Əfsanələr. Группа авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Əfsanələr - Группа авторов страница 4

Название: Əfsanələr

Автор: Группа авторов

Издательство: Altun Kitab

Жанр:

Серия: Folklor

isbn: 9789952240757 

isbn:

СКАЧАТЬ evindən bir dəstə adam balabançılarla bərabər çayı keçib Məlikçobanlı tayfasına, Saraygilin qapısına, gəlini aparmağa gəldi. Xörək bişincən, yeyilincən axşam düşdü, hava qaraldı. Oğlan evinin adamları gəlini ata mindirib çayın qırağına gəldilər. Biri dedi:

      – Su elə gündüz qədərdir.

      Başçı dedi:

      – Azacıq artıb.

      Kor yengə Minabacı dedi:

      – Çəkilin belə, mən balağımı çırmalayıb keçim. Çayda su nə gəzir?

      Onun belə ürəkli danışması kişiləri cürətləndirdi. Atları suya vurdular. Heç iki qədəm getməmişdilər ki, gəlin minən at çayın çökək və dərin yerinə düşdü. Saray utandığından qışqırmadı; qaranlıqda at qarışıq suya yıxılıb batdı. Heç kəs cürət edib suya girə bilmədi, su da get-gedə artırdı, qaranlıqda göz-gözü görmürdü, adamlar çayaşağı çox yüyürdülər, çayın sahillərini çox axtardılar. Lakin su daha da artdı, sel Sarayı apardı. Səsə, ağlaşmaya Məlikçobanlı camaatı tökülüb gəldi. Sabaha kimi axtardılar. Saray tapılmadı. Kişilər axtarmağa, arvadlar isə ağı deməyə başladılar. Artıq sel yatdığı üçün Xançobanın camaatı da çayı keçib onlara qoşuldu. Ağlaşma başladı:

      Nurunun anası:

      Arpa çayı aşdı, daşdı,

      Sel Sarayı aldı, qaçdı,

      Nuru qaldı gözüyaşlı,

      Apardı sellər Sarayı,

      Bir ala gözlü balanı.

      Sarayın anası:

      Arpa çayı dərin olmaz,

      İçmə, suyu sərin olmaz,

      Saray kimi gəlin olmaz.

      Apardı sellər Sarayı,

      Bir başı şallı balanı.

      Sarayın bibisi:

      Düyünü tökdüm tabağa,

      Bişmədi qaldı sabaha.

      Kor yengə düşdü qabağa

      Apardı sellər Sarayı,

      Bir üzü xallı balanı.

      Nurunun bibisi:

      Gedin deyin Xançobana,

      Getməsin bu qış Muğana,

      Getsə, düşər nahaq qana,

      Apardı sellər Sarayı,

      Bir ala gözlü balanı.

      Nurunun anası:

      Gətir bura xas paltarı,

      Qara boya, ac paltarı,

      Oba geysin yas paltarı,

      Apardı sellər Sarayı,

      Bir üzü xalı balanı.

      Nuru:

      Alça dəyib, dərməmişəm,

      Dərib çığa sərməmişəm.

      Mən Sarayı görməmişəm,

      Apardı sellər Sarayı,

      Bir ala gözlü balanı.

      Sarayın anası:

      Ceyran endi, düzə gəldi,

      Erkəciynən sözə gəldi.

      Saray balam gözə gəldi,

      Apardı sellər Sarayı,

      Bir başı şallı balanı…

      CAHARGAH ƏFSANƏSİ

      Qədim zamanlarda bir alim yaşayırdı. O öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı.

      Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O, alimi sarayına cəlb etmək üçün çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Alim qərara gəlmək üçün möhlət istəyir, hökmdar alimə üç gün möhlət verir.

      Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir:

      – Böyük hökmdar, Sizin saray üçün dərin, dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmirəm.

      Bu sözləri deyib alim qayıdır. Öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək istəyir.

      Alimin cavabı, dikbaşlığı, açıq sözü hökmdarı hirsləndirir. Şah onun səxavətini, firavan saray həyatını qiymətləndirməməsini nankorluq hesab edir. Vəziri yanına çağırıb alimi cəzalandırmaq üçün tədbir istəyir.

      Vəzir deyir:

      – Alimin cahilliyini sübut edib onu xalqın gözündən salmaq lazımdır.

      Bunu deyib vəzir alimə suallar hazırlamaq üçün padşahdan qırx gün möhlət istəyir. Qırx gün keçdikdən sonra suallar hazır olur.

      Hökmdar adamları meydana toplayır. Alimi çağırırlar. Alim gəlib hökmdarın qarşısında əmrə müntəzir dayanır. Hökmdar alimə deyir:

      – Sən öz əllaməliyinlə xalqı aldadırsan, sən heç də alim deyilsən. Vəzirim sənin üçün suallar hazırlayıb. Bu suallara cavab versən, alimliyini sübut etmiş olacaqsan.

      Alim cürətlə deyir:

      – Buyurun, suallarınızı verin.

      Hökmdar vəzirinə işarə edir. Vəzir suala başlayır:

      – Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanar?

      Alim gülə-gülə deyir:

      – Mən sualın cavabını verməyə hazıram. Siz isə Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın mayilliyini, bir də qozun həcmini deyin.

      Camaat alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual vermək fikrindən vaz keçirlər, biabır olmaq istəmirlər.

      Alim evə yollanır. Ancaq adamlar onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq.

      Karvandakı hər dəvənin boynunda bir zınqırov var idi. Alim karvan başçısına bildirir ki, yolda onları təhlükə gözləyir, əgər xahişini yerinə yetirsə, onlarla səfərə çıxar və təhlükəni sovuşdurar. Karvan başçısı razı olur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin.

      Karvan başçısı alimin təklifinə razı olur, ancaq səbəbini öyrənmək istəyir.

      – Mən СКАЧАТЬ