Hekayələr. Азиз Несин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 12

Название: Hekayələr

Автор: Азиз Несин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242089 

isbn:

СКАЧАТЬ otağının açarını da, cib yaylığını da, alışqanını da, siqaretini də, şalvar cibindəki xırda pulları da, pencəyindəki nişanı da “təmizlədim”. O səfeh isə heç duymadı. Şalvarını da çıxarsaydım, hiss eləməyəcəkdi… Öz-özümə dedim: “Qoy düymələrini də kəsib götürüm”. Elə də elədim. Bir düyməsi də qalmadı. Birbaşa polis idarəsinə yollandım və çırpışdırdığım şeyləri Şirin Heydərin qabağına tökdüm.

      – Əhsən, sən çox doğru yoldasan…

      – Əzizim, – dedim, – mən bu hərifi mehmanxananın qabağında lümlüt, anadangəlmə qoymaq istəyirdim, ancaq yazığım gəldi…

      Müxtəsər, on beş gün ərzində kişilərin ciblərini və qadınların çantalarını “təmizlədim”. Mənə elə gəldi ki, bir cərrah kimi onların ciyərlərini də kəsib çıxarsaydım, rentgen göstərməyincə bundan xəbər tutmayacaqdılar!..

      Nümayəndə heyətində bir qadın da vardı. Onun əlindəki çantanı qapdım, içindəki şeyləri gətirib Heydərə verdim. Amma qadın polisə gəlmədi. Onda ingilis dilini babat bilən bir polis nəfəri mehmanxanaya zəng vurub soruşdu:

      – Sizin bir şeyinizi oğurlamayıblar ki?

      – Heç bir şey oğurlanmayıb, – deyə ona cavab verdilər.

      – Hələ bir yaxşı-yaxşı yoxlayın…

      Az sonra mehmanxanadan zəng vurdular:

      – Bəli, çantam oğurlanıb.

      – Çantada bir çəhrayı yaylıq da vardımı?

      – Bəli, vardı. Bəs siz bunu haradan bilirsiniz?

      – Bizdə polis çox yaxşı işləyir. Biz hər şeyi bilirik.

      Ağabəy, bizim polisin işinə bax da… O, soyulacaq adama əvvəlcədən xəbər verir ki, sizi soymağa hazırlaşan oğru tutulmuşdur!

      Nümayəndə heyəti yola düşərkən bir jurnalist onlardan soruşubmuş:

      – Bizim ölkədə sizin ən çox xoşunuza gələn nə oldu?

      Nümayəndə heyətinin başçısı tərbiyəli adam imiş, cavab vermir. Bu zaman başqa bir jurnalist:

      – Bizdə polis çox güclüdür… – deyə sualına başlamaq istəyəndə nümayəndə heyətinin başçısı daha səbir edə bilməyib:

      – Biz doqquz nəfərik, – deyir. – On beş gün İstanbulda qalduq və hər birimizi doxsan dəfə soydular… Mümkündür ki, polis sizdə güclü olsun, ancaq oğrular polisdən də güclüdürlər…

      Bu sözlər çox çəkmədi ki, qəzetlərdə də çap olundu: “Xarici nümayəndə heyətinin başçısı bildirmişdir ki, Türkiyədə oğurluq tərəqqi edir”.

      Polislərin buna yaman acığı tutmuşdu… Məni yaxalayıb həbsxanaya saldılar.

      – Axı siz özünüz dediniz ki, öz borcunu yerinə yetir, oğurla və talan elə. Mən boyun qaçırdım. Siz məcbur elədiniz. İndi də tutub salmısınız buraya…

      Sonra da Şirin Heydəri hədələyib dedim:

      – Mən bütün bunları məhkəmədə açıb deyəcəyəm…

      – Bunu eləsən, o zaman mən üstü açılmamış bütün oğurluqları sənin üstünə yıxaram. Səni bunları etiraf etməyə və protokola qol çəkməyə məcbur edərik. Basaram, yüz il gedərsən.

