Название: Tarzan cəngəlliyə qayıdır 2
Автор: Эдгар Райс Берроуз
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242553
isbn:
Polislər görünüşündən alicənab insana oxşayan Tarzana şübhə qarışıq maraqla baxdılar. Onlar bu qadını tanıyırdılar, hansı yuvanın quşu olduğunu bilirdilər. Amma hər ehtimala qarşı, otaqdakıların hamısını məntəqəyə aparmağa, orada məsələni yerli-yataqlı araşdırmağa qərar verdilər.
Tarzan polislərin əmrinə tabe olmadı:
– Mənim günahım yoxdur, özümü müdafiə edirdim. Bilmirəm bu qadın niyə yalan danışır? Mən onu birinci dəfədir ki, görürəm. Bura isə qışqırığını eşidib gəlmişəm.
– Yaxşı, yaxşı, – deyə polislərdən biri Tarzanın qolundan yapışmaq istədi. – Gedək, bunların hamısını lazımi yerdə danışarsınız.
Meymun-adam bircə anın içərisində yan-yana sərdiyi dörd polisə özünə gəlməyə imkan vermədi, kerosin lampanı döşəməyə çırpıb sındırdı. Otaq zülmətə qərq oldu. O, açıq pəncərədən bayıra atıldı və qarşı tərəfdəki teleqraf dirəyindən tuta-tuta dama dırmaşdı, qaranlıqda qeyb oldu.
Polislər bütün küçəni ələk-vələk eləsələr də, Tarzandan əsər-əlamət tapmadılar. Onlar nə edəcəklərini bilmirdilər. Təlim görmüş dörd silahlı polis nəfəri gedib rəislərinə necə deyəydi ki, bir əliyalın adamı da tutub məntəqəyə gətirməyi bacarmayıblar?
Hadisə yerindən bir neçə tin uzaqlaşdıqdan sonra Tarzan dama dırmaşdığı kimi də aşağı düşdü. Gecə kafelərindən birinə girib əl-üzünü yudu, üst-başını təmizlədi və heç nə olmamış kimi yoluna davam etdi.
Lap evinin yaxınlığında, fənərlərlə gur işıqlandırılmış küçədə Tarzanın qarşısında bir limuzin dayandı. Kimsə maşının şüşəsini aşağı salıb onu səslədi. Tarzan arxa oturacaqda gülümsəyən qrafinya de Kudu gördü və nəzakətlə baş əydi. Olqa ona əl etdi. Limuzin yerindən tərpəndi.
“Bir gündə həm Rokoffla, həm də qrafinya de Kudla qarşılaşmaq?.. Təsadüfə bax! Paris, doğrudan da, kiçik şəhərmiş”.
IV fəsil
Qrafinyanın izahatı
–Sizin Paris mənim cəngəlliyimdən təhlükəlidir, Pol, – deyə Tarzan gecə başına gələn əhvalat haqqında hekayətini bitirdi. Bunun üçün səhər tezdən durub dostunun yanına gəlmişdi. – Onlar mənə niyə tələ qurmuşdular? Nədir, yemək istəyirdilər?
D`Arno güldü:
– Cəngəllik qaydalarını unudub sivil insanlar kimi düşünmək, deyəsən, çətindir, dostum, eləmi?
– Sivil düşüncə tərzi bunamı deyirsən? Cəngəllikdə məqsədsiz qəddarlıq olmur. Heyvanlar ya yemək, ya da özlərini, ailə üzvlərini müdafiə etmək məqsədilə bir-birini öldürürlər. Hər şey təbiətin qanunlarına uyğun, mərd-mərdanə baş verir. Sizin mədəni insanlar isə heyvanlardan qəddardırlar. Onlar bir-birini hiylə ilə və ondan da pis, başqalarının xeyirxah niyyətlərindən vicdansızcasına istifadə etməklə tələyə salırlar. Axı mən o qadına kömək etmək üçün həyatımı riskə atmışdım. Başa düşmürəm, qadın nə dərəcədə mənəviyyatsız olmalıdır ki, öz xilaskarına qarşı belə nankorluq etsin? Buna isə şübhəm yoxdur. Rokoffu orada öz gözlərimlə gördüm. Rokoff məni güdürmüş, hansı yolla gedəcəyimi əvvəlcədən bilirmiş, əminəm ki, tələni də o qurub.
