Название: Şirürəkli Riçard
Автор: Александр Грановский
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244960
isbn:
Bundan sonra krallar arasında yeni sülh danışıqları başladı. Ancaq müzakirələr nəticəsiz qaldı. Riçard fransız qoşunu ilə qarşılaşmaq üçün fürsət axtarırdı. Nəhayət, istəyinə çatdı və xırda bir toqquşmada Qiyom de Barı əsir götürdü. Lakin Qiyom əsirlikdən qaça bildi. Riçard isə yolunun üstündəki yaşayış məntəqələrini talayıb Normandiyaya qayıtdı. Onun səylərinə baxmayaraq Şatoru fransızların əlində qalmışdı.
Beləcə, müharibə payıza qədər davam etdi. Hər iki tərəfdəki baronlar döyüşməkdən təngə gəlmişdilər. Üstəlik, Qüdsün taleyi də yaddan çıxmışdı…
Vəziyyətin çıxılmazlığını görən II Filip yenidən sülh təşəbbüsü ilə çıxış etdi. Qarşı tərəf bu təşəbbüsü müsbət qarşıladı. Danışıqların əvvəlində fransız kralı ilə Riçardın mövqeyi bir-birindən kəskin fərqlənsə də, axırda ümumi dil tapa bildilər. II Filip Riçarda təklif etdi ki, II Henriyə qarşı yenidən birləşsinlər. Fransa kralını anlamaq olardı: o, həmişəki kimi, II Henrini hələ də ən güclü düşməni sayırdı.
Ümumiyyətlə isə, II Filipin başlıca məqsədi Plantagenetlər arasındakı parçalanmanı gücləndirmək, onların barışmasına imkan verməmək idi. Fransız kralının Riçarda sadaladığı arqumentləri təxmin etmək çətin deyil: o niyə hələ də varis elan edilməyib? II Henri niyə İoana səlib yürüşünə getməyə icazə verməyib? Ola bilsin, II Henri özündən sonra məhz İoanı varis elan etmək istəyirdi! Riçard, yəqin ki, II Filipin onun varis olmasına kömək etməsi müqabilində Alisa ilə evlənməyə razı oldu. Filip ona inanırdımı? Məlum deyil. Lakin ən azından inanmaq istəyirdi. Hər halda, bir məqam şübhə doğurmur: Riçardın əsas məqsədi taxt-tacın varisi olmaq idi və o buna görə hər şeyə razı idi!
Düzünə qalsa, qəhrəmanımız həmin vaxt Fransa kralına münasibətdə ikibaşlı oyun oynayırdı. Həm öz məqsədinə çatmaq üçün II Filip kimi bir müttəfiq qazanır, həm də II Filip vasitəsilə atasını daha ağır təzyiq altında saxlayırdı.
II Henriyə gəlincə, aydın görünürdü ki, ingilis kralı özündən sonra hakimiyyətin Riçarda ötürülməsində maraqlı deyil, bu səbəbdən də onun səlib yürüşünə qatılmasına etiraz etmirdi. Ancaq bunu da yaxşı başa düşürdü ki, Riçardsız onun üçün çətin olacaq. II Henri oğulları arasındakı fərqi gözəl anlayır, dövlətini yalnız Riçardın qoruya biləcəyini başa düşürdü. Həmin vaxt ingilis kralı artıq ağır xəstə idi. Ancaq sayılı günlərinin qaldığına inanmırdı. Odur ki varislik məsələsinin biryolluq həllini də yubadırdı. Üstəlik, hamını aldatmağa öyrəşdiyindən, heç kimə etibarı yox idi, kimsəyə güvənmir, bel bağlamırdı, axırda isə o öz oyunlarının içində özü dolaşıb qaldı…
II Henrinin ölümü
1188-ci il noyabrın 18-də baş tutan görüşdə təzədən dostlaşan II Filiplə Riçard birlikdə II Henrinin yanına gəldilər. Bu dəfə danışıqlar üç gün davam etdi. Fransa kralı tələb etdi ki, Riçard dərhal Alisa ilə evlənsin və İngiltərədəki, eləcə də materikdəki bütün baronlar Riçarda sədaqət andı içsinlər. II Henri bu tələbi yerinə yetirməkdən yenə, özüq də bu dəfə lap açıq şəkildə imtina elədi: «Mən bu gün bununla razılaşmağa hazır deyiləm».
«Ağlıma sığışdıra bilmədiyim həqiqət indi mənə gün kimi aydındır!» – Riçard atasının cavabını eşidincə qışqırdı. Sonra da qılınc bağlanmış qurşağını açıb II Filipin qarşısında diz çökdü və ona sədaqət andı içdi. Söz verdi ki, atasından başqa, Filipin bütün düşmənlərinə qarşı onunla birgə mübarizə aparacaq!
Bu o demək idi ki, atası istəməsə belə, Riçard özünü II Henrinin varisi elan edir. II Filipin sədaqət andını qəbul etməsi isə fransız kralının onu növbəti ingilis hökmdarı olaraq qəbul eləməsinə işarə idi. Riçard eyni zamanda atasına verdiyi sədaqət andını pozur və ona açıq-aşkar müharibə elan edirdi. Baş verənlərdən sarsılan II Henri 1189-cu il yanvarın ortalarında keçiriləcək növbəti görüşə qədər sülhün qorunması təklifi ilə razılaşdı və sarayına qayıtdı. O, Milad bayramını İoanla birlikdə keçirdi. Baronların çoxu ingilis kralının təşkil etdiyi bayram mərasiminə qatılmadılar. Bununla onlar artıq Riçard və II Filipin tərəfində olduqlarını göstərdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Qaskoniya – Fransada baskların tarixi yaşayış məskəni olmuş bölgə. Basklar hazırda İspaniyanın şimalında və Fransanın cənub qərbindəki muxtar bölgədə yaşayan qədim xalqdır (red.).
2
Səlib yürüşləri – 1096 –1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi I Səlib yürüşü (1096 –1099) 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. II (1147–1149) və III (1189–1192) Səlib yürüşləri nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş IV Səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını СКАЧАТЬ