Mirvari. Джон Эрнст Стейнбек
Чтение книги онлайн.

Читать онлайн книгу Mirvari - Джон Эрнст Стейнбек страница 3

Название: Mirvari

Автор: Джон Эрнст Стейнбек

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243093 

isbn:

СКАЧАТЬ Parisdən gətirilmiş, indi düymələnəndə isə sinəsinə dar gələn qırmızı xalat vardı. Dizləri üstünə qoyduğu məcməyinin içində gümüşü şokolad qabı və nazik çini fincan vardı. O, iri əliylə fincanı götürüb baş və şəhadət barmağıyla tutaraq ağzına tərəf aparanda fincan gülünc şəkildə balaca görünürdü. Gözlərinin altı şişmiş, ağzının kənarları sallanmışdı. Həkim yaşlandıqca kökəlir və xırıltılı səslə danışırdı, çünki boğazını piy basırdı. Çarpayının yanındakı stolun üstünə içi siqaret dolu stəkan və kiçik Şərq sinci qoyulmuşdu. Otağın ağır mebeli adamda qaranlıq və kədərli fikirlər oyadırdı. Rəsmlərin hamısı dini məzmunda çəkilmişdi, bircə dənə fotoşəkil vardı. Bu onun indi cənnətə düşmüş mərhum arvadının şəkliydi: əgər onun öz vəsiyyətinə əsasən pulla aparılmış dini ayinlər vasitəsilə oraya düşmək mümkün idisə. Həkim öz dövründə qısa müddətə də olsa, mədəni həyatın iştirakçısı olmuşdu, indi ömrünün qalan hissəsini xatirələr və Fransa həsrətiylə yaşayırdı. O zamanlar mədəni adamlar kimi ömür sürdüyünü deyəndə az bir qazancla məşuqə saxladığını və restoranlarda yemək yediyini nəzərdə tuturdu. Özünə ikinci dəfə şokolad süzüb barmaqlarını peçenyeyə batırdı. Qulluqçu açıq qapıya yanaşıb həkimin onu nə vaxt görəcəyini gözləməyə başladı.

      – Nədir? – həkim soruşdu.

      – Bir hindu uşaqla gəlib. Uşağı əqrəb sancıb.

      Həkim qəzəblənməmişdən əvvəl fincanı ehtiyatla məcməyiyə qoydu.

      – Bircə bu qalmışdı ki, hansısa hindunu həşərat sancmasından müalicə edim. Mən həkiməm, baytar deyiləm.

      – Bəli, ağa, – qulluqçu dedi.

      – Onun pulu var? – həkim xəbər aldı. – Hardan olacaq! Onların heç birinin pulu yoxdur. Bircə bu dünyada mən nəyə görəsə müftə işləməliyəm. Lap bezmişəm. Get, öyrən gör onun pulu varmı.

      Qulluqçu qayıdıb doqqazı açdı, yarıqdan cavab gözləyən izdihama baxdı. Bu dəfə qədim dildə danışdı:

      – Sənin müalicə üçün verməyə pulun var?

      Kino əlini adyalın altında cibinə salıb dördqat bükülmüş kağız çıxartdı. Qatları bir-bir açmağa başladı, açdı, açdı, axır ki, orada səkkiz xırda yastı mirvari göründü. Heç bir dəyəri olmayan bu mirvarilər kiçik yaralar kimi biçimsiz və boz rəngdə idi. Qulluqçu onları kağızla birlikdə alıb yenə doqqazı bağladı, amma bu dəfə Kino çox gözləməli olmadı. Qapı kağızın yarıqdan keçə biləcəyi qədər açıldı.

      – Həkim getdi, – qulluqçu dedi. – Onu ağır xəstə üstünə apardılar. – Sonra cəld doqqazı bağladı, çünki xəcalət çəkirdi.

      Bu xəcalət hissi izdihamı da bürüdü. Hamı dağılışmağa başladı. Dilənçilər kilsənin səkisinə qayıtdılar, avaralar yenə veyillənməyə yollandılar, qonşular isə uzaqlaşdılar ki, hamının gözü qabağında rüsvay edilən Kino onların yanında utanmasın.

      Kino uzun müddət Xuana ilə birlikdə həkimin evinə məxsus hasarın yanında dayandı. Xahiş əlaməti olaraq çıxardığı şlyapasını yavaş-yavaş başına qoydu. Birdən qolaylanıb doqqaza zərbə endirdi. Təəccüblə çapılmış oynaqlarına və barmaqlarının arasından axan qana baxdı.

