Название: Hekayələr
Автор: Эрнест Миллер Хемингуэй
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952243345
isbn:
– Sonra bu arağın dadına baxmaq istədim. Bizim işimiz-gücümüz yeni yerləri gəzib yeni içkilərin dadına baxmaqdır.
– Elədir ki var.
Qız təpələrə bir də nəzər saldı.
– Gözəl təpələrdir, – dedi. – Bəlkə də, onlar heç ağ fillərə bənzəmir. Sadəcə olaraq düşündüm ki, yəqin, fillər də beləcə ağacların arasından ağarır.
– Bəlkə, yenə içək?
– Pis olmaz.
İsti külək bambuk pərdəni yellətdi.
– Yaxşı pivədir, soyuqdur, – kişi dedi.
– Çox gözəldir, – qız dedi.
– Ciq, bu, yüngül bir əməliyyatdır, – kişi dedi. – Heç əməliyyat da demək olmaz.
Qız aşağı, masanın ayağına baxırdı.
– Ciq, özün görəcəksən, boş şeydir. Sadəcə, iynə vuracaqlar.
Qız susurdu.
– Mən səninlə gedəcəyəm və yanından ayrılmayacağam. İynə vuracaqlar, sonra hər şey qaydasına düşəcək.
– Bəs sonra başımıza nə gələcək?
– Hər şey yaxşı olacaq. Əvvəlki yoluna düşəcək.
– Niyə belə düşünürsən?
– Bizə mane olan elə təkcə budur. Bircə buna görə biz xoşbəxt ola bilmirik.
Qız pərdəyə baxdı, əlini uzadıb qamışlardan ikisini tutdu.
– Deməli, sən düşünürsən ki, biz özümüzü yaxşı hiss edəcək və xoşbəxt olacağıq?
– Mən əminəm. Bircə sən qorxma. Eyni şeyi edən çox adam tanıyıram.
– Mən də, – qız dedi. – Sonra hamısı çox xoşbəxt olur.
– Əgər sən istəmirsənsə, lazım deyil. Sən istəmirsənsə, mən təkid etmirəm. Amma bilirəm ki, boş bir şeydir.
– Sən, həqiqətən, bunu istəyirsən?
– Düşünürəm ki, ən düzgün çıxış yoludur. Yox, əgər özün istəmirsənsə, lazım deyil, onda mən də əsla istəmirəm.
– Amma mən bunu etsəm, razı qalarsan. Hər şey əvvəlki kimi olar və sən məni yenə sevərsən!
– Mən səni elə indi də sevirəm, özün ki bilirsən.
– Bilirəm. Bunu edəndən sonra hər şey əvvəlki kimi yaxşı olacaq və mən deyəndə ki, təpələr ağ fillərə oxşayır, bu sənin xoşuna gələcək?
– Bu mənim çox xoşuma gələcək. Elə indi də xoşuma gəlir, amma indi fikrim bir az ayrı yerdədir. Özün bilirsən, mən həyəcan keçirəndə həmişə belə oluram.
– Bəs mən bunu etsəm, sən həyəcanlanmayacaqsan ki?
– Yox, çünki bu, boş, yüngül bir şeydir.
– Elə isə mən bunu edərəm. Başıma nə gələcəyi vecimə deyil.
– Necə yəni?
– Başıma nə gələcəyi vecimə deyil.
– Axı mənim vecimədir.
– Hə, hə. Amma başıma nə gələcəyi mənim vecimə deyil. Mən bunu edəcəyəm və hər şey yaxşı olacaq.
– Əgər belədirsə, onda sənin bunu etməyini istəmirəm.
Qız ayağa qalxıb platformanın qurtaracağına qədər addımladı. Yolun o başı ağaclıq idi, Ebronun sahili boyunca əkin sahələri uzanırdı. Çayın arxasında, uzaqlarda dağlar ucalırdı. Buludun kölgəsi yamyaşıl zəmilərin üstü ilə sürünür, ağacların arasından isə çay görünürdü.
– Bütün bunlar bizim ola bilərdi, – qız dedi. – Hamısı bizim ola bilərdi, amma bunun mümkün olması ehtimalı gündən-günə azalır. Günah da özümüzdədir.
– Sən nə deyirsən?
– Deyirəm ki, hər şey bizim ola bilərdi.
– Hər şey onsuz da bizimdir.
– Yox, bizim deyil.
– Bütün dünya bizimdir.
– Yox, bizim deyil.
– Biz ürəyimiz istəyən yerə gedə bilərik.
– Yox, bilmərik. İndi bütün bunlar bizim deyil.
– Bizimdir.
– Yox. Bir dəfə əldən buraxdığın bir daha geri qayıtmaz.
– Amma biz hələ heç nəyi əldən buraxmamışıq.
– Görərsən.
– Gəl kölgəyə qayıdaq, – kişi dedi. – Belə həyəcanlanmaq lazım deyil.
– Mən həyəcanlanmıram, – qız dedi. – Sadəcə, hər şeyi anlayıram.
– İstəmədiyin bir şeyi etməyinə razı deyiləm…
– Yaxud mənə ziyan olan bir şeyi. Bilirəm. Bəlkə, yenə pivə içək?
– Yaxşı. Amma sən başa düşməlisən ki…
– Mən başa düşürəm, – qız dedi. – Bəlkə, bu söhbəti kəsək?
Onlar masanın arxasında oturdular. Qız çayın o tayındakı təpələrin günəşdən yanmış yamaclarına, kişi isə qıza, bir də masaya baxırdı.
– Sən başa düşməlisən ki, – kişi dedi, – istəmədiyin heç bir şeyi etməli deyilsən. Əgər bu sənin üçün belə əhəmiyyət daşıyırsa, mən buna razıyam.
– Bəs sənin üçün əhəmiyyət daşımır? Birtəhər öhdəsindən gələrdik.
– Əlbəttə, daşıyır. Amma iş orasındadır ki, səndən başqa mənə heç kəs lazım deyil. Onu da bilirəm ki, bu, boş bir şeydir.
– Əlbəttə. Sən bunun boş şey olduğunu bilirsən.
– Nə istəyirsən de, amma mən bunun belə olduğunu bilirəm.
СКАЧАТЬ