Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Эмин Абид Гюльтекин
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan türklərinin ədəbiyyatı tarixi - Эмин Абид Гюльтекин страница 5

СКАЧАТЬ konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil" yazırdı.

      Azərbaycan türkcəsinin Xorasan, Dərbənd, Kərkük, Doğu Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsasən 7 hecalı 4 misralı şeir şəklinin türk xalqları yaşayan bütün bölgələrində yayıldığını, eyni kökdən şaxələndiyini sübut edir.

      Azərbaycan mətbuatında İraq türkmanlarının xoyratları haqqında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmişdir. 1960-cı illərin sonlarında professor Rüstəm Əliyevin radio və televizyadakı çıxışları, Rəsul Rzanın, professor Qəzənfər Paşayevin məqalələri, xüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti İraq türkmanlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çiçək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araşdırıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyətlərdəki mədəni səviyyənin ibtidailigi nəzərə alınınca yüksək dərəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir" (Abid Əmin, 1930: 36, sayı 4-5)

      Azərbaycan Qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" (Abid Əmin, 1930:48-52) sayı 3(8) məqaləsindən istifadə ediblər. Lakin dövrün təzyiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mənbəni göstərməkdən ehtiyatlanıblar.

      Əmin Abid “Kitab-i Dədə Qorqud”dakı “Baybörənin oğlu Bamsı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” Dəvədarinin “Dərril-tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyun “Təpəgöz” hekayəsinin əsasında yarandığını söyləyir. Bu paralellərə uyan araşdırıcı Dəvadərinin ərəbcəsini gördüyü “Oğuznamə”nin V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.

      Araçdırıcıya görə “Kitab-i Dədə Qorqud” eposunun adı əvəzində yazılmış “Kitab-i Dədəm Qorqud əla-lisan tayifeyi- Oğuzan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cümləsi “Oğuznamə”nin şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yalnız oğuzlar arasında deyil, ərəblər, farslar və başqa xalqlar arasında da geniş yayılmasından xəbər verir. “Kitab-i Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış olduğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.

      “Kitab-i Dədə Qorqud”un azərbaycanlı araşdırıcılarının əksəriyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən böyük rus şərqşünası, akademik V.V.Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir” cümləsinə istinad edirlər. Halbuki Ə.Abid 1928-1929-cu illərdə yayınladığı məqalələrində yazırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərbənd, yaxud Darvand… Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə… Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vaqələrin gedişindən Şimali İranın da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”.

      80-ci illərdən başlayaraq ədəbiyyatşünas Ə.Şamilin, B.Əhmədovun araşdırmalarında Ə.Abid yaradıcılığına sıx-sıx müraciətlər edilmiş, əsərləri elmi dövriyyəyə daxil edilmişdir. Əmin Abidin elmi məqalələri nə sağlığında, nə də sovet dövründə nəşr edulməmişdir. Bu ağır işi ilk dəfə professor Bədirxan Əhmədov görərək 2007-ci ildə Şərq-Qərb nəşriyyatında “Abid Əmin. Seçilmiş əsərləri” (Abid Əmin, 2007) adıyla böyük tirajla nəşr etdirmişdir.

      “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” indiyədək nəşr edilmədiyindən həmin əsərin əlyazmasının latın əlifbasına çevrilmiş variantını, eləcə də folklorla bağlı 1920-30-cu illərdə çap olunmuş məqalələrini bu kitaba daxil etdik. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinin 170-ci fondunda, yəni Əmin Abidin əsərləri saxlanan fondda latın əlifbası ilə makinada yazılmış 64 səhifəlik “Azərbaycan folkloru” adlı bir mətin də var. Bu araşdırmanın Əmin Abidi ola biləcəyi şübhə doğurduğundan onu kitaba daxil etmədik.

      Əmin Abid yaşadığı dövrdə belə millətimizin adı türk, dilimizi adı türkcə yazılsa da, onun rəsmi sənətlərində milliyəti türk kimi göstərilsə də, kadır anketlərində milliyəti qrafasının qarşısında öz xətti ilə türk yazsa da, həmin dövrün Türkiyə aydınlarının təsirilə əsərində Azəricə ifadəsini işlədib. Biz orjinala sadiqlik naminə onları və bu gün dilimizdə işlədilməyən ərəb kəlimələrini də dəyişmədik.

      İnanırıq ki, bu kitab araşdırmaçılarımıza və milli dəyərli ziyalılarımıza gözəl hədiyyə olacaqdır.

Professor Bədirxan Əhmədov,Əli Şamil.

      Qaynaqlar

      1. Abid Əmin (1927). Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi” jurnalı, sayı 3(23), səh.50-55, sayı 4, səh. 58-61, sayı 6-7 səh. 45-62.

      2. Abid Əmin.(1929). Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29.

      3. Abid Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri. "Azərbaycanı öyrənmə yolu" jurnalı, sayı 4-5.

      4. Abid Əmin. (1930) Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr. ”Azərbaycanı öyrənmə yolu” jurnalı, sayı 3(8), səh. 48-52.

      5. Abid Əmin. (2007).Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi filolologiya elmləri doktoru Bədirxan Əhmədov). “Şərq-Qərb” СКАЧАТЬ