Hekayələr. Азиз Несин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 3

Название: Hekayələr

Автор: Азиз Несин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242089 

isbn:

СКАЧАТЬ A kişi, dəli-zad olmamısan? Ən gözəl ərəb atını iki-üç min lirəyə verirlər.

      – Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı alsın da…

      Onun nə qədər istədiyini amerikalıya dedim.

      – Mən onların xasiyyətini bilirəm, – dedi. – Budur, gördünüz? Eşşək üçün on min lirə istəyən, yəqin ki, xalı üçün yüz min lirə istərdi. İndi mən bu eşşəyə on min lirə verərəm. Amma bunu eşidən kimi iyirmi min istəyəcək. Onu verməli olsan, əlli min istəyəcək. Ona görə də yaxşı sövdələşmək lazımdır…

      Kəndliyə:

      – Sən düzünü söylə, – dedim, – bu eşşəyi neçəyə almısan?

      – Dilimə yalan gəlməz. Özüm də dəstəmazlıyam, yalan deyə bilmərəm. Mən bu eşşəyi dərisindən çarıqlıq çıxartmaq üçün beş lirəyə aldım. Bu gün də olmasa, sabah öləcək. O, başqa işə də yaramaz.

      – A kişi, insafın olsun. Beş lirəyə aldığın bu heyvanı bəs nə üçün on min lirəyə satmaq istəyirsən?

      – Qardaş, mən onu sizə satmaq fikrində deyiləm. Siz özünüz almaq istəyirsiniz… Dedim ki, qartdı, qoturdu, sabaha çıxmaz… Yenə də almaq fikrindəsiniz… Hə, az qala yadımdan çıxmışdı. Bu, üstəlik, həm də topaldı. Dal ayağını çəkir…

      – Zərəri yoxdur.

      – Görürsünüzmü? Deməli, belə çıxır ki, bu eşşəyin nə isə xüsusi bir qiyməti, bir kəraməti var. Elə deyilsə, bu amerikalı kafirə nə düşüb ki, belə qotur, qart, topal bir eşşəyi alsın. Elə deyilmi? On min! Heç cür aşağı olmaz.

      Mən amerikalıya:

      – Aşağı düşmür, – dedim. – On min verək?

      – Nə edək? On min lirəni versək, o zaman iyirmi min lirə istəyəcək…

      Qiymət üstündə düz iki saat sövdələşdik. Arada fikrimizdən əl çəkmiş kimi yola düşdük. Qoca bunu heç vecinə də almadı. Qayıdıb yanına gəldik.

      – Qayıdıb gələcəyinizi bilirdim.

      – Nədən bilirdin?

      – Bunu bilməyə nə var ki? Burada sizin nəsə başqa dərdiniz var, eşşək bəhanədir.

      Şoferə maşını sürüb irəlidə, yol üstündə bizi gözləməsini tapşırdım. Biz eşşəyi alandan sonra oraya gedəcək və heyvanı azdırıb yola düşəcəkdik.

      Nə isə, qardaş, xeyli çənədöymədən sonra biz iki min beş yüz lirəyə razılaşdıq. Pulu ovcuna saydıq. Kəndli bundan sonra eşşəyin çulunu götürdü və noxtasını verdi əlimizə:

      – Allah xeyir versin! – dedi.

      Amerikalının gözləri bərəlmişdi. O, kəndlinin əlindəki çula baxırdı. İndi nə olacaqdı? Amerikalı mənə:

      – Qoy duyuq düşməsin, – dedi. – Eşşəyi çəkə-çəkə bir az gedək və məsələyə əhəmiyyət vermirmiş kimi qayıdıb “Eşşəyin beli üşüyər, çulu ver, üstünə ataq” deyək. Elə edərik ki, o, xalı parçasını istədiyimizi başa düşməsin…

      Eşşəyin noxtasından tutub yola düşdük. Heyvan çox çətinliklə yeriyirdi. Amerikalı arxadan itələyir, mən noxtasını çəkirdim. Eşşək getdikcə ayağını yerə daha çox dirəyir, biz taqətdən düşürdük. Xalını kəndlinin əlindən qopara bilsəydik, eşşəyi dərhal buraxıb sovuşacaqdıq. Güc-bəla ilə iyirmi-otuz addım getmişdik ki, kəndli arxadan:

      – Dayanın, – deyə bizi səslədi. – Bir şey yaddan çıxıb…

      Biz çox sevindik. Güman etdik ki, bu saat çulu gətirəcək. O yüyürə-yüyürə gəldi.

      – Eşşəyin payasını yaddan çıxarmısınız. Amerikada onun başını nəyə bağlayacaqsınız? Heç payasız da eşşək saxlarlarmı? Naşı olmağınız elə bundan bilindi.

      Amerikalı:

      – Fürsətdir, – dedi, – xalı parçasını da istəyin.

      Mən kəndliyə:

      – Eşşək zəif və xəstədir, – dedim. – Üşüyəcək. Sən onun üstünə bir çul salmışdın. Onu da ver üstünə ataq.

      – Yox! Onu vermərəm. Siz məndən eşşəyi almısınız, çulu yox.

      – Düzdür, eşşəyi almışıq. Amma o köhnə, bir qəpiyə dəyməyən cındır parçasını da ver, üstünə salaq.

      – Köhnə olmağına köhnədir, pula da getməz. Amma vermərəm.

      – Nə üçün?

      – O mənim atamdan yadigar qalmış bir çuldur. Dədə-babadan xatirədir, verə bilmərəm, cənab!

      Amerikalıya tərcümə etdim.

      – Soruşun görək bu çirkli cındır onun nəyinə yarayar?

      Bunu da kəndliyə dedim.

      – Başqa bir eşşək alıb onun belini örtəcəyəm. Qismət olarsa, sizin kimisini tapıb Allahın köməyi ilə ona satacağam. Bu çul uğurludur. Xəstə heyvanları baha satmağa kömək edir.

      – Ay canım, bir neçə quruş da çul üçün verək? Eşşək yazıqdır, üstünə örtərik.

      – Ay inandım ha! Sonra bu eşşəkləri necə satacağam? Beş ildir qart və qotur eşşəkləri alıb bu çulun sayəsində satıram. Haydı, xoş gəldiniz… Malın xeyrini görün!

      Amerikalının qanını daha da qaraltmamaq üçün bu sözləri ona tərcümə etmədən qoluna girdim. Kəndli bir neçə addım uzaqlaşdıqdan sonra:

      – Eşşəyi yolda buraxıb gedəcəyinizi bilirəm, – dedi. – Ona görə də uzağa aparmayın. Yoxsa axtarmaqdan yorularam.

      Eşşəyi elə oradaca buraxıb maşına tərəf getdik. Amerikalı xalı mütəxəssisi:

      – Başqa yerlərdə bax beləsi yox idi, – dedi. – Heç yerdə başıma bu iş gəlməmişdi. Biz bu kəndliləri nahaq yerə avam hesab edirik. Heç belə hiyləgər kəndliyə rast gəlməmişdim.

      Maşına mindik. Paya hələ də əlində idi. Mən:

      – Bunu nə edəcəksiniz? – deyə soruşdum.

      – Bunu bu yerlərin xatirəsi olaraq xalı kolleksiyama qoyacağam. Qiymətli şey kimi. Zarafat deyil, bu bizə iki СКАЧАТЬ