Hekayələr. Cəfər Cabbarlı
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəfər Cabbarlı страница 9

Название: Hekayələr

Автор: Cəfər Cabbarlı

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952243017 

isbn:

СКАЧАТЬ – Mənsura da – Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, – deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalarına dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı.

      Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər.

      Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi.

      Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı?

      Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə:

      – Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasız övrətlər! – deyə ağlayır.

      Bəs Mənsur niyə tək oturub ağlayır?

      Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki:

      – Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm…

      Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib:

      – Mən Mənsura deyil, Həsənə gedəcəyəm! – deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi.

      Nəhayət, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir.

      Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yarında vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib:

      – Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam! Sən sevgili qardaşımın yadigarısan, – deyə ona təsəlli verərək, göz yaşlarını silib evə aparırdısa da, Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yenə otağın qapılarını bağlayıb ağlamağa başlardı.

      Artıq Sitarəyə yalvarmaqdan başqa bir çarə qalmadı. Bu gün ən ağır və qorxunc qədəmlərə cəsarət etmişdi. Bəlkə yalvarmaqla Sitarənin ürəyinə rəhm düşsün deyə, bu gün axırıncı qətrə həyat dərmanını içəcək! Sağalmasa? Axırıncı çarəni yalvarmaq bilib yalvaracaq: “Yox!” – desə nə olacaq? Düşünün! Əlbəttə ki, intihar!..

      Budur, yarım saata qədər keçdi, Sitarə əvvəlki vüqarı ilə hovuzun kənarından atılıb evə tərəf yeriməyə başladı. Mənsur pozğun, zəlil bir halda qalxıb onun keçəcəyi yolda dayandı. Sitarə bunun yanından keçəndə, Mənsur zəlil dilənçilər kimi hər iki əlini bir tövr səfilanə ilə Sitarəyə tərəf uzadıb, iki dizi üstə yıxılıb:

      – Ey gözəlim, mənə rəhm et!!! – dedi.

      Amma burada Sitarə ona çatıb:

      – Yol ver! – deyə onun yanından keçib getdi.

      Mənsur əlləri bir qədər göydə qalıb, məzlum-məzlum Sitarənin dalınca baxaraq, biixtiyar gözünün yaşı axırdı. Sitarə evlərinə yol aparacaq alçaq pillənin üstündə bir əlini qapıya uzadaraq, başını isə çevirib Mənsura baxıb, yenə əvvəlki vüqar və vəhşiliklə rəhmsizcə evə girdi. Mənsur dizi üstə oturub baxdısa da, heç bir şey görməyib, yuxu ilə oyaqlıq arasında idi. Sitarə içəri girəndə Mənsur biixtiyar üzüqoylu yerə yıxıldı. Artıq Mənsur oyaq deyildi. Heç bir şey dəxi görüb eşitmirdi.

      Biçarə Mənsur nə ətrafında baharın xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına fırlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşından yadigar qalmış Mənsuru – istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAQDAwQDAwQEBAQFBQQFBwsHBwYGBw4KCggLEA4RERAOEA8SFBoWEhMYEw8QFh8XGBsbHR0dERYgIh8cIhocHRz/2wBDAQUFBQcGBw0HBw0cEhASHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBwcHBz/wgARCAkpBdwDASIAAhEBAxEB/8QAHAAAAQUBAQEAAAAAAAAAAAAAAAECAwQFBgcI/8QAGQEBAQEBAQEAAAAAAAAAAAAAAAECAwQF/9oADAMBAAIQAxAAAAHzUxzt8/YMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgxw2DHDYMcNgx1PRfVfEvUvH9D5/A9vzQAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADsPU/LPUvB9P59A9/zAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADrvUPLvSPB9PwoD3/MAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAOs9J849S8P0/n8D3fMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA СКАЧАТЬ