Yerin mərkəzinə səyahət. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу Yerin mərkəzinə səyahət - Жюль Верн страница 3

Название: Yerin mərkəzinə səyahət

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243369 

isbn:

СКАЧАТЬ qərarımı verib gözləməyə başladım. Ancaq tezliklə Marta bazara getmək istəyəndə məlum oldu ki, qapı bayırdan açarla bağlanıb. Əlbəttə, onu axşam gəzintidən qayıdan dayım bağlaya bilərdi. Doğrudanmı o bizi ac saxlamaq fikrinə düşmüşdü? Bəli, belə də olmalıydı. Mən buna bənzər bir hadisəni xatırladım. Bir neçə il əvvəl dayım mineralların təsnif edilməsi üzərində işləyərkən bir dəfə düz qırx səkkiz saat heç nə yeməmiş, biz də onunla birlikdə ac qalmışdıq.

      Mən başa düşdüm ki, səhər yeməyi də şam yeməyi kimi ləğv ediləcək. Yazıq Marta bərk həyəcanlanmışdı. Mən əzablara qəhrəmancasına dözməyə hazırlaşırdım. Dayım isə işləməyində idi.

      Günortaya yaxın aclıq məni əldən salmağa başladı. Artıq güclə dözürdüm. Mənə elə gəldi ki, sənədi lazım olduğundan da mühüm hesab etmişəm. Dayım dediklərimə inanmayıb onları saxtakarlıq adlandıracaq. Hətta səyahətə çıxası olsa belə, onu bu fikirdən daşındıra biləcəyəm. Bu qədər tərəddüd etməyim mənə gülməli gəldi, sonda hər şeyi danışmağı qərara aldım.

      Söhbətə başlamaq istəyirdim ki, professor qalxıb getməyə hazırlaşdı.

      – Dayıcan! – deyə onu çağırdım. O, deyəsən, eşitmədi.

      – Lidenbrok dayı! – ucadan dedim.

      – Nədir? – o, yuxudan oyadılmış adam kimi soruşdu.

      – Mən açarı tapmışam.

      – Hansı açarı? Qapının açarını?

      – Yox, sənədin açarını.

      Professor əlimdən yapışdı və sualedici nəzərlə üzümə baxdı.

      – Budur o! – qeydlər etdiyim kağız parçasını ona uzatdım. – Oxuyun.

      – Axı bunun mənası yoxdur! – o, kağızı büküb etiraz elədi.

      – Əgər əvvəldən oxusaq, mənası yoxdur, ancaq axırdan başlasaq…

      Mən sözümü bitirməyə macal tapmamış professor bağırdı.

      – Ay səni, kələkbaz Saknussem! – dedi. – Deməli, sən cümləni əvvəldən tərsinə yazmısan?

      Kağızı qapıb titrək səslə oxumağa başladı. Tərcümə etdikdə mətn bu cür alınırdı:

      “Ey cəsur səyyah, iyulun ilk günlərində Skartarisin kölgəsi Snayfelds kraterinə düşür. O zaman bu kraterlə Yerin mərkəzinə enə bilərsən. Mən orada olmuşam, – Arne Saknussem”.

      Dayım bu sətirləri oxuyanda ilan vurmuş kimi dik atıldı. Otaqda var-gəl etməyə başladı. Kitabların birini götürüb o birini qoyurdu.

      – Saat neçədir? – birdən soruşdu.

      – Saat üçdür, – cavab verdim.

      – Acından ölürəm. Tez süfrə başına. Sonra mənim çamadanımı yığışdırarsan. Özününkünü də.

      – Yaxşı, – dedim.

      İnsafsız professor yemək otağına getdi. Bu sözləri eşitcək kürəyimdən gizilti keçdi. Amma özümü ələ aldım. Professor Lidenbroku yalnız elmi dəlillər saxlaya bilərdi. Yerin mərkəzinə səyahət! Ağılsızlığa bax! Bunun əleyhinə çoxlu dəlillər gətirmək olardı. Nahardan sonra bu sübutları professorun qarşısına qoymağı qərara aldım.

