Hekayələr. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Эрнест Миллер Хемингуэй страница 4

Название: Hekayələr

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952243345 

isbn:

СКАЧАТЬ ilə müqayisə etmək olardı. Əlbəttə, qadınlar bir yol tapıb “Uoldorf-Astoriya”ya da girirdilər, amma ora kişilərin sığınacağı olduğundan əks cinsin nümayəndələrinin barda heç bir hüququ yox idi.

      Madrid barının siması onun sahibi Pedro Çikote idi. O, gülərüz, şən, əvəzolunmaz bir barmen idi, necə deyərlər, işinə can yandırır, həmişə sanki işıq saçırdı. İndiki dövrdə bu, olduqca nadir xüsusiyyətdir, tək-tük adam uzun zaman belə xüsusiyyətini qoruyub saxlaya bilir. Özü də bunu süni sevinclə qarışdırmaq lazım deyil. Çikotenin saçdığı işıq süni yox, əsl nur idi. Həm də ki o, təvazökarlığı, sadəliyi, mehribanlığı ilə seçilirdi. Pedro Çikote elə xoş və nəşəli idi ki, onu yalnız Parisin “Ritsa” barının barmeni Jorjla müqayisə etmək olardı. Bu müqayisə isə orada olanlar üçün çox şey deyir. Bunlardan başqa, Çikotenin barı öz-özlüyündə gözəl idi.

      O zamanlar Madridin qızıl gəncliyi “Yeni klub” adlanan yerə getməyə üstünlük verirdi, Çikotenin yanına isə “yaxşı uşaqlar” gəlirdilər. Əlbəttə, buranın müştərilərindən çoxu “Stork” barının müştərilərinin əksəriyyəti kimi mənim xoşuma gəlmirdi, amma Çikotenin barında oturmaq ruhumu oxşayırdı. Burada, məsələn, siyasətdən danışmırdılar. Elə kafelər var ki, orada ancaq siyası məsələləri müzakirə edirlər, ayrı söhbət olmur. Amma Çikotenin yanında siyasətdən söz açılmırdı. Danışmağa o qədər başqa mövzu var idi ki! Özü də bura şəhərin ən qəşəng qızları gəlirdi və gecəni yola vermək üçün kiminləsə tanış olmaq mümkündü. Bir çox gözəl gecələri biz məhz burada başlamışdıq.

      Yolunu bura salmaqla hal-hazırda kimin şəhərdə olduğunu, kimin hara getdiyini öyrənə bilərdin. Yayda, şəhərdə heç kim olmayanda isə qabağına bir şüşə qoyub sakitcə oturmaq da yaxşı idi, çünki barda gülərüz və diqqətcil ofisiantlar işləyirdilər.

      Bura kluba bənzəyirdi, lakin heç bir üzvlük haqqı ödəmək lazım deyildi və bu məkanda qızlarla tanış olmaq imkanı var idi. Heç şübhəsiz, “Çikote” İspaniyanın, bəlkə, bütün yer üzünün ən yaxşı barı idi və biz, buranın daimi müştəriləri, ona çox bağlanmışdıq.

      Bardakı içkilər olduqca gözəl idi. Əgər siz martini sifariş edirdinizsə, onu ən yaxşı cindən hazırlayırdılar. Pedro Çikote xəsislik etmirdi, viskini ona çəlləklərdə birbaşa Şotlandiyadan gətirirdilər. Bu viski reklam olunan başqa viskilərdən çox üstün idi. Onu adi “şotland” viskisi ilə müqayisə etmək belə olmazdı. Amma təəssüf ki, qiyam başlayanda Çikote San-Sebastyanda idi, həmin şəhərdə onun yalnız yay ayları işləyən filialı vardı. Bu filialı o, indinin özündə də işlədir və deyilənə görə, Franko İspaniyasının ən yaxşı barına çevirib. Madriddəki barı isə ofisiantlar götürüblər və hələ də işlətməkdə davam edirlər, amma əvvəlki yaxşı viskiləri tükənib.

