Название: Gizli laborotoriya
Автор: Энид Блайтон
Издательство: Altun Kitab
Серия: Möhtəşəm beşlik
isbn: 9789952244861
isbn:
– Uşaqlar, yemək hazırdır, gəlin. Əminəm ki, Kventin birdən-birə haradasa peyda olacaq.
– Axı o harada ola bilər, Fanni xala? – Enn təşvişlə soruşdu. – Biz bütün adanı ələk-vələk elədik, heç yerdə yoxdur.
Fanni xala adaya uşaqlar qədər yaxşı bələd deyildi, ona elə gəlirdi ki, burada gizlənmək üçün çox yer var.
– Bilmirəm, – qadın dedi, – yəqin, haradasa bu yaxınlardadır. Birazdan gəlib çıxar, siz yeməyinizi yeyin.
– Biz qülləyə çıxmaq istəyirik, baxaq görək oradadır, ya yox! – Culian dilləndi.
Uşaqlar qülləyə tərəf yollandılar, Timmi də onların yanında idi. Bu qəribə tikili yaxından daha da müəmmalı görünürdü. Dik əlini onun hamar divarına çəkib dedi:
– Maraqlıdır, görəsən, bunu nədən düzəldiblər?
– Yəqin ki, hansısa plastik kütlədən, – Culian ağlına gələn ilk fikri dilinə gətirdi.
– Amma onda dənizdə fırtına qopan kimi qüllə yerlə bir olardı, – Dik etiraz etdi.
– Baxın, orada qapı var! – Corc birdən qışqırdı.
Uşaqlar qızın göstərdiyi yerə tərəf baxıb qüllənin balaca, yuxarısı yarımdairə formasında olan qapısını gördülər, açarı da üstündə idi. Culian açarı burub qapını açdı və içəri boylandı.
Qüllənin içi boş idi. Yalnız aşağıdan tavana qədər uzanan ensiz dolama pilləkən vardı. Bu pilləkən də qüllənin özü kimi yüngül, hamar materialdan hazırlanmışdı. Qarşı divardan qarmağa oxşayan qəribə əşyalar asılmışdı. Görünüşündən bu əşyaların poladdan hazırlandığını söyləmək olardı.
– Yaxşısı budur, heç nəyə əl vurmayaq, – Culian uşaqlara xəbərdarlıq etdi. – Gəlin yuxarı çıxaq!
O özü hamıdan qabaq dar pilləkənlərlə yuxarı qalxmağa başladı. Dolama pilləkənlər adamın başını hərləndirirdi, amma Culian buna baxmayaraq ayaq saxlamadan yuxarı çıxırdı. Qalan uşaqlar da onun arxasınca gedirdilər. Qüllənin divarlarında adda-budda pəncərələr vardı, oradan içəri tutqun işıq düşürdü. Culian həmin pəncərələrin birindən çölə baxdı – onun gözlərinin qarşısında Kirrin körfəzinin möhtəşəm mənzərəsi canlandı. Nəhayət, oğlan qüllənin təpəsinə gəlib çatdı. Burada balaca, şüşəli bir otaq vardı. Otağın qalın şüşələri günəş şüalarını əks etdirirdi. Otaqdan bayıra bir neçə məftil çıxmışdı. Məftillərin ucu açıq idi, külək onları vurub yellədirdi. Əfsus ki, bu balaca otaq da boş idi! Uşaqlar Kventin əmini burada da tapa bilmədilər!
Belə aydın olurdu ki, bu qüllə məftilləri aşağıdakı qarmaqlara bərkidib yuxarı qaldırmaq, sonra da uclarını oradan aşağı sallamaq üçün tikilmişdi. Yaxşı, bəs bütün bunlar nə işə yarayırdı? Yoxsa, Kventin əmi burada hansısa radiodalğalarını tutmağa çalışır? Ya da, bəlkə, onun işi radarlarla4 əlaqəlidir?
Culian fikrə getmişdi.
