaq üçün göndərilmiş hərbi gəmi sahildə

      gözləyirdi.

      Əsgərlər Hacı Qasıma bircə Məhəmmədəli ilə

      görüşməyə icazə verdilər. Ata-oğul bir-birinə sa-21

      rıldı. Qəhərləndiklərindən danışa bilmirdilər.

      Hacı Qasım bircə onu deyə bildi: ‒ “Özünü qoru.

      Sən böyük bir nəslin son yadigarısan”.

      Bəli, Məhəmmədəli tək idi və böyük bir nəslin son yadigarı idi.

      Babası Hacı Məhəmməd xan çoxdan ölmüş, əmisi İsmayıl bəy vətəndən uzaqlarda, yad ölkələrdə itkin düşmüşdü. Nə ölüsündən xəbər verən СКАЧАТЬ