      Məhkəmədə ağzıma su alıb oturdum. İki il iş kəsdilər.

      Qulaq asanlardan biri təsəlli verib dedi:

      – İki il nədir ki… Gözünü açıb-yumunca ötüb-keçəcək.

      Vazelin Ehsan dedi:

      – Orası elədir. Ancaq mən yaşda adama həbsxanada oturmaq yaraşar?.. Yenə yaxşıdır ki, iki illə yaxamı qurtardım. Mən vətən qarşısında öz payıma düşən borcumu yerinə yetirdim… Yaşasın vətən!

Tərcümə edəni: Qılman İlkin

      BİR QƏZET NECƏ BAĞLANDI

      Bizim ölkədə… (Xeyr, belə başlanğıc olmaz…)

      Ölkəmizdə…(Bu da olmadı. Belə başlanan yazıların axırı yaxşı olmaz və müəllifinə uğursuzluq gətirər…)

      Bizdə… (Bu "biz…" kəlməsinin yaxasından əl çək, başına söz qəhət olub, nədir? Nə yazmaq fikrindəsənsə, birbaşa mətləb üstünə keç…)

      Türkiyədə… (Ay qardaş, ehtiyatlı ol, ehtiyatlı!..)

      Bir qəzetçinin xatirəsini yazmağa hazırlaşıram, amma mətləb üstünə heç cür gələ bilmirəm.

      Bir zamanlar… (Bax belə!.. Ömrün vəfa etsə, yazmağı öyrənə biləcəksən…) Bəli, bir zaman işlədiyim qəzet bağlanmışdı. (Afərin! "Bağlanmışdı" desən, onun kim tərəfindən bağlandığı bilinməz və bu hadisə "səbəbkarı bilinməyən" hadisələr siyahısına salınar və unudulub gedər.)

      Həmin qəzet bir yanlışlıq üzündən bağlanmışdı. Bu isə bizim tariximizdə mühüm yer tutacaq qədər əhəmiyyətlidir. Ona görə bu əhvalatı sizə danışmaq istəyirəm. Cümhuriyyət qurulduqdan sonra5 qəzetlərimizdə getmiş və mətbuat tarixinə düşmüş iki mühüm səhvi, yəqin, siz də eşitmisiniz. Səhvlərdən biri budur: qəzetlərin birində birinci səhifədə iki şəkil dərc edilir. Şəklin birində sərgidə mükafatlanan inəklərin, o birində isə Avropa səyahətinə çıxan böyük adamlarımızdan bir qrupunun şəkli varmış. Bunların altındakı yazılar isə tərs gedir. Təyyarə qabağında dayanmış heyətin şəklinin altında belə bir yazı olur: “Sərgidə çox süd verən cins inəklərin sahibləri mükafatlandırılmışdır. Yuxarıdakı şəkildə siz mükafat alan yerli və cins inəklərdən bir neçəsini görürsünüz…”

      İnəklərin şəklinin altında isə: “Tədqiqat üçün Avropa səyahətinə çıxan heyətimiz…” sözləri gedir. Qəzetlərimizdə buna oxşar səhvlər tez-tez olsa da, inəklərlə dövlət adamlarının bir-biri ilə dolaşıq salınması hadisəsi bir dəfə baş vermişdi.

      Mənim sizə danışacağım əhvalatda isə heç bir inək söhbəti olmayacaq. Qəzetçilik işində buraxdığım ilk xəta o qədər də əhəmiyyətli deyildi. İşə yeni başlamış hər həvəskar gənc kimi mən də: “Hər nə iş olsa, bacararam”, – deyə ortaya atılırdım.

      Bir axşam qəzetin hazırda deputat olan redaktoru məni çağırdı:

      – Mən bu axşam bir konsertə dəvət edilmişəm, – dedi. – Amma gedə bilməyəcəyəm. Konsert СКАЧАТЬ



<p>5</p>

Türkiyədə cümhuriyyət (respublika) 1923-cü ildə qurulmuşdur.