Soyuq cəhənnəm. Vüsal Kamil
Чтение книги онлайн.

Читать онлайн книгу Soyuq cəhənnəm - Vüsal Kamil страница 3

Название: Soyuq cəhənnəm

Автор: Vüsal Kamil

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ kapitalizm dövründə belə bir sevgi nadir tapıntı olsa da, reallıq idi.

      Düşünmək dəhşətdir. Artıq ailəsi də ondan üz çevirirdi. Bəs Həsən? O da üz çevirərmi çox sevdiyi Züleyxadan? İndi Həsən üçün həyatının ən böyük sınağı gəlirdi, güclü olsa, sınmayacağı məlumdur.

      Ayağa durub, üzdə xoşbəxt görünən insan kütləsinə qoşularaq addımlamağa başladı.

      – Züleyxa!..

      O, tanış səs eşidən kimi yerində dayandı və arxaya çevrildi:

      – Elxan?! – Züleyxa təəccübləndi.

      Elxan Həsənin yaxın dostu və şəriki idi. İkisi birlikdə idman klubu açmışdılar.

      – Nə olub? Yaman fikirli görünürsən, – Elxan maraqlandı.

      – Heç… – qız nə deyəcəyini bilmədi. Özünü birtəhər ələ alıb soruşdu: – Sən buralarda xeyir ola?

      – Mehribanla görüşəcəm. Gəl qoşul bizə! – oğlan ona təklif etdi.

      – Yox! Yaxşısı budur, sevgililərə mane olmayım…

      – Mane olmarsan, gəl! – Elxan axır ki təkidləri ilə onu razı sala bildi.

      Bir neçə dəqiqə sonra Mehriban da onlara qoşuldu. Üçlükdə kafeyə yollandılar.

      Elxanla Mehriban şən söhbətlər edirdi. Züleyxa isə əzabını boğaraq, hərdən özünü gülümsəməyə məcbur edir, tez-tez də saatına baxırdı; Həsənin Bakıya gəlməyinə hələ bir saat vardı.

Gəncə

      Ümman evə gələndə artıq qardaşının öz maşını ilə Bakıya yola çıxdığını öyrəndi. Onun gözlərinin şiş və qızartısını görən anası nə baş verdiyi ilə maraqlandı. Çox təkid etsə də, qızından söz qopara bilmədi. Ümmansa elə hey susurdu. O bu əzablı xəbəri anasına necə deyəcəyi barədə götür-qoy edirdi. Onsuz da gec-tez hər kəsin xəbər tutacağı bir şeyi gizlətməyin mənası yox idi. Buna görə anasını məsələdən olduğu kimi hali elədi. Qadın qulaqlarına inana bilmədi. Əvvəlcə bir müddət qızına baxaraq heykəl kimi yerində donub-qaldı. Sonra qızından aralandı. Öz bacısı da cüzam xəstəsi idi və on il bundan əvvəl onu xəstəxanaya yerləşdirmişdilər. O gündən qohum-əqrəbadan, dost-tanışdan heç kim ona baş çəkməmişdi. Heç özü də doğma bacısının bircə dəfə də olsa ziyarətinə getmədi.

      Artıq üç saatdan çox idi ki, evdə hökm sürən sükut, bir növ, gələcək faciədən xəbər verirdi. Ana sakit-sakit ağlasa da, Ümman stulda sakitcə oturmuşdu.

      – Bunu heç kimə demə! Eşidirsən, heç kimə!.. – anası sükutu pozdu. – Yoxsa üzümüzə baxan olmaz. Qapımızı döyən, üzümüzə qapı açan olmaz. Salam belə verməzlər bizə.

      Ümman dəhşətlə anasına baxdı: yəni anası həqiqətənmi qızının halına deyil, ictimai qınağa yanır, üzülür? Anası, əslində, acı həqiqəti deyirdi. Əgər hansısa ailədən kimsə cüzam xəstəliyinə tutulubsa, bunu bilən adam həmin ailəyə bir daha yaxın getməz. Ümumiyyətlə, həmin ailə ilə əlaqələr tamamilə kəsilir. Bu səbəbdən cüzam xəstəsini Umbakıya göndərirlər. Ailə məcburiyyətdən öz doğmasından imtina edir.

      İndi Ümmanı da belə bir tale gözləyirdi. Onu da Umbakıya göndərəcəklər və bir daha ailəsindən heç kimi görməyəcək. Ümmanı da heç kim görməyəcək. O, Umbakıda öz ölümünü gözləməli olacaq.

