On bir gecə. Rasim Qaraca
Чтение книги онлайн.

Читать онлайн книгу On bir gecə - Rasim Qaraca страница 4

Название: On bir gecə

Автор: Rasim Qaraca

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ gördü, pivəyə araq qarışdırıb içim. Lap azacıq qatdım. Bunun adamı lül-qəmbər sərxoş edəcəyi ağlıma gəlməzdi. Bir azdan artıq üçümüz də birlikdə var səsimizlə mahnı oxuyurduq. Lyubanın söylədiklərini güclə qavrayırdım. Ayağa qalxıb rəqs etməyə başladıq. Maqnit kimi biri-birimizə yapışmışdıq. Elə rəqs edə-edə qapıya doğru yönəldik. Bir azdan sonra artıq Lyubanın yatağındaydım. Bir begemot kimi məni ovlayıb yatağına salmışdı. Soyunub yorğanın altında onu gözləyirdim. Ancaq Lyuba tələsmək bilmirdi. Əsl həngamə də bundan sonra başladı.

      Lyuba rəqs edirdi.

      Dolabdan çeşidli rəqs kostyumları çıxarıb geyinir, mənə məlum olan-olmayan xalq rəqslərini çılğınlıqla oynayırdı. Rəqs bitdiyində artıq bu sonuncudur, indi yatağa girəcək deyə düşünürdüm. Ancaq belə olmurdu. Qaraçı rəqsi, qafqaz rəqsi, yunan rəqsi, hind rəqsi biri-birini əvəz edirdi. Lyuba kostyumları bir-bir çıxarır, ərinmədən geyinir və dəli kimi oynayırdı. Bədənindən sel kimi tər gedirdi. Əsl tamaşa idi. Artıq sonsuzadək bitməyəcəyini düşünürdüm bu dəliliyin. Hələ də yadıma düşəndə məntiqi izahını tapa bilmirəm onun bu hərəkətinin. Sevgiöncəsi bir ritual olsaydı belə bu qədər uzun sürməməliydi. Sonralar Lyubanın, Arxangelskə ərə getmədən öncə Vinnitsa rəqs ansamblının solisti olduğunu öyrənsəm də, yenə də mənə görə izaholunmaz idi onun bu sevgi ritualı. Ancaq yataqda bu incəsənətin heç izi tozu da yox idi. Qaranlıqda tikanlı bir dəliyə girmiş kimi oldum. Sadəcə bir dəfə hıqqıldayıb birdən-birə süstləşdi və dərin yuxuya getdi. Beləcə həyatımdakı ilk sevgi təcrübəm səfehcəsinə sona çatdı.

      Gecəyarı rəqqasəsi səhər erkəndən oyanıb “xolodes” bişirmişdi. Bir erkəyə necə qulluq etmək, könlünü necə oxşamaq qaydalarını çox gözəl bacarırdı bu qadın. Parlaq al yanaqları və qırmızı boyalı dodaqları yenə də üstündə idi. Boynumda öpüş izi buraxaraq öz sevgi oyununu gözəl bir şəkildə tamamlamışdı.

      Günorta Zamin qayıdıb gəldi və biz axşam qatarıyla “malları” Çernovtsıya daşıdıq. Lyubanı bir daha görmədim.

      3

      GƏNCLIKDƏ BELƏ SƏHVLƏR OLUR

Kamilin hekayəti

      Nə az, nə çox, düz 5 il keçib. Hər şey dünən olmuş kimi gəlir indi. Yəqin ona görə ki, çox sarsıntılı günlər idi o günlər.

      Uşaqlıq dostum, sonradan tələbəlik yoldaşım Firişlə (Firudin) başımıza olmazın oyunlar gəldi. Nələr olduğunu indi danışacam. Bu gicbəsər gedənin üzündən onsuz da başım hər zaman bəlalar çəkib, ta beləsi də yox. 1986-cı ilin iyun ayının 5-ydi, – bu tarix beynimə əbədi həkk olunub, – üç yoldaş, üçümüz də Gəncəli, Pərviz, mən və Firiş, imtahanları verib qurtarmışdıq, axşam qatarıyla rayona yollanacaqdıq. O zamana qədər qalıb şəhərdə avaralanmağa qərar verdik. İyunun 5-i olsa da hava sərindi. Pərviz təklif edirdi, bir neçə gün daha şəhərdə qalaq, dənizə girək, sonra rayona yollanarıq, hər ikimiz buna etiraz etdik, çünki pulumuz qalmamışdı.