      Yeməkdən sonra dayımın kabinetinə qayıtdıq. Onun kefi kök idi.

      – Aksel, – o, mülayimliklə dedi, – sən ağıllı gəncsən. Mən artıq axtarışlara son qoymaq istəyirdim ki, mənim köməyimə çatdın. Hər şeydən əvvəl səndən dönə-dönə xahiş edirəm ki, bu sirri heç kimə açmayasan. Elm aləmində paxıllar çoxdur, onlar da bizə qoşulub bu səyahətə çıxmaq istəyəcəklər. Halbuki bu səyahətdən yalnız biz geri qayıdandan sonra xəbər tuta bilərlər. Əgər sənədin sirrini bilsələr, Arne Saknussemin ardınca bütöv bir geoloq dəstəsi axışacaq.

      – Mən buna əmin deyiləm, dayı, çünki sənədin etibarlılığı sübut edilməyib.

      – Bəs tapdığımız kitaba nə deyirsən?

      – Tutaq ki, doğrudur. Bəs necə bilmək olar ki, Saknussem bu səyahəti edib? Məgər sənəd saxta ola bilməzmi?

      Dayım əvvəlcə qaşlarını çatdı. Sonra gülümsəyib dedi:

      – Bunu yoxlayarıq.

      – Mənə izah edə bilərsinizmi ki, Snayfelds və Skartaris nədir?

      – Qalx, alim dostumun mənə hədiyyə etdiyi xəritəni gətir.

      O, xəritəni məndən aldı, stolun üstünə sərib dedi:

      – Bu, İslandiyanın xəritəsidir. Onun şərq sahillərinə bax. Bu sahillərin fyord adlı dar körfəzləriylə yuxarı qalxsaq, sümüyə bənzəyən bir yarımada görmək olar. Burada dənizdən yüksələn dağı görürsən? Snayfelds odur. Adanın ən məşhur dağıdır, hündürlüyü beş min futdur2. Onun kraterindən Yerin mərkəzinə yol gedir.

      – Axı bu, mümkün deyil, – deyə etiraz etdim. – Bu krater, yəqin ki, lava ilə doludur, qayaları istidir və…

      – Bəs əgər o, sönmüş vulkandırsa? Hazırda Yer kürəsində sönmüş vulkanların sayı fəaliyyətdə olanların sayından xeyli çoxdur. Snayfelds tarixboyu cəmisi bir dəfə püskürüb, sonra yavaş-yavaş sönüb.

      – Bəs Skartaris nədir? – soruşdum. – İyulun ilk günləri nəyə lazımdır?

      – Məsələ burasındadır ki, Snayfelds dağında bir neçə krater var. İsland alimi görüb ki, iyulun ilk günlərində Skartaris adlı dağ zirvələrindən biri yuxarıda dediyim kraterin üstünə kölgə salır, bu faktı o, sənəddə qeyd edib.

      Dayım məğlubedilməz idi. Ancaq mən yenə etiraz etməyə, onu fikrindən daşındırmağa çalışdım:

      – Yaxşı, tutaq ki, əlimizdə olan materialların hamısı doğrudur. Saknussem, həqiqətən də, həmin kraterlə Yerin mərkəzinə enib. Ancaq mən onun oradan sağ qayıtmasına inana bilmirəm.

      – Hansı əsasla? – dayım istehzayla xəbər aldı.

      – Sübut edilmişdir ki, Yerin daxilində istilik hər yetmiş futdan bir bir dərəcəyə yaxın artır. Bu hesabla Yerin mərkəzi sahələrində istilik iki min dərəcədən yuxarıdır. Bu da o deməkdir ki, Yerin təkindəki bütün maddələr odlu-maye və qaz halındadır. Hətta ən möhkəm metallar da bu istiliyə СКАЧАТЬ



<p>2</p>

Fut – 30,479 sm-ə bərabər ingilis uzunluq ölçüsü