      Havanın qaralmağına hələ bir neçə saat vardı. Ümman artıq Umbakı kimi cəhənnəmi gözləri önündə canlandırmışdı. Özünü soyuq cəhənnəmin sakini kimi görə bilmirdi.

      Ayağa durub öz otağına keçdi. Kompüterini işə salıb internetə qoşuldu və bu xəstəlik haqqında məlumatlar oxumağa başladı. Oxuduğu məqalələr ona gələcəyi haqqında daha aydın təsəvvürlər formalaşdırmağa kömək edirdi:

      “Son dərəcə dəhşətli olan cüzam xəstəliyi hərəni bir yaşda yaxalayır; kimini uşaqlıqda, kimini yeniyetməlikdə.

      İndi bir cüzamlı xəstənin adını dəyişərək kiçik tarixçəsini sizə təqdim edirəm:

      Təhminə Əsədova (ad şərtidir)… Cüzamlı olmasından yalnız on doqquz yaşında xəbər tutdu. Bununla da o, ailəsindən, sevdiklərindən, ümumiyyətlə, cəmiyyətdən təcrid olunaraq Umbakıya yerləşir (özü kimilərinin yanına). İndi onun səksən yaşı var və altmış bir ildir ki, Umbakıdadır. Altmış bir ildir ki, cəmiyyətdən təcrid olunub. Həm ahıllıq, həm də xəstəlik səbəbindən gözləri görmür, ağır eşidir, ayaqlarında ağrılar var. Təhminə Əsədovanın indi heç kimi qalmayıb.

      O deyir: “Hamı ölüb. Bacılarımın biri ölüb, qardaşlarımdan ikisi. Qardaşım arvadı ölüb. Gəlinimiz həmişə yanıma gəlirdi. Ta kim gəlsin? Məni oğluna tapşırıb. Oğlu tez-tez gəlir. Deyirəm gəlmə, xəbər edəndə gələrsən! Noyabrın on biri anadan olduğum gündür (gözləri dolur), deyib gələcəm yanına (özünü saxlaya bilməyib ağlayır)”.

      Növbəti pasiyent İlqar Məmmədov (ad şərtidir) deyir: “Məni dezinfeksiya etmək üçün xüsusi maşın gətirdilər. Dedilər, bu, pis xəstəlikdir, bu cür xəstələri yandırırlar. Atasız-anasız böyümüşəm. Dayımgillə qalırdım. Onlar qabağıma qırıq boşqabda yemək qoyurdular ki, birdən xəstəlik kiməsə keçər. Mənim vəziyyətimə dayımın ürəyi ağrıyırdı. Deyirdi, bu, keçən şey deyil, gəl mənimlə birlikdə ye! Dayımla yeyir, onunla yatıb-dururdum. Dayım deyirdi ki, bunları “Ermənikənddə” müalicə edirlər. Niyə yandırırlar ki?”

      Mən elə bu yerdə bu suala onun özündən cavab almağa çalışıram: “Kim sizə deyir ki, cüzamlıları yandırırlar?”

      – Ziyad həkim demişdi ki, bunları yandırırlar, ya da adada saxlayırlar. Bunlara eşiyə çıxmağa icazə yoxdu.

      İlqar Məmmədov elə cüzam xəstəxanasında ailə qurub…

      Xəstəliyin gizli dövrü 4–6 ildir, lakin bu müddət 10–20 ilə qədər uzana bilər. Gizli dövrdən sonra xəstələrdə ümumi əzginlik, yorğunluq, iştahasızlıq, ətraflarda ağrılar baş verir. Sonralar hissetmə qabiliyyəti zəifləyir. Bundan sonra isə xəstəliyin əsas əlamətləri başlanır: ləkələr, düyüncüklər, düyünlər, sudurlar, üzdə, gövdədə, yuxarı və aşağı ətraflarda qırmızı ləkələr baş verir. Bu ləkələr bir-birilə birləşərək müxtəlif fiqurlar əmələ gətirirlər. Əvvəlcə açıq-qırmızı rəngdə, getdikcə tündləşərək sarımtıl-qonur rəngə çevrilirlər. Ləkələr solarkən bəzən kəpəklənir, bəzən isə piqmentləşir. Daha sonra piqment solub gedir, yerində ağ ləkələr qalır. Ləkələr nahiyəsində əvvəlcə hiperesteziya, sonra isə anesteziya, tüklərin əsasən infiltrat yuxarı və aşağı ətraflarda dərinin qızarması və qalınlaşması СКАЧАТЬ