      Sabir bağından üzüaşağı enəndə, gözünə döndüyüm Firiş qarşıdan gələn iki qıza söz atdı. Qızlar gülərək cavab verdilər, sonra Firiş nəsə dedi. Əslində Pərvizlə başımız elmi bir mübahisəyə qarışmışdı. Hadisənin necə baş verməsindən o qədər də xəbərimiz olmadı. Pərviz Adəm və Həvva rəvayətinin uydurma olduğunu isbat etməyə çalışırdı, bizə gəlib çatan ən qədim informasiyanın yaşının 10 min ildən artıq olmadığını, Homo Sapiensin yaşının 70 min il olduğunu və s. dəlil gətirir, Adəm əhvalatının mifik təsəvvürlərdən qaynaqlandığını isbat etməyə çalışırdı. Mənsə bunun əksini iddia edirdim, Tanrı istəsə informasiyanı hazır şəkildə də çatdıra bilər deyirdim. Öz baxışlarımızda o qədər israrlıydıq ki, əsəbdən yanaqlarımız pörtmuş, az qala biri-birimizi yumruqlamaq həddinə gəlmişdik. Bu tərəfdən də Firiş beynimizi xarab eləyirdi. Artıq aralanıb kənarda qızlarla söhbət edirdi. Biz yenə mübahisəmizə davam etdik, Firişin bir dəqiqə sonra qızlardan qopub gələcəyini gözlədik. Ancaq söhbət çox uzandı, Firiş bir əlini ağaca söykəyib qızlarla mırt vururdu. Nəhayət əsəbiliklə onu çağırmağa başladıq. Firiş yanımıza gəldi, qızları bişirdiyini söylədi. Doğrusu, elə də gözəl qızlar deyildi. Biri bir az yaşca böyük olan qız uzunboyluydu, mənə görə əsla cazibədar deyildi, ancaq qısa boylu olan qızda gözəllik adına bir şeylər vardı, bir az da uşaq təsiri bağışlayırdı. Ancaq nə olursa olsun, onlara qoşulmaq fikrimiz yoxdu. Şəhəri dolaşıb rayona qayıtmalıydıq. Firiş gah bizim yanımıza gəlir, gah qızların yanına gedir, həm onları həm də bizi razı salmağa çalışırdı. Axırda Pərviz cana doyaraq sağollaşıb bizdən ayrıldı, hətta ona lağ da etdik, ana uşağı dedik, ancaq Pərviz də haqlıydı, zatən qızlar iki nəfərdi, üçüncü adam artıqdı. Firiş, mən, qızlarla bərabər qaldıq. Yadımdadır, Firiş arxadan Pərvizə çatıb ondan 10 manat pul aldı. Bu bizim eyş-işrətə xərcləyəcəyimiz son pulumuz idi. 5 manatını taksiyə verib plyaja yollandıq.

      Hava küləkliydi. Amma buna baxmayaraq dənizə girənlər vardı. Sezon açılmışdı, cəmi bir-iki günə günəş doğacaq, millət dənizə axışacaqdı. Bu günsə, şəhərdən fərqli olaraq suyun kənarı insanı üşüdürdü. Köpüklü dalğalar biri-birinin ardınca sahilə çırpılır, sanki özüylə soyuq gətirirdi. Firiş süni şəkildə ortalığı şənləndirirdi. Qızlardan boyca uzun olan, adı Gülşəndi, zarafatcıldı, qısa boylu olansa, adı Xəyaləydi, heç dinib-danışmırdı. Aradabir rəfiqəsinə acıqlanır, gəl gedək, bizim burda nə işimiz var, deyirdi. Hər ikisi ayaqqabılarını soyundu, jiletlərini çıxardıb neylon torbaya, onu da qumun üstünə, ayaqqabılarının yanına qoydular. Suya girməyi heç düşünmədik də.

      Mənim payıma Xəyalə düşmüşdü, ancaq, şənlənmək bir yana qalsın, onunla heç danışa da bilmirdim. Bu cür tanışlıq mənə çox süni görünürdü. Birlikdə yellənçəyə getdik. Yanaşı oturub fırlanmağa başladıq. Sürət artdıqca qışqırıb əlimdən tutdu, mən də ona bərk-bərk sarıldım. Yelləncək aramızdakı utancaqlıq pərdəsini qaldırdı, hər ikimiz sanki sərxoş olmuşduq, ayaq üstə güclə dayanırdıq. Aşağı enib dostlarımızın yanına qayıtdıq, ancaq paltarları qumun üstündə qalmış, özlərisə harasa getmişdilər. Əncir ağaclarının olduğu qumsallığa tərəfə baxdıq. Qəlbimdə dəhşətli bir həyəcan vardı. Nitqim batmış kimiydi. Qızın əlindən tutub əncirliyə tərəf yönəldim. Kiçik təpəciklər insanları görünməz edəndə Xəyaləni qucaqlayıb qumun üstünə yıxdım. Bilmirəm, hansı bir duyğusa məni bu qızla sevişməkdən çəkindirirdi, cəmi 18 yaşım vardı, ilk dəfə oynadığım bu oyundan geri çəkilmək də istəmirdim. Xəyalə müqavimət göstərirdi, ancaq bu müqaviməti qırmaq çox asan idi, yox deyirdi, buna baxmayaraq dəlicəsinə öpüşürdü, üzümü yalayıb tamamən tüpürcəyə bulaşdırmışdı. İlk dəfəydi qadın döşünə toxunurdum, həyatda belə bir yumşaqlığın olduğunu heç vaxt təsəvvür etməmişdim. Uşaq anasının döşünü tapan kimi, artıq şüursuz bir instinktlə dodaqlarımla bu misilsiz həzz mənbəyinə qapanmışdım. Eyni zamanda bir qorxu və günah hissi vardı içimdə, təbiətin çağırışına tam təslim ola bilmirdim, qızın dodaqlarını, СКАЧАТЬ