Название: Pinokiyo
Автор: Карло Коллоди
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244526
isbn:
Qollar hazır olan kimi Ceppeto dərin bir nəfəs alıb dincəlmək üçün oturdu. Birdən hiss elədi ki, kimsə onun parikini başından çıxarır. Çevrilib baxanda nə görsə, yaxşıdır? Taxta Oğlancığaz onun sarı parikini əlindəcə tutub!
– Pinokkio! Bu dəqiqə parikimi qaytar, yoxsa…
Oğlancığaz ona qulaq asmadı. Pariki qocaya qaytarmaq əvəzinə onu öz başına taxdı. Bu iri parikin altında Pinokkionun az qala nəfəsi kəsiləcəkdi.
Taxta Oğlancığazın bu cür abırsız davranışı Ceppetonu elə kədərləndirdi ki, o bütün ömrü boyunca belə qüssələnməmişdi.
– Ayıb olsun sənə! – qoca ağlamsınaraq dedi. – Sən hələ tam hazır deyilsən, lakin indidən atana qarşı hörmətsizlik edirsən.
Ceppeto gözlərini sildi.
İndi Oğlancığazın ayaqlarını hazırlamaq lazım idi. Elə ki ayaqlar da hazır oldu, bu dəfə də Ceppeto burnundan təpik zərbəsi aldı. O fikirləşdi: «Günah özümdədir. Mən bunların baş verəcəyini əvvəlcədən təxmin etməli idim. İndi isə çox gecdir».
Sonra o, Pinokkionu yerə qoydu ki, Oğlancığaz yeriməyi öyrənsin.
Lakin Pinokkionun dizləri bükülmürdü, ayaqları da çox yöndəmsiz idi, odur ki güclə hərəkət edirdi. Bununla belə, Ceppeto Oğlancığazın əlindən tutub ona yeriməyi öyrətdi. Çox keçmədi ki, Pinokkio sərbəst hərəkət etməyə başladı. İndi o, otaqda rahat gəzirdi. Nəhayət, kandardan keçdi və özünü küçəyə atdı.
Yazıq Ceppeto onun ardınca qaçsa da, çata bilmədi: dəcəl Pinokkio taxta ayaqlarının üzərində dovşan kimi tullanaraq sürətlə uzaqlaşırdı.
Ceppeto əlacsız qalıb qışqırmağa başladı:
– Tutun onu! Tutun onu!
Di gəl, ətrafdakılar Taxta Oğlancığazı görən kimi təəccübdən yerlərində donub-qalırdılar. Bəziləri isə bu məzəli mənzərə qarşısında qarınlarını tutub yıxılanadək şaqqanaq çəkirdilər.
Xoşbəxtlikdən haradansa bir polis nəfəri peyda oldu. O, öncə elə bildi ki, qoca Ceppeto dayçasının dalınca düşüb. Polis dərhal atı tutub sahibinə qaytarmağı qərara aldı.
Pinokkio görəndə ki, polis nəfəri onun yolunu kəsib, fənd işlətmək fikrinə düşdü. Polisin ayaqları arasından sivişib keçmək istədi, lakin uğursuzluğa düçar oldu.
Polis çevik bir hərəkətlə Pinokkionun burnundan yapışdı və onu Ceppetoya təslim etdi. Ceppeto Oğlancığazın boynundan yapışıb evə aparmağa başladı. O, yolboyu başını qəzəblə sağa-sola tərpədərək Pinokkionu hədələyirdi:
– Evə çataq, sənin payını verəcəyəm, buna heç şübhən olmasın!
Axırda bu hədələrdən canına vicvicə düşən Taxta Oğlancığaz özünü torpağa atdı və bir müddət yerindən tərpənmədi. Ceppeto ha əlləşdisə, onu yerdən qaldıra bilmədi. Tezliklə onun ətrafına çoxlu adam toplaşdı. Hadisə yerinə gələn polis Oğlancığazı azad elədi və əvəzində yazıq Ceppetonu tutub saxladı. O, qoca dülgəri Pinokkioya qarşı yaxşı rəftar etməməkdə təqsirləndirdi. Həbsxanaya aparılan Ceppeto yolboyu hönkürüb-ağlayır və deyirdi:
– Naşükür oğlan! Mən səndən tərbiyəli bir Taxta Oğlancığaz düzəltmək istəyirdim. Ancaq gör sən neylədin! Mənə əcəb olur. Başıma bu işlərin gələcəyini gərək lap əvvəldən nəzərə alaydım!
3
Beləliklə, günahsız Ceppeto həbsə atıldı, ədəbsiz Pinokkio isə birbaşa evə gəldi. O, evin açıq qapısından içəri keçdi, cəftəni bağladı, yerə sərilib dərindən nəfəs aldı.
Bir az keçmişdi ki, Taxta Oğlancığaz pıçıltı eşitdi:
– Kri-kri-kri…
Pinokkio qorxu içərisində soruşdu:
– Məni çağıran kimdir?
– Mənəm!
– Sən kimsən?
– Mən Danışan İşıldaböcəyəm. Artıq yüz il olar ki, bu otaqda yaşayıram.
Pinokkio başını çevirəndə İşıldaböcəyi gördü, bu iri böcək divarboyu asta-asta üzüyuxarı qalxırdı.
Taxta Oğlancığaz dedi:
– Artıq bura mənim otağımdır. Zəhmət olmasa, evimdən cəhənnəm ol!
Danışan İşıldaböcək etiraz elədi:
– Sənə bir həqiqəti söyləməyincə heç yana gedən deyiləm. Valideynlərinə qarşı çıxan və ağılsızlıqları ucbatından ata evini tərk eləyən övladlar xeyir tapmırlar. Onlar tez-gec peşman olurlar.
– Qulağımın dibində nə qədər vızıldayırsan, vızılda. Mən bir şeyi bilirəm ki, sabah səhər artıq burada olmayacağam. Qalsam, başqa uşaqlar kimi darıxdırıcı həyat sürəcəyəm: məni məktəbə göndərəcəklər, oxumağa məcbur edəcəklər. Öz aramızda qalsın, sənə deyim ki, bir damcı da olsun, oxumaq fikrim yoxdur. Kəpənəklərin dalınca qaçmaq, ağaca dırmaşmaq, quş balalarını yuvadan oğurlamaq ondan qat-qat maraqlıdır.
– Ay yazıq, ay səfeh, məgər sən bilmirsən ki, belədə uzunqulaqdan bir fərqin olmayacaq, səni heç kəs adam yerinə qoymayacaq!
Pinokkio möhkəm əsəbiləşdi:
– Ağzını yum, qoca xeyirsöyləməz!
Səbirli və müdrik İşıldaböcək Oğlancığazın dediklərindən bir qram da incimədi və sözlərinə davam elədi:
– Məktəbə getmək istəmirsənsə, barı bir sənət öyrən. Yoxsa çörəyini alın tərinlə qazanmaq fikrin də yoxdur?
Səbri getdikcə daralan Pinokkio dərhal ona cavab verdi:
– Sənət öyrənmək fikrim qəti yoxdur. Deyim niyə? Çünki bütün sənətlərin içərisində ürəyimcə olan biri var, o da yemək, içmək, kef çəkmək və səhərdən axşamadək avaralanmaqdır.
Danışan İşıldaböcək özünəxas təmkinlə dedi:
– Yadında saxla, bu işlə məşğul olanların hamısının sonu həmişə ya həbsxana, ya da xəstəxana olur.
– Sözlərinə СКАЧАТЬ