İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.

Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 5

Название: İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

Автор: Eşli Vans

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243376 

isbn:

СКАЧАТЬ yaltaqlanmaq və proteksionizm də. Bunlar isə kapitalizmin təməlini oyur. Stiv Cobs iPod və iTunes-u bazara çıxaranda səsyazma industriyasına qarşı getmiş və bəzi əngəllərlə qarşılaşmışdı. Amma musiqi industriyasının şıltaq ludditləri (19-cu əsrdə Böyük Britaniyada maşınların tətbiqinə qarşı fəhlələrin ilk kortəbii çıxışlarının iştirakçıları – İ.N.) Maskın “adamyeyən” əleyhdarları ilə müqayisədə heç nə idilər. SpaceX kosmosa yük daşıyıb Yerdəki start meydançasına qayıdan çoxistifadəli raketləri sınaqdan keçirir. Əgər SpaceX bu texnologiyanı təkmilləşdirsə, rəqiblərinə sarsıdıcı zərbə vuracaq ki, bu da, şübhəsiz, raket sənayesinin bir çox şirkətini biznesdən çıxaracaq. Bununla da Amerika kosmosa insan və yük daşımaqda dünya lideri olacaq. Bu isə Maska çox sayda düşmən qazandıracaq. Onun qeyd etdiyi kimi, “Mənim üçün göz yaşı tökənlərin sayı onsuz da az idi, indi daha da azalacaq. Ruslar məni fiziki olaraq yox edəcəklər deyə ailəm qorxu içində yaşayır’’.

      Mask Tesla Motors şirkəti ilə avtomobillərin istehsal və satılma şəklini dəyişdirmək, eyni zamanda bütün dünyada enerjidoldurma stansiyaları şəbəkəsini inşa etmək istəyir. Hibridlərin yerinə (Mask onlara “şərti olaraq optimal kompromis’’ deyir) insanların çox istədiyi tam elektrikli avtomobillər istehsal edəcək. Bununla da texnologiyanın sərhədləri genişlənəcək. Tesla bu avtomobilləri dilerlər vasitəsilə deyil, internetdən və ya Apple mağazalarına bənzəyən elit ticarət mərkəzlərindəki qalereyalarda satır. Tesla həmçinin texniki xidmətdən çox qazanc əldə etməyi gözləmir, çünki elektromobillər üçün adi avtomobillərdə olan yağ dəyişmək kimi prosedurlara ehtiyac yoxdur. Tesla-nın birbaşa satış modeli texniki xidmətdən böyük qazanclar əldə edən avtodilerlərə açıq meydan oxumaqdır. Hazırda Tesla-nın enerjidoldurma stansiyaları Amerika, Avropa və Asiyanın əsas magistral yollarında fəaliyyət göstərir. Onlar maşınlara 20 dəqiqəyə yüzlərlə km mənzil qət etməyə imkan yaradır. Bu enerjidoldurma stansiyaları günəş enerjisi ilə işləyir və Tesla sürücüləri bunun üçün pul ödəmirlər. Amerika infrastrukturunun böyük hissəsi köhnəlir. Mask futuristik nəqliyyat sistemi yaradaraq Amerikanı dünyanın önünə keçirir. Maskın baxışı və son illərdə gördükləri işlər Henri Ford və Con Rokfellerin mirasının ən yaxşı nümunələrini özündə birləşdirib.

      Mask məişətdə və sənaye müəssisələrində istifadə edilən günəş batareyaları istehsal edən SolarCity şirkətini qurub. SolarCity-nin əsas konsepsiyası Maska aiddir. Direktorlar Şurasının sədri Mask özüdür, amma biznesi xalası oğulları Lindon və Piter Riv qardaşları idarə edirlər. Qısa zamanda SolarCity onlarla enerji şirkətini geridə buraxaraq böyük bir şirkət halına gəlib. Alternativ energetika ilə məşğul olan şirkətlərin iflas etdiyi bir zamanda Mask ekoloji cəhətdən təmiz iki uğurlu enerji şirkəti qurdu. Zavodları, müxtəlif sahələrdə çalışan on minlərlə fəhlə və mühəndisi ilə Mask 11,7 milyard dollarlıq sərvət[4] qazanaraq dünyanın ən zəngin adamlarından birinə çevrilib.

      Mask Diyarını ziyarətim Maskın butün bunlara necə nail olduğuna cavab verməyə yardım elədi. “Marsa insan göndərmək’’ deyimi nə qədər çılğın səslənsə də, Maskın şirkətləri üçün bu, bir stimul, hədəf və əsas ilham mənbəyidir. Üç şirkətin də işçiləri həyatlarını imkansız olana verdiklərini dərk edirlər. Mask qarşısına real olmayan hədəflər qoyur. Bunun üçün də işçilərdən “alışıb-yanmağı’’ tələb edir. Onlar da bu tələbi gördükləri işin bir hissəsi kimi qəbul edirlər. Bəzi işçilər Maskı buna görə sevir, bəziləri isə nifrət edirlər. Ancaq Maska səylərinə, ideyalarına görə sadiqdirlər. Silikon Vadisindəki bir çox iş adamında çatışmayan Maskdakı önəmli hədəflər qoyma qabiliyyəti və gördüyü işin fəlsəfəsini dərk etməkdir. Mask işinə mübtəla olması, tükənməyən arzu və səyləri, davamlı axtarışda olması ilə dahidir, həm də macərapərəst bir dahidi. O, pul qazanmağa can atan iş adamından daha çox, əsgərlərini zəfərə aparan generala bənzəyir. Mark Zukerberq (Facebook-un qurucusu və CEO-su – İ.N.) sizin şəkillərinizi paylaşmağa kömək etdiyi bir vaxtda Mask bəşəriyyəti, insan irqini məhv olmaqdan xilas etməyə çalışır.

