Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.

Читать онлайн книгу Cəbhədən cəbhəyə - Гасан Мехти оглы Сеидбейли страница 5

СКАЧАТЬ o biri qolunu pencəyin qoluna geyməyə Teymu-ra kömək eləmədi. Gözlərini qıyıb qəribə bir tərzdə qımış-dı:

      – Bilirsən indi ağlıma nə gəldi?

      – Nə?

      – Deyirəm istəsəm bu saat səni təpiyimin altına salıb o ki var əzişdirərəm. Bir qolun şikəst, başın da dönüb bal-qabağa. Mənə neyləyə biləcəksən? Heç bir şey… Amma, yox, borclu-borclunun sağlığını istər.

      Çapıq Şəmsi Teymurun yanından keçib getmək istədi. Teymur salamat əli ilə onun yaxasından yapışıb özünə sarı çəkdi.

      – Mənim sənə nə borcum var?

      Şəmsi güclü pəncəsi ilə Teymurun əlini yaxasından qopardı.

      – Məni sən tutdurmuşdun?

      – Səhv eləyirsən.

      – Bütün məhəllədə sizdən başqa düşmənim yoxdur. Mənim fitvamı siz vermisiniz.

      – Səhv eləyirsən, Şəmsi. Məhəllədə bizim heç kəsə pis-liyimiz dəyməyib.

      Şəmsi birdən-birə dəyişib qaşlarını bic-bic oynatdı:

      – Əslinə baxsan, bu da düzdür. Əgər siz məni tutdurmasaydınız, çoxdan dəsxoşa getmişdim, kim bilir, indi mənim sümüklərim hansı cəbhədə çürüyürdü.

      Teymur onun tüklü yanağındakı dərin, qırmızımtıl ça-pığa nəzər salıb soruşdu:

      – Bəs nə üçün səni cərimə batalyonuna göndərmədilər?

      Şəmsi yenə də gözlərini qıydı.

      – Qurtdalayırsan? Qorxma, quyruq ələ vermərəm. Xəstələnmişdi. O xəstəliklə adamı davaya aparmırlar, –Tey-murun ona necə ikrahla baxdığını görüb, cəld əlavə etdi, –Qorxma, sağalmışam. İndi də puluma minnət!

      – Deməli, canını rüşvətlə saxlayırsan…

      – Allah rüşvəti yaradana rəhmət eləsin… Amma qurt-dalama, qurtdalasan, mən də qurtdalaram. Satarsan, mən də sataram.

      Teymurun mərd baxışları Şəmsinin üzünə sancıldı:

      – Mənim heç şeydən qorxum yoxdur.

      Şəmsi göz vurub qımışdı.

      – Özünü tülkülüyə vurma! – dedi və dirsəyi ilə Tey-muru yolundan kənar edib uzaqlaşdı.

      Teymur peysərində kəskin bir ağrı hiss etdisə də bir müddət Çapıq Şəmsinin ardınca baxıb, yerindən tərpən-di… O, yol gedə-gedə fikirləşirdi: “Görəsən, Şəmsi belə sübh tezdən hara gedir? O nəyə işarə edirdi? Bəlkə, elə bilir ki, mən cəbhədən qaçmışam? Axmaq adam! Bəyəm mən birdən-ikiyə xəbərçilik eləyib adam satmışam?!”

      Dalanların birində Teymur ayaq saxlayıb, nəhayət, bö-yük çətinliklə pencəyin sol qolunu da geydi və papağı ilə üst-başının tozunu çırpmağa başladı. Evə adi paltarda gəlmək istəmişdi. Kostyum əyninə tikilməsə də və gecəki hadisədə bir qədər əzilmiş olsa da, enli kürəkli möhkəm bədənində yaxşı otururdu. Kostyumun əzilməsinə bir bə-hanə gətirəcəkdi. Deyəcəkdi ki, vaqonda kostyumda ya-tıb.

