Xiyabani. Панахи Макулу
Чтение книги онлайн.

Читать онлайн книгу Xiyabani - Панахи Макулу страница 6

Название: Xiyabani

Автор: Панахи Макулу

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ əl-ayağı tamam yığılmış, təbiət uzun qış yuxu-sundan oyanmışdı. Ağır örtüyünü üstündən atan otlar baş qaldırıb dağı, bağı, çəməni, çölü yaşıllığa bürüyürdü. Hə-yətdəki meyvə ağacları da tumurcuq bağlamışdı. Dünənə ki-mi donub qalan Güney arxı dil açmış, bahar nəğməsini oxu-mağa başlamışdı.

            Bir axşam Fatı nənə Məhəmmədə demişdi: “Dörd gün keçər, beşinci gün axır Çaharşənbə axşamıdır”. Məhəm-məd indidən özünə uzun bir şal hazırlamışdı. Çaharşənbə axşamı səhər tezdən Fatı nənə qırmızı xoruzu kəsdirib gəti-rəndə, Məhəmməd anasından aldığı on şahını cibinə qoyub, qarağacın dibindəki kuzəsatanın yanına qaçdı. İki şahı verib özünə bir dənə gözəl naxışlanmış balaca “Çaharşənbə kuzə-si” aldı. Bu kuzəni o, sabah tezdən novun altından keçəndə su ilə dolduracaqdı. Sonra fışqı satanın yanına gedib, yeddi şahılıq cürbəcür fışqı6 aldı. Evlərinə qayıdanda yolda dayısı oğlu Qasımağaya rast gəldi. Qasımağa dərsə gedirdi. O, Mə-həmmədin aldığı şeylərə baxandan sonra:

      – Mən məktəbdən çıxanda alacağam. Sən axşam məni gözlə, bir yerdə şal salmağa gedərik, – dedi. – Tək getmə ha, səni döyərlər!

      – Məni döyərlər? – Məhəmməd dik-dik onun üzünə baxdı və yoluna davam etdi.

            Hava bir az buludlu idi. Azançı minarədən düşəndə ətraf tamamilə qaralmışdı.

             Fatı nənə həyət qapısını açıq qoyaraq gündüzdən xi-yabanın arasında bir yerdə topladığı yovşanlara od vurdu:

      – Gəl ey!.. Fatı nənə yovşanları yandırdı! – deyə Məhəmməd anasını səslədi. Zəhra xanım şölələnən yovşan-ların yanına gəldi. Onun yaşı qırxa çatsa da, gənclik təravə-tini hələ də saxlayırdı. Evdə büründüyü çit çarşabını çiyninə salıb, odun yanına çatanda dedi:

      – Bu axşam adam yaxşı sözlər danışar… – Oğlunun yetikliyini bilən və indicə sorğu-suala başlayacağından qor-xan ana tez sözünə davam etdi: – Axı, bu axşam camaat niy-yət eləyir, qulaqasdıya çıxır; hər adam eşitdiyi birinci sözü gələn il üçün mizan tutur, fal qurur. Odur ki, qapıları açıq qoyub yaxşı sözlər danışırlar.

             Məhəmməd alovun üstündən sıçramağa hazırlaşırdı ki, gözü onlara yaxınlaşan və xısın-xısın gülən iki çadralı qa-dına sataşdı.

      – Allah balacığazını saxlasın, Zəhra xanım, doğru-dan halalzadasan! – Nisbətən yaşlı qadın Zəhraya xeyir-dua verdi. – Neçə ildir ki, mən qulaqasdıya çıxıram, amma bu cür uyarlı sözlər eşitməmişdim.

             İkinci qadın cavan gəlin idi, yaşlı qadın danışdıqca o da utana-utana gülürdü. Yaşlı qadın gənc qadına işarə edə-rək:

      – Elə ikimizin də falına cavab verdin. Üç-dörd ildir ki, yazıq uşağa qalmır. Deməli, gələn il bağlı qapılar üzü-müzə açılacaq, işlərimiz yaxşı olacaq, inşallah, gəlin də bir oğlan doğacaq, – deyəndə cavan qadın xəcalətdən əlini üzü-nə apardı.

