Bəla. Cəfərzadə Əzizə
Чтение книги онлайн.

Читать онлайн книгу Bəla - Cəfərzadə Əzizə страница 2

Название: Bəla

Автор: Cəfərzadə Əzizə

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ adamların, nücəba, bəy, xan, içəridəki tayfaların nümayəndələri qurultayın keçirildiyi imarətin həyət, meydan və qonşu küçələrini doldurmuşdu, bir-birilərilə, intizar içərisində gözlədikləri halda, ya qeybət qırır, ya başqa mövzularda söhbət aparır, yeniliklərdən-zaddan bir-birilərinə xəbər verirdilər.

      Doğma şəhər və kəndlərindən gəlmə xan, əmir nö-kərləri – atlı süvari qoşun cərgəsinə qatılmışlar doğma yurdları, ata-anaları, ev-eşikləri, qohum-qonşuları haqqın-da xəbərləşirdilər. Amma hamının ürəyindən bir şey keçir-di. Hamı bir şeyi dilə gətirirdi:

      – Allah eləsin, Şahənşahımız elə şahzadə olsun ki, kölgəsində dolana bilək. Yağılar torpaqlarımızdan qovul-sun, sülh olsun, əmin-amanlıq olsun. Qanlı tayfa qırğınla-rına son qoya bilsin.

      – Amin, ya rəbbəl-aləmin! “Amin” deyən dillər lal olmasın.

      İçəridəysə qoca ərən bayaqdan bəri danışılanları din-ləyir, bir kəlmə də kəsmədən sonun nəyə varacağını göz-ləyirdi. Birdən sanki daxili bir ağrıyla dilləndi. Bu ağrı onun üzündə, əlləriylə sığalladığı saqqalında, bu əllərin zamanın kotan sürüb şırımlar açdığı qədim qoca bir palı-dın budaqları təki burum-burum olmuş əllərində, təkəm-bir ağ tüklərlə kol-kol olmuş qaşlarında belə görünür, duyulurdu. Millətin tayfa-tayfa, parça-parça olmuş his-sələrini bir yerə yığmaq, bir ananın bəd çıxmış övladları-nın acısını çəkə-çəkə, hər birini, sonra hamısını qucaqlayıb toplamaq, baş bir yaxadan çıxarmaq onun ən böyük dilə-yiydi. Qoca deyirdi:

      – Övladlarım, hamınız bircə-bircə bir qətrə sudan, bir qaranlıq məkanda, zülmət yerdə nüftə bağlamış, yaran-mısız. Xudavəndi-aləm sizə yaxşılığı görməkçün göz, yaxşılıq eşitməkçün qulaq, fərəhə, xeyirə açılmaqçün dil-ağız, əl-ayaq verib. Birdən düşdüz bu işıqlı dünyaya. Gə-lən kimi ağzınız ana bətnində aldığınız qidadan məhrum olan kimi ağlayıb, balaca yumruqlarızı düyüb qışqırmağa başladız. Elə ki, yuyundurub ana döşünü verdilər, yalnız və yalnız ana döşündən süd – dünya tamı dadan kimi səsizi kəsdiz. Yumruqlarınız açıldı. Göz açıb dünyaya qə-dəm qoyduz… Və ulu Yaradanın qədər qoyduğu ömürdən sonra fani dünyadan baqiyə – yenə qaranlıq dünyaya köçəcəksiniz. Qaranlıq yerdə bir qətrəsa! Deyin görüm, hansı biriz bu dairədən, bu İLAHİ qanundan kənara bir qədəm qoya bilər? Ya qoyur? Hamınızı bir surətdə, bir canda, bir ovuc qan, bir dəri, ət və sümükdən ibarət ya-radana nə cavab verəcəksiniz? Niyə bir-birinizi bu mü-vəqqəti, fani dünyanın şirinliklərindən ötrü didirsiniz? Haqqı qoyub, nahaqqı danışırsınız? Düzün danışın da! Böyük Xəyyam rübailərindən birində deyir:

      Tus şəhri bürcündə gördüm ki, bir quş,

      Keykavusun kəlləsini önünə qoymuş.