      II fəsil

      Geniş çay mənsəbində yerləşən şəhərin köhnə, sarı evləri düz Körfəzin sahilinə qədər gedib çıxırdı. Sahildə isə sudan çıxarılmış ağ və mavi Nayarit qayıqları vardı. Onlardan artıq bir neçə nəsil istifadə etmişdi, buna görə də hamısını hazırlanma sirri yalnız mirvari ovçularına məlum olan xüsusi sukeçirməyən tərkiblə qatranlamışdılar. Yanları hündür, qəşəng biçimli, burnu və arxası dəyirmi olan bu qayıqların şpanqoutunda3 kiçik, üçbucaq yelkənli dor yerləşirdi.

      Sarı qum az qala suya çatırdı, orada onu yosunlar və ləpədöyənin xırdaladığı balıqqulağı əvəz edirdi. Qumun üzərində krablar qaynaşır, dayaz yerlərdə, sındırılmış balıqqulağıların arasında isə omarlar4 gah atılıb-düşür, gah da öz kiçik yuvalarında gizlənirdilər. Dənizin dibi sürünən, üzən, yuxarı qalxmaq istəyən canlılarla dolu idi. Ləpələr boz yosunları yırğalayır, dənizatlarının yapışdığı yaşıl ilanbalığı otunun uzun yarpaqlarını tərpədirdi. Onun kökləri arasına ləkələrlə örtülmüş zəhərli botete balıqları yığılmışdı, üstündən isə krablar keçib-gedirdi.

      Şəhərin ac itləri və donuzları yorulmadan sahildə dolaşır, növbəti çəkilmənin dayaz yerlərə ölü balıq, yaxud dəniz quşu atacağına ümid edirdilər.

      Səhər təzə açılmışdı, amma dumanlı ilğım uzaqdan görünməkdə idi. Körfəzin üzərinə bəzi obyektləri böyüdən, bəzilərini isə tamamilə yox edən titrək hava çökmüşdü və belə bir şəraitdə hər şey şəffaf, aldadıcı görünürdü. Dəniz də, yer də həm aydın, həm də dumanlı mənzərə yaradırdı. Bəlkə, elə buna görə də Körfəzin sahilində yaşayan adamlar təxəyyüllərindən daha çox, içlərindən gələn daxili səsə qulaq asırlar, çünki gözlər adamı aldadır, uzaq məsafələri qısaldır, görüntünü qeyri-dəqiq verir. Şəhər kənarındakı manqr meşəliyinin bir tərəfindəki ağac gövdələri teleskop linzasındakı kimi aydın, o biri tərəfindəkilər isə qara-yaşıl ləkələr kimi görünürdü. Körfəzin uzaq sahilləri suya bənzəyən zərif dumana qərq olmuşdu. Gözə dəyən hər bir şey zərrə qədər də inandırıcı deyildi. Gözlərə etibar edib həqiqətənmi nəsə gördüyünü, yaxud qarşında sadəcə boşluq olduğunu demək qeyri-mümkün idi. Körfəzin sahilində yaşayanlar hesab edirdilər ki, hər yerdə belədir və bu onlara qəribə gəlmirdi. Suyun üzərindən mis rəngli zəif duman asılmışdı, günəş işığı üstünə düşdüyü üçün aydın parıltılar verirdi.

      Mirvari ovçularının qamış komaları dayaz yerlərin içərilərində, şəhərdən sağ tərəfdə idi, qayıqlar sahilə elə bu daxmaların yaxınlığında çıxarılırdı.

      Kino və Xuana yavaş-yavaş sahilə düşüb qayığa – Kinonun bu dünyadakı ən qiymətli xəzinəsinə yaxınlaşdılar. Qayıq çox köhnə idi, Kinonun babası onu Nayaritdən gətirmişdi, sonra ona Kinonun atası yiyələnmiş, ondan da oğluna qalmışdı. Bu qayıq Kinonun həm nailiyyəti, həm də çörək ağacı idi, çünki qayığı olan kişi arvadının qarnını az-çox doyduracağına söz verə bilərdi. Qayıq aclıqdan qurtuluş vasitəsidir. Kino hər il onu sukeçirməz tərkiblə təzələyirdi, bunun hazırlanma üsulunu da atasından öyrənmişdi. İndi də qayığa yanaşdı, əlini həmişəki kimi nəvazişlə onun burnuna toxundurdu. Dalğıc daşını, səbəti və kəndiri qumun üstünə qoydu.

      Xuana Koyotitonu adyala qoyub günəşdən qorumaq üçün şalla örtdü. Koyotito daha ağlamırdı, amma şiş çiynindən boynuna, qulağının СКАЧАТЬ



<p>3</p>

Şpanqout – gəminin gövdəsinin əsasını təşkil edən köndələn tir

<p>4</p>

Omar – onayaqlı dəniz xərçəngi