      – İnşallah, inşallah, – deyə Zəhra xanımla Fatı nənə də onlara ürək verdilər.

             Qadınlar qayıdıb getmək istəyəndə yaşlı qadın Mə-həmmədə tərəf dönərək:

      – Bizə şalatdıya gələrsən, – dedi. – Sənin üçün bir dənə bərk yumurta saxlamışam.

      – Çox sağ olun, Xırda xala… Zəhra xanım onlara dil-ağız edib həyət qapısından yola saldı. O, təzədən odun yanına qayıdanda Məhəmməd “Atıl-batıl çərşənbəm, baxtım açıl çərşənbəm” – deyə-deyə alovlanan yovşanların üstün-dən atılırdı. Uşaq yeddi kərə atılandan sonra anasına dedi:

      – Gəl, ana, indi də növbə sənindir.

            Zəhra xanım çadrasını Fatı nənəyə verib, odun üstün-dən tullandı:

            Fatı nənə toyuqplov bişirmişdi. Şam çox tez yeyildi. Süfrəni təzəcə yığışdırmışdılar ki, dəhliz qapısından içəri bir şal tulladılar. Zəhra xanım qardaşının şalını o saat tanıdı. Şa-lı atan Qasımağa idi. Şalın ucuna bir qırmızı alma, bir dənə nar bağlayıb, “hə, çək!” – deyə çığırdı. Şal çəkiləndən sonra Qasımağa içəri gəldi. Məhəmmədi də götürüb birgə şalatdı-ya getdilər.

            Məhəmməd birinci dəfə idi ki, şalatdıya gedirdi. Damlar, küçələr qulaqfalına çıxmış qadınlar, qızlar, əli şallı yeniyetmələrlə dolu idi.

            İki-üç saatdan sonra Məhəmməd evə qayıtdı. Onun cibləri qırmızı yumurta və meyvə qurusu ilə dolmuşdu (Xamnə qəsəbəsi bağlı-bağatlı olduğundan, dadlı meyvə qu-rusu bol idi).

             Anası Məhəmmədə dedi:

      – İndi soyun yat, səhər tezdən nov altına gedəcəyik.

      Günəş hələ çıxmamışdı ki, dəyirmanların ətrafı adamla dolmuşdu. Ətəklərini çirməyib dağın başına çəkilən, kövrək qar altından baş qaldıran novruzgülü, qar çiçəyi və bənövşələr də, sanki bu bahar bayramını təbrikə gəlmişdi. Yeni ildə öz muradlarına çatmaq üçün niyyət edən qadınlar, qızlar, oğlanlar, hər biri yeddi dəfə novun altından keçirdi. Bəziləri isə təzə kuzələrini novun suyundan doldurub, din-məz-söyləməz qəsəbəyə qayıdırdı.

            Məhəmməd, anası, Fatı nənə və iki nəfər qonşu qadın novun yanına təzəcə yetişmişdi ki, bir neçə adam camaatı o tərəf-bu tərəfə itələyib irəli soxuldular və arxalarınca gələn dörd qadına yol açdılar. Zəhra xanım oğlunun qolundan tu-tub kənara çəkildi. Gələnlərdən biri Fatı nənəyə yetişəndə is-tehza ilə güldü:

      – Kaftara bax! Gününü görüb, dövranını sürübsən, guya sən nov altından keçməsən dünya uçar? – deyə onun döşündən itələdi. Bu, Məhəmmədə bərk toxundu. Bədənini üşütmə tutdu. – İstədi ki, yerdən daş götürüb, onun başına çırpsın. Zəhra xanım oğlunun niyyətini duyub, dərhal qo-lundan yapışdı:

      – Oğlum, bu yana gəl, Allah özü onların bəlasını ve-rəcək, – dedi.

      – Onlar kimdir ki, Fatı nənəni itələyirlər?

      – Onlar bu qəsəbənin sahibidir, oğlum, eşitsələr, bi-zim də abrımızı tökərlər.

            Məhəmməd hirsindən dodaqlarını çeynəyə-çeynəyə qaldı. Qəzəbindən gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Dişlərini qıcıb yumruqlarını düyümlədi.

СКАЧАТЬ