      Deyirdi kəlləyə: əfsus, əfsus…

      O vur-çatlasının axırı buymuş?

      Bəli! O zamankı zəng və təbil səsləri deyil, “cəngi-məğlubə”dən xəbər verən səslər… Bəs bugünkü vur-çatla-sının axırı nədi? Son ucu ölümlü dünyanın nəyindən ötəri bugünkü həngamələri çıxarırsınız? Deyin, mən də anla-yım.

      Ya Xəyyamın bu rübaisini yada salın:

      Dərgəhinə şahların ub qoyduğu

      Uca qəsrin qübbəsində bir qumru

      Qanadını toplayaraq, çalaraq

      Dayanmadan gördüm deyir: ku-ku, kuu

      Kimdisə, narazılıqla pıçıldadı:

      – Biz bura şeir oxumağa yığılmamışıq.

      Yavaş dedi, amma məclisdə elə bir sükut hökm sü-rürdü ki, milçək uçsa, qanadının səsi eşidilərdi və bu pı-çıltı da eşidildi. Qocaya xüsusi hörmət bəsləyən qızılbaş əmirlərindən biri dişlərini bir-birinə qısıb, – “sussss!”, – dedi. Qoca isə etiraza əhəmiyyət vermədən danışırdı:

      – Elə bizimçün yazıblar. Bu günümüzçün, gələcəyi-mizçün. Mən də ona görə yadınıza salıram ki, “Sözü at yerə, sahibi götürər”. Yerində olar ki, həməsrimiz Osman-lı ermişlərindən birinin şeirini də eşidək. Çünki o da biz türklərin hamısı üçün yazıb:

      Kim umar səndən vəfayi      

      Əgər şahu, əgər bəndə,

      Yalan dünya degilmisən?      

      Hər kişiyi salan bəndə.

      Mühəmmədi-Mustafayi      

      Kimsə məkan tutmur səndə,

      Alan dünya degilmisən?

      Viran dünya degilmisən?

      İşin-gücün daim yalan,

      Çox kişidən arta qalan,

      Neçə kərrə boşalaraq –

      Dolan dünya degilmisən?

      Qoy axırında öz Nəsimimizi də xatırlayaq. Şeir dinlə-mək, dədə ərən nəsihəti dinləməkdir:

      Yerü göy gəştidürür, biz anə ləngər düşmüşüz

      Gör nə zatız kim, bulunmaz bir dəxi həmta bizə.

      Tayı olmayan türkük biz, adını rüsvay etməyək!

      Nisbətən cavan əmirlər qocanın sözlərini bir baba nağılı şirinliyilə dinləyir, ölümü heç özlərinə yaxınlaşdır-madan, sözlərin dərin mənasına məhəl qoymadan, əlləri-ni xəncər və qəmələrin mürəssə dəstəsi üstündə gəzdirir, sıxırdılar. Lakin yaşlı nəslə mənsub olan əmirlər özləri də artıq haradasa bir fikrə gəlməyin zərurətini duyur, anlayır və ona görə də qocanın sözlərini razılıqla dinləyirdilər. Elə bu gün, buraya məhz bir fikir söyləmək, bir qərara gəlmək məqsədilə qədəm qoymuş, toplanmışdılar.

      Qoca bir qədər susdu. Sanki yığılanlara düşünmək, dediklərini lazımınca dərk etmək imkanı verirdi. Kiminsə gətirib qarşısına qoyduğu büllur qəlyanın qəmişini, lap dağlarda, çöllərdə adət etdiyi bir hərəkətlə cübbəsinin qo-luna sürtdü, dişləmək istədiyi alma kimi. Sonra qalın gümüşü bığlarına, saqqalına təh-tov verib yenidən, aram, təmkinli bir səslə sözə başladı:

      – Övladlarım, hamınızın istək və arzularını, həm-vətənlərimizin, İran-zəminin, gündə bir basqına məruz qalan məmləkətimizin səlahını nəzərə alıb sizə bir təklif vermək СКАЧАТЬ