      Çikotenin köhnə müştərilərinin əksəriyyəti Frankonun tərəfinə keçib, lakin respublikaçılardan da daim bura gələnlər var. Bura çox şən bir yerdir, şən insanlar isə, adətən, ən cəsur adamlar olurlar və birinci ölürlər. Ona görə belə alınıb ki, “Çikote”yə gələnlərin çoxu artıq sağ deyil. Çəllək viskisi aylar öncə qurtarıb, 1938-ci ilin may ayına qədər isə biz sarı cinin də axırına çıxdıq. Düzü, indi ora getməyin mənası qalmayıb və əgər Luis Delqado Madridə bir qədər gec gəlib çıxsaydı, bura girməz, başını da bəlaya salmazdı. Ancaq Delqado Madridə 1937-ci ilin noyabrında gəldi və o vaxt “Çikote”də hələ bir az sarı cin qalmışdı, eyni zamanda burada Hindistan kinəsi almaq olardı. Düzdür, buna görə həyatını təhlükəyə atmağa dəyməzdi, amma, ola bilsin, Delqado, sadəcə, adət etdiyi yerdə oturmaq istəyirmiş. Onu tanıyan və “Çikote” barının vaxtilə necə bir yer olduğunu bilən üçün bunu anlamaq çətin deyil.

      Həmin gün səfirlikdə inək kəsmişdilər və qapıçı bizə on funt təzə ət saxladıqlarını demək üçün “Florida” otelinə gəlmişdi. Mən Madrid qışının alatoranlığında ətin dalınca getdim. Əllərində tüfəng iki qvardiyaçı səfirlik binasının qapısı ağzında oturmuşdu, bizim ətimiz isə qarovulxanada idi.

      Qapıçı dedi ki, bizə yaxşı tikə düşüb, amma inək çox arıq imiş. Mən qapıçını gödəkçəmin cibində qalmış qızardılmış tumla palıd qozasına qonaq etdim və biz qapının ağzında, girişdəki xiyabanın çınqıllığında dayanıb zarafatlaşa-zarafatlaşa söhbət etdik.

      Mən qoltuğumda ağır ət bağlamsı şəhərin küçələri ilə evə yollandım. Qran-Via atəş altında olduğundan ara sakitləşənə qədər “Çikote”yə girməyi qərara aldım. İçəri adamla dolu və səs-küylü idi. Mən küncdə, qabağı kisələrlə tutulmuş pəncərənin ağzında kiçik bir masanın arxasında oturdum, əti yanımdakı skamyaya qoydum və kinə qatılmış cin içdim. Biz yenicə, elə bu həftə aşkar etmişdik ki, barda hələ kinə qalıb. Qiyamdan sonra daha təzə kinə gətirmirdilər, köhnə kinənin qiyməti isə müharibədən əvvəlki kimi qalmışdı. Axşam qəzetləri hələ yox idi və mən qəzetsatan qarıdan müxtəlif partiyaların üç vərəqəsini aldım. Onların hər birinin qiyməti on sentavo idi, bir peset verib qarıya dedim ki, pulun qalığını özünə saxlasın. O da dedi ki, Allah mənim günahlarımdan keçəcək. Mən buna şübhə etdim və vərəqələri oxuya-oxuya kinəli cin içməyə başladım.

      Köhnə vaxtlardan tanıdığım yaşlı ofisiant mənə yaxınlaşdı. Onun sözlərinə bərk təəccübləndim.

      – Yox, – dedim. – İnanmıram.

      – Hə, – ofisiant dediyində israr edib başı və məcməyisi ilə eyni istiqamətə işarə vurdu. – Ancaq arxaya çevrilməyin. Oradadır.

      – Bunun mənə dəxli yoxdur, – dedim.

      – Heç mənə də dəxli yoxdur.

      O getdi, mənsə bara təzə girmiş başqa bir qarıdan axşam qəzetlərini alıb oxumağa başladım. Ofisiantın işarə etdiyi adamı ikimiz də çox yaxşı tanıyırdıq. Onun barəsində öz-özümə fikirləşdim: “Belə də axmaq adam olar?! Lap ağlını itirib”.

      Bu vaxt bir yunan yoldaş gəlib yanımda oturdu. O, on beşinci briqadada bölük komandiri idi və bombardman vaxtı yaralanmışdı. Yanındakı dörd nəfər həlak olmuşdu, onu isə bir az hospitalda, sadəcə, nəzarət altında saxladıqdan sonra istirahət evinə – indi adına nə deyirlər, bilmirəm, ora – göndərirdilər.

      – Con, işlər necədir? – mən soruşdum. – Qonaq olun.

      – Sizin içdiyinizin adı nədir, mister Emunds?

      – Kinəli cin.

      – Hansı kinədi?

      – Hindistan kinəsi. Dadına baxın.

      – Mən çox içən deyiləm. Amma kinə qızdırmaya qarşı yaxşıdır. İçərəm.

      – Con, bəs həkimlər sağlamlığınız barədə nə deyirlər?

      – Mənə СКАЧАТЬ