– Sizə neçə dəfə demişəm ki, axşamlar yolunuzu Ru Moldan salmayın. Gördünüz?
– Əksinə, bundan sonra həmişə belə edəcəyəm. Afrikadan çıxandan ilk dəfədir ki, ürəyimcə əylənirəm.
– Amma unutmayın ki, əyləncə hələ bitməyib. Qarşıda sizi polislə görüş gözləyir. Mən Parisin polislərini yaxşı tanıyıram. Onlar bunu sizə bağışlamayacaqlar, axtarıb tapana, həbs edənə qədər sakitləşməyəcəklər. Xoşunuza gələr?
Tarzanın sinəsi qabardı:
– Hünərləri var, həbs etsinlər.
Dostunun səsinin tonu d`Arnonu həyəcanlandırdı. O başa düşdü ki, Tarzan zarafat etmir, polislə üz-üzə gəlsə, əlindən xata çıxa bilər və bu xoşagəlməz əhvalata tezliklə nöqtə qoymaq lazımdır.
– Cəmiyyətin qanunlarına, xoşunuza gəlsə də, gəlməsə də, hörmətlə yanaşmalısınız, Tarzan. Polislə münaqişəyə girsəniz, axırda özünüzə pislik edəcəksiniz. Mənə elə gəlir ki, bu dəfə məsələni yoluna qoya biləcəyəm. Amma bundan sonra qanunlarla hesablaşmalısınız, polisin tələblərinə əməl etməlisiniz. İndisə durun, gedək mənim nazirlikdə işləyən dostumun yanına, görək başımıza nə gəlir. Durun.
Yarım saatdan sonra onlar polis komissarının kabinetində idilər. Məmur d`Arnonu keçən dəfəki kimi mehriban qarşıladı, Tarzanı da dərhal tanıdı, onun barmaq izlərini şəxsən araşdırdığını xatırladı.
D`Arno Tarzanın gecə macərasını dostuna ətraflı nəql etdi. Tarzanın gözlədiyinin əksinə olaraq məmur hirslənmədi. Əksinə, bic-bic gülüb əlinin altındakı düyməni basdı. Köməkçisi içəri girəndə masasının üstündəki sənədlərin arasından bir kağız çıxardı.
– Jubon, alın bu sənədi, orada adları çəkilən polisləri mənim yanıma çağırın.
Sonra komissar Tarzana tərəf döndü:
– Siz çox səhv iş tutmusunuz, müsyö. Əgər d`Arno belə tezliklə məsələnin üstünə düşməsəydi və vəziyyəti mənə izah etməsəydi, açığı, axırı pis qurtara bilərdi. Dünən əzişdirdiyiniz polislər indi bura gələcəklər. Qoy d`Arno mənə dediklərini onlara da danışsın və polislər özləri qərar versinlər: sizi məsuliyyətə cəlb edək, yoxsa sərbəst buraxaq.
Bilirsinizmi, siz hələ çox şey öyrənməlisiniz. Sizə bəzən mənasız görünən qaydaların arxasında gizlənmiş məntiqi dərk edənədək onları, sadəcə, qəbul etməlisiniz. Dünən hücumunuza məruz qalmış polislər öz vəzifə borclarını yerinə yetirirdilər. Onlar hər gün başqalarının həyatını, əmlakını qorumaq naminə özlərini təhlükəyə atırlar. Dünən axşam da belə etmişdilər. Bu cəsur və ləyaqətli insanlar sizin rəftarınıza görə özlərini alçaldılmış hiss edirlər. Onlara həmin hisdən azad olmaqda kömək edin. Görürəm, siz cəsur adamsınız, cəsur insanlar isə həmişə ürəyigeniş olurlar.
İçəri dörd polis girdi. Tarzanı görəndə onlar çox təəccübləndilər.
– Övladlarım, – komissar dedi. – Qarşınızdakı gecə Mol küçəsində üzləşdiyiniz şəxsdir. Öz ayağı ilə gəlib. İstəyirəm leytenant d`Arnonun hekayətini СКАЧАТЬ