      Həyatındakı hər şey Maskın cəsarətli ideyalarının reallaşmasına yönəlib. Yaşayışı ekssentrik və bəzən də ağlasığmazdır. Onun üçün adi bir iş həftəsi Bel Air-dəki malikanəsində başlayır. Bazar ertəsindən ertəsi gün axşama qədər SpaceX-də çalışır, sonra şəxsi təyyarəsinə minib Silikon Vadisinə uçur. Bir-iki gün Tesla-nın Palo-Alto şəhərindəki (Kaliforniya ştatında əhalisi 70 min olan şəhər, San-Fransiskodan 53 km uzaqda yerləşən Palo-Alto Silikon Vadisinin tarixi mərkəzidir, onun qeyri-rəsmi paytaxtı sayılır – İ.N.) ofislərində və Frimontdakı zavodunda çalışacaq. Şimali Kaliforniyada Maskın öz evi yoxdur, ona görə də ya dəbdəbəli “Rosewood’’ otelində, ya da dostlarıgildə qalır. Dostlarından birinin evində qalması üçün köməkçisi qısa bir e-mail göndərir: “Bir nəfər üçün yeriniz varmı?’’ Müsbət cavab gələrsə, Mask gecənin gec saatlarında qapının zəngini çala bilər. Adətən, ona boş yataq otaqlarından birini ayırırlar, amma Mask çox vaxt kompüterdə oyun oynayarkən kiçik divanda yuxuya qalır. Cümə axşamı isə növbə yenə də Los-Anceles və SpaceX-dədir.

      O, keçmiş arvadı Castinlə birgə azyaşlı 5 oğlunu – əkiz və üçəmi böyüdür. Uşaqlar həftədə 4 gün ataları ilə qalırlar. Mask hər il həftədə neçə saat uçduğunu hesablayır və bununla da vəziyyətin nəzarətdən çıxıb-çıxmadığına baxır. Belə bir qrafiklə necə yaşadığını soruşduqda Mask belə cavab verir: “Uşaqlığım çətin olub, bəlkə də, ondandır’’.

      Mask Diyarını ziyarətlərimdən birində söhbətimiz çox qısa sürdü. O, ailəsi ilə Oreqon ştatında yerləşən milli parkdakı Kreyter gölünə həftəsonu tətili üçün yola çıxacaqdı. Cümə günü axşam saat səkkizdi, Mask oğlanları ilə dayələrini özəl təyyarəsinə mindirməli, vardıqları hava limanından avtomobillə çadırın qurulduğu yerə hərəkət etməlidirlər. Onları gözləyən dostları çanta və yüklərini boşaltmağa kömək edəndə artıq qaranlıq düşmüş olacaq. Həftəsonuna bir neçə piyada gəzinti planlanıb. Bütün istirahət bundan ibarətdir. Bazar günü günün ikinci yarısında Mask uşaqları ilə Los-Ancelesə geri qayıdacaq. Uşaqları buraxıb həmin axşam da Nyu-Yorka uçmalıdır. Orada yatacaq, səhər tezdən müsahibə verəcək, sonra isə görüşləri var. Elektron poçtunu yoxlayacaq. Yatıb ertəsi gün səhər Los-Ancelesə qayıdacaq. Bütün gün SpaceX-də çalışacaq. Çərşənbə axşamı günorta San-Hoseyə uçub Tesla Motors-un zavoduna gedəcək. Axşam isə Vaşınqtona uçub prezident Obama ilə görüşəcək. Çərşənbə günü axşam yenidən Los-Ancelesə dönəcək. Bir neçə gününü SpaceX-ə ayıracaq. Həftəsonu isə Google Direktorlar Şurasının sədri Erik Şmidtin Yelloustonda təşkil etdiyi konfransda iştirak edəcək. Mask o günlərdə ikinci arvadı, aktrisa Talula Raylini (Talulah Riley) yenicə boşamışdı və özəl həyatına birini daxil edib-etməyəcəyini hesablamağa çalışırdı. Bununla bağlı Mask belə demişdi: “Düşünürəm ki, işimə və uşaqlarıma yetərincə zaman ayırıram. Lakin bir problem var. Münasibətə girmək üçün özümə yeni bir qız tapmalıyam. Bunun üçünsə hardansa zaman oğurlamaq lazımdır. Bu zaman nə qədər olmalıdır? Bəlkə, 5–10 saat ola bilər. СКАЧАТЬ



<p>4</p>

“Bloomberg Billionaires Endeks”ə görə Maskın sərvəti 2017-ci ilin sonunda 21,3 milyard dollar idi – İ.N.