O fikirləşənə kimi qalan uşaqlar da gəlib çıxdılar. Cəsur Timmi də onların arxasınca pilləkənləri axıra qədər çıxmışdı. Amma hiss olunurdu ki, dolama pilləkənləri qalxmaq onun üçün heç də asan olmayıb. Zavallı it dilini çıxarıb ləhləyirdi.
– Buradan dənizə necə gözəl mənzərə açılır! – Corc heyranlıqla pəncərədən bayıra baxıb dedi. – Baxın, hətta bizim Kirrin körfəzinin sahilindəki evimiz də görünür!
– Hə, çox gözəldir! – Enn də dedi. – Amma biz hələ də Kventin əmini tapa bilməmişik. Görəsən, o, adadadır, ya yox?
– Əlbəttə, adadadır, – Corc qətiyyətlə dilləndi, – görmədin, qayığı balaca buxtada idi. Biz ki onu öz gözümüzlə gördük.
– Hə, adadadır, amma nə qəsrdə, nə mağarada, nə də zirzəmidədir. Əcəb tapmacadır! «Yoxa çıxmış əminin sirri», – Culian da bunu deyib güldü. – Aşağı baxın, Fanni xala artıq yeməkləri boşqablara qoyub, deyəsən, qışqıraraq bizə nəsə deməyə çalışır. Yaxşısı budur, onun yanına qayıdaq.
– Hə, tez gedək, bura çox darısqaldır, həm də mənə elə gəlir ki, külək qülləni tərpədir, – Enn cəld dilləndi. – Artıq bir dəqiqə də burada qalmaq istəmirəm!
Qız hamıdan birinci pilləkənlərə tərəf gedib aşağı düşməyə başladı. O, metal məhəccərdən bərk-bərk yapışmışdı, bu dar pilləkənlərdən düşüb yıxılmaqdan qorxurdu. Bu vaxt Timmi qəfil irəli cumdu, az qala qızı vurub-yıxacaqdı, hürə-hürə sürətlə aşağı qaçmağa başladı. Onlar tezliklə qüllədən çıxdılar. Culian yenidən açarı burub qapını bağladı.
Uşaqlar Fanni xalanın yanına gəldilər.
– Hə, nə oldu, qüllədə maraqlı bir şey tapdınız? – o soruşdu.
– Yox, – Enn başını bulayıb dedi. – Bircə şüşəli otaqdan dənizə açılan mənzərəyə tamaşa etdik. Kventin əmi orda da yoxdur. Fanni xala, bu sizə qəribə gəlmir? Axı biz bütün adanı əldən salmışıq, amma o heç yerdə yoxdur!
– Qayığı isə balaca buxtadadır, – Dik əlavə elədi, – deməli, adadan qırağa çıxmayıb.
– Hə, düz deyirsiniz, – Fanni xala dilləndi, – bu, doğrudan da, qəribədir… Amma siz əminizi yaxşı tanımırsınız. O, həmişə bir anda haradansa peyda olur. Yəqin, bizim adaya gələcəyimizi yaddan çıxarıb. Harada olsa, gəlib çıxar.
Fanni xala bunu deyib hazırladığı buterbrodları uşaqlara paylamağa başladı.
– Necə yəni, bir anda peyda olur? – Dik soruşdu. – Məgər o, sehrbazdır?! Kventin əmi harada gizlənə bilər axı?
– Heç bilmirəm sizə nə cavab verim, – Fanni xala gülümsəyərək dedi. – Yaxşısı budur, gələndə özündən soruşarsınız.
Uşaqlar buterbrodlarını yeyib-qurtarmışdılar. Timmi də tox idi. Fanni xala onlara sərin portağal şirəsi süzdü. İt də susamışdı, odur ki yaxınlıqdakı yağış gölməçəsinə tərəf qaçıb su içməyə başladı.
– Buna bir bax! Gölməçənin yeri hələ də yadında qalıb, – Corc fəxrlə dilləndi. – Susayan kimi hansı tərəfə qaçmalı olduğunu bildi.
– Maraqlıdır, bəs, görəsən, Timmi niyə Kventin əminin qoxusunu almır? – Dik təəccüblə soruşdu. – O nə zirzəmidə, nə də qüllədə bir СКАЧАТЬ
4