      Bəs nə üçün başına gələn əhvalatı evdəkilərdən gizlətmək istəyirdi? Bunun bir neçə səbəbi var idi. Birinci o idi ki, Teymurun atası Abbas müharibənin ilk günlərindən cəbhəyə getmiş və üç aydan sonra onun ölüm xəbəri gəl-mişdi. Bu xəbəri eşidən Teymurla Seymur özlərini nə qə-dər möhkəm saxlamışdılarsa, Cavahir bir o qədər davam-sız olmuşdu. O, düz yarım il yorğan-döşəkdən qalxma-mışdı. Ürək xəstəliyinə tutulmuşdu. Ondan sonra da tə-sirli bi xəbər eşidəndə rəngi ağarır, yazıq arvad az qalırdı huşunu itirsin. Əsəbləri də çox korlanmışdı. Teymur bi-lirdi ki, əgər anası oğlunun başına gələn bu əhvalatı eşitsə, davam gətirməz. İkinci səbəb o idi ki, Seymur qar-daşının başına belə bir təhqiramiz iş gəldiyindən xəbər tutsa, qəzəbindən bütün məhəlləni alt-üst edər, bu da ki, yaxşı nəticə verməz. Əvvələn Teymur uşaq kimi qəzəbin-dən beyni dumanlanmış Seymur heç bir təqsiri olmayan adamları təhqir edər və özünə çoxlu düşmən qazanar. Bir də ki, Teymur məhəllədə böyümüşdü, nə qədər fikirləşir-disə, yenə ağlına sığışdıra bilmirdi ki, onların məhəlləsin-də yaşayan cavanlar belə alçaq işlə məşğul olsunlar: bir tərəfdən, onların çoxusu bu saat cəbhədədir, o biri tərəf-dən isə əgər onların içərisində bir-iki nəfər Şəmsi kimi ipə-sapa yatmayan dələduz tapılsa da belələri heç vaxt öz məhəllələrində soyğunçuluq eləmirlər. Bütün bu səbəblə-rə görə Teymur başına gələn əhvalatı milis şöbəsinə də xəbər vermədi.

      Teymur başında olan dözülməz ağrıya baxmayaraq nədənsə evə tələsmir, ağır-ağır gedirdi, hərdənbir də səndələyirdi. Bu dalandan baş vurub, o biri dalandan çıxırdı. Yenə keçdiyi dalanlardan birinə qayıdırdı. Bax, burda, bu enli dalanda elektrik dirəklərindən biri zədələnmişdi. Teymurun cəbhəyə getməsinə iki-üç ay qalmış ağır yük maşını dirəyə toxunub onu yerindən oynatmış və dirək maili vəziyyət alaraq tellərdən asılıb qalmışdı. “Yəqin ki, bu illər ərzində o dirəyi düzəltmiş olarlar. Bəlkə də, əvəzinə bu saat təzə dirək basdırıblar” – deyə Teymur nədənsəəsas məqsədindən uzaq olan bu kənar fikirlə məş-ğul oldu. Tinə çatıb gördü ki, həmin köhnə dirək eyni maili vəziyyətdə qalır. Deməli, camaatın başı çox qarışıq-dır. Cəbhə, gərgin vəziyyət hamının fikrini ancaq bir şeyə cəlb etmişdir: azadlıq, qələbə. Teymur da bunun üçün cəbhəyə getmişdi. Atasının qara xəbəri gələndən sonra cə-mi on-on beş gün keçməmiş anası yorğan-döşəkdə ikən cibində onillik attestatı, ürəyində ata dağı hərbi komissarlığa getmiş və evi səkkizinci sinifdə oxuyan Seymura tapşırıb həmin gün cəbhəyə yola düşmüşdü. Ona elə gə-lirdi ki, cəbhədən qayıdandan sonra burda, doğma Bakı-sında onu gül-çiçəklə qarşılayacaqlar. Lakin tamamilə başqa cürə qarşılandı. Görəsən, onlar kim idi? Teymur üçün ancaq bir düşmən var idi. O da vətənə soxulmuş, xalqın qanını axıdan, xalqın azadlığını əlindən almaq is-təyən qəddar faşistlər idi. Bəs dünən gecəki adamlar kim idi? Axı, onlar, onun danışdığı dildə danışırdılar. Bəs o qız? Dayan, dayan onun adını nə dedilər? Turac, Turac… Qəribə səslənir, özü də əvvəl nə qədər həyalı, ürkək, utancaq, məsum bir qız idi. Səsindəki həyəcan, bakirəlik nə qədər inandırıcı, nə qədər təbii idi. Özü də Teymur əvvəlcə müşahidə edə bilmədiyi bir şeyi elə bil dəhşətli yuxu içərisində, peysərinə dəyən toppuz zərbəsindən sonra dərk etdi. Daha doğrusu kəşf etdi. Elə bil, o qızın içərisində iki adam yaşayırdı: birincisi ürkək, məsum qız nə qədər sadə və təbii görünürdüsə, ikincisi bir o qədər qəribə və əcaib təsir buraxırdı. Birincisi adi səslə, həm də səlis danışırdı, ikincisinin, deyəsən, dili bir qədər pəltək СКАЧАТЬ