Ədəbi həyat. Vurğun Əyyub
Чтение книги онлайн.

Читать онлайн книгу Ədəbi həyat - Vurğun Əyyub страница 2

Название: Ədəbi həyat

Автор: Vurğun Əyyub

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ yeni idi. Doğrudur, Vurğun Əyyub özü də bu formanı türk ədəbiyyatşünası Mehmet Kaplandan götürdüyünü yazır. Ancaq Azərbaycan ədəbi mühitində bu formanının yeni olmasını heç kim dana bilməz. Özü də Mehmet Kaplanın təhlillərindən fərqli olaraq Vurğun Əyyubun təhlillərində bir sıra yeniliklər var.

      Vurğun Əyyubun şeir təhlillərində istər romantik, satirik, istərsə də müasir şeirlər təhlilə cəlb edilir. İlk olaraq bu təhlillərə Azərbaycan romantiklərinin görkəmli nümayəndələri M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət və b. şeirlərindən başlayır. Bu təhlillərdə biz şeirlərin alt qatında gizlənən bədii xüsusiyyətləri, mesajları öyrənirik. Tədqiqatçı əvvəlcə şeiri bütöv şəkildə verir; oxucu şeirlə tanış olduqdan sonra onun müxtəlif aspektlərdən təhlilləri ilə qarşılaşır. M.Hadinin “El fəryadı” şeiri üslub, dil, məcaz, ideya, məzmun, kompozisiya, struktur baxımından təhlil edilir. Bəzən bu təhlillər sətir-sətir, bəzən isə bənd-bənd davam edir. İlk yazdığı bu təhlil bir qədər sadə xarakter daşıyır, sonrakı məqalələrdə isə ədəbiyyatşünas təhlil formasını və diapazonunu genişləndirir. Məsələn, A.Səhhətin “Tərcümeyi-halım, yaxud hululu” şeirinin təhlilinə onun adından başlayır. Şeirin adı tərcümeyi-hal xarakterinə işarə etsə də, tədqiqatçı bunun “Tərcumeyi-hal sərlövhəsi altında şair şeirin qəhrəmanının zahiri görkəmini, yaşam məkanını, daxili dünyasını, düşüncələrini ifadə etmişdir”, – qənaətinə gəlir. Burada demək olar, şeirin bütün komponentləri sistemli şəkildə təhlil olunur. Bu təhlil tədqiqatçının ədəbi manevrləri ilə bir qədər də çevikləşir, adından tutmuş ideyasına qədər yığcam şəkildə ifadə olunur. “Kiçik bir araşdırma”, “Şeirin sənətkarlığı” kimi mini başlıqlarla mətləbi oxucuya daha tez və anlaşıqlı dildə çatdıra bilir. Yaxud A.Şaiqin “Vətən” şeirini təhlil edərkən əvvəlcə Vətən mövzusunda yazılan şeirlərə (Məsələn, Füzulinin “Edəməm tərk, Füzuli, səri-kuyin yarın, // Vətənimdir, vətənimdir, vətənimdir, vətənim) kiçik bir ekskurs etdikdən sonra Vətənin romantik lirikada mövzu və ideyasına toxunur. Romantik lirikanın Vətən mövzusuna müraciətinin və yanaşmasının fərqlilikləri önə sərilir. Daha sonra şeirin məzmunu, ideyası, sənətkarlıq və forma xüsusiyyətləri araşdırılır. Hər məqalənin sonunda tədqiqatçının gəldiyi qənaət olduqca vacibdir. Çünki burada müəllifin gəldiyi nəzəri və praktik qənaətlər, arqumentləşdirilmiş fikirlər yer alır: “Şeir bizə bəlli olan qəzəl janrında yazılmışdır. Qəzəlin forma tələblərinə tamamilə cavab verən şeir məzmun baxımından yenidir. Şeirdə biz ağlın oyunları, şair beyninin quramaları ilə rastlaşmırıq. Şeir bütünlükdə səmimiyyətdən yoğrulmuş, duyğu və düşüncələr sanki şairin ürəyindən qəfil püskürmüşdür. Onda quruluş, ifadə baxımından da qüsurlar tapmaq mümkündür. Amma bu şeirin içindəki səmimiyyət duyğusunu zədələmir. Şeirin əsl qiyməti də bundadır”.

      Vurğun Əyyubun şeir təhlilləri formaca müxtəlif və zəngindir; bir-birinə bənzəmir. Şeirin strukturu və ideyası bu təhlilləri özü bəlirləyir, bədii mətndən çıxış edərək aparır. Bəzən bu təhlillər dərin və müqayisəli araşdırmaya aparıb çıxarır. Hüseyn Cavidin “Öksüz Ənvər” şeiri mövzu, məzmun, ideya baxımından təhlil edildikdən sonra “Bir müqayisə” başlığı ilə yeni bir məcraya yönəldilir. Bunu bədii mətn özü tələb edir. Belə ki, H.Cavidin bu şeiri türk şairi İsmaıl Səfanın eyniadlı şeirindən təsirlənərək yazıldığına diqqət çəkir. Lakin tədqiqatçının məqsədi eyniadlı bu şeirlərin fərqli məzmun və ideyasını ortaya çıxarmaqdır ki, məqalədə bunun örnəyini görürük.

      Vurğun Əyyubun “Hekayə təhlilləri” də yeni və orijinaldır. Ona qədər hər hansı bir hekayəni ələ alıb onu müxtəlif aspektlərdən təhlil etmək, araşdırmaq nümunəsinə rast gəlmirik. Bəlkə də olmuşdur, ancaq bu təhlillərin strukturu Vurğun Əyyubda olduğu kimi deyil. Onu da qeyd edək ki, ondan sonrakı mərhələdə – yəni bu gün bu cür təhlillərə rast gəlmək olur. Ancaq bu təhlillər də Vurğun Əyyub təhlillərini əvəz edə bilmir. Tədqiqatçı bu bölümdə Nəriman Əbdülrəhmanlının “Qapı”, Şərif Ağayarın “Şəkil”, Fəxri Uğurlunun “Məryəmin anası”, Elnaz Eyvazın “Qadın” hekayələrini təhlilə cəlb edir. Tədqiqatçı o hekayələrə müraciət edir ki, bu əsərlər Azərbaycan ədəbi prosesində müəyyən yer tutur və bədii mətn baxımından təhlilə gəlir. N.Əbdülrəhmanlının “Qapı”, Ş.Ağayarın “Şəkil”, F.Uğurlunun “Məryəmin oğlu”, E.Eyvazlının “Qadın” hekayələrinin seçilməsi və təhlilə cəlb edilməsi bu prinsiplərdən irəli gəlir. N.Əbdülrəhmanlının “Qapı” hekayəsi kiçik bir məqalədə eninə-boyuna təhlil edilir; həm qəhrəmanlar, həm bədii xüsusiyyətləri, həm də semantikası nəzəri cəhətdən dəyərləndirilir: “Hekayədə bir-birinə iki zidd hal, iki fərqli insan və bunların təmsil etdiyi iki fərqli həyat tərzi, qiymətləndirmə var: bir tərəfdə həyatın çətinlikləri qarşısında əzilmiş, arvadının danlaq və məsxərəsinə tuş olan qəhrəmanımız, digər tərəfdə isə maddi baxımdan heç bir qayğısı olmayan, ancaq hiss olunur ki, yenə gözü doymayan, hər şeyə sahib olmaq ehtirası ilə daima qaçaqaçda olan Köhnə Dost! İki dost arasındakı söhbət hekayədə bir növ karkas rolunu oynayır. Yazıçı hekayəsini bu karkas içərisində gözəl bir şəkildə işləmişdir. Hekayəni yazarkən hər hansı bir münasibət sərgiləmədən, sadəcə, qəhrəmanlarının əməllərinə, xarakterlərinə, söhbətlərinə ayna tutmuşdur”.

      Ş.Ağayarın “Şəkil” hekayəsinin Azərbaycan ədəbi prosesində çox populyarlaşmasının bir nədəni də Vurğunun bu hekayəni təhlil etməsi oldu. Tənqidçi hekayəni bir mətn olaraq bütün yönləri ilə təhlil edir, necə deyərlər, yumağın iplərini açdıqca hekayənin bədii mətnindəki alt qatların mahiyyəti üzə çıxır. Tənqidçi üçün burada hər bir cümlənin, hətta sözün belə özünün çəkisi vardır. Məsələn, hekayənin cəmi dörd sözdən ibarət “Babamı mən kor eləmişdim” ilk cümləsinin məna yükünün açılması sonrakı proseslər üçün də bir açar rolunu oynayır. Bu həm də hadisələrin sondan əvvələ gəlməsi və oxucunu sona doğru çəkən açar cümlə-fikir olaraq hekayənin əsasını təşkil edir. Tənqidçi yazıçının hekayə boyu Qarabağ savaşı barədə mesajlarını doğru oxuyur və yazıçının ustalıqlarını aça bilir.

      Yaxud Fəxri Uğurlunun “Məryəmin oğlu” hekayəsini təhlil edərkən bir yazıçı kimi istedadının bu hekayəsində aydın şəkildə göründüyünü ədəbi-tənqidi arqumentlərlə açması onun nəzəri aspektləri doğru bəlirləməsindən irəli gəlir: “Yazıçılıq üçün üç mühüm keyfiyyətin vacibliyi ədəbiyyat araşdırıcıları tərəfindən dəfələrlə deyilib: yazıçı təhkiyəsi, dialoq qurmaq bacarığı və aydın, konkret, dəqiq, dolğun təsvir. Qalan şeylər – əsərin ideysı, kompozisiya, süjetin hərəkətliliyi, detal, təfərrüat və sairə – bunlar bu üç keyfiyyət olmadan ortaya çıxa bilmir və ya onlardan sonra gəlir, onların mükəmməliyyi şəraitində aydın ola bilir. “Məryəmin oğlu” hekayəsində də Fəxri maraqlı təhkiyəçi, aydın təsvir və dialoq qurmaq ustası olduğunu sərgiləmişdir”. Bu məqalədə də hekayənin bütün komponentləri ilə təhlilə cəlb edildiyini və yazıçının yaradıcılıq laboratoriyası СКАЧАТЬ