Ağ qəm. Sədaqət Kərimova
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ qəm - Sədaqət Kərimova страница 23

Название: Ağ qəm

Автор: Sədaqət Kərimova

Издательство: Автор

Жанр: Современная зарубежная литература

Серия:

isbn:

isbn:

СКАЧАТЬ çalınanda Aynur yerdəki gəlinciklərinin üstünü örtdü. Ən çox sevdiyi göy donlu, sarı saçlı böyük gəlinciyi qucağına alıb eynən televizordakı kimi layla çalmağa başladı. Veriliş qurtaranda televizoru söndürüb yerdə, xalçanın üstündəki gəlinciyin yanında uzandı. Sonra onu sinəsinə sıxıb ağlamağa başladı. Göz yaşlan gəlinciyin üzünə tökülürdü.

      Bir azdan bərk acdığını hiss edib ayağa durdu. Səhər anası ona südlü sıyıq yedirtmişdi. Tapşırmışdı ki, acanda mətbəxdə stolun üstündəki tavadan kotlet götürüb yesin. Ancaq bütün günü yemək onun yadına düşməmişdi.

      Aynur mətbəxə keçib işığı yandırdı. Tavadan soyuq kotlet götürüb çörəksiz yeməyə başladı. Tez doydu. İndi də çay istəyirdi. Ancaq anası ona qaza yaxın düşməyi qadağan etmişdi. Çaydandan stəkana su töküb içdi. Tavanın qapağını ortdü, mətbəxin işığını söndürüb evə keçdi. Çarpayısına yaxınlaşıb yerini açdı. Paltarını soyunub səliqə ilə stuldan asdı, gecə köynəyini geyinib uzandı. Ancaq yuxusu gəlmirdi.

      Bu gecə də Aynur anasını görmədən, tək-tənha yatacaqdı. Həcər xala harasa getmişdi, ona görə də Aynur səhərdən evdə tək qalmışdı. Onun ürəyinə qəribə bir qorxu çökdü. Bu qorxu yuxusunu tamam qaçırdı. Eyvana çıxıb sağ tərəfdəki eyvana həsrətlə baxdı. Bura onun bağça yoldaşı Çingizgilin eyvanı idi. Aynurla Çingiz buradan tez-tez bir-biri ilə danışar, əylənərdilər. Aynur bağçada ən çox Çingizlə oynayardı. Fürsət tapan kimi oyuncaqlarını ona bağışlayardı.

      Eyvanda tez-tez Çingizin atası ilə anası da görünərdi. Çingiz atasının boynundan asılar, onun saçlarını oynadar, anası da gülə-gülə onlara tamaşa edərdi. Belə vaxtlarda Aynurun Çingizə yaman paxıllığı tutardı. Paxıllıq edərdi ki, onun atası var. Aynurun isə atası yox idi. Heç vaxt olmamışdı. Bundan sonra da olmayacaqdı. Atası onu heç vaxt əzizləməyəcəkdi, gəzməyə aparmayacaqdı.

      Qonşu eyvanda kimsə görünmürdü. Yağışın paltarını islatdığını görüb evə keçdi, çarpayısına uzandı. Anası yenə harasa, vacib iş dalınca getmişdi. Bu “harasa”nın, “vacib işin” nədən ibarət olduğunu Aynur bilmirdi. Lakin bu gedişlərə ürəyində yaman acığı tuturdu. Anasının gözəl üzü gözləri qarşısında canlandı. Əvvəl özünü onun qucağında təsəvvür etdi: anası onu öpüb oxşayırdı. Lakin bir azdan necə döyüldüyü yadına düşdü. Anası çox vaxt əsəbi, deyingən olardı. Boş bir şeydən özündən çıxar, Aynuru döyməyə başlayardı. Özü də elə hirslə, elə bərk döyərdi ki. Aynur ağrıdan zarıldayardı. Döyməklə ürəyi soyumaz, Aynura qarğış yağdırardı:

      – Səni görüm öləsən. Səni görüm ciyərin yansın. Səni görüm zəlil olasan.

      Aynur ağlaya-ağlaya stolun altına girər, onun əlindən qurtulmağa çalışardı. Lakin bundan anası daha da qəzəblənər, paltarından və ya əl-ayağından yapışıb onu çarpayının altından çıxardar, təzədən döyərdi. Həmişə də döyüb-doyüb, birdən ağlamağa başlayardı:

      – Ay allah, məni öldür, canım qurtarsın, – deyər, sonra uşağı qucağına alıb öpər, oxşayardı. Aynur da onun qoynuna qısılıb səsini çıxarmazdı. Bir söz deməyə, nə isə soruşmağa ürək eləməzdi. Qorxardı ki, anası təzədən özündən çıxar.

      İlk dəfə idi ki. Aynur qaranlıqdan qorxurdu. Qaranlıqda anası gah gülürdü, gah ağlayırdı, gah qəhqəhə çəkirdi, gah onu çimdikləyirdi. Aynur vahimə içində yorğanı üstünə çəkdi.

      * * *

      Düz on dörd il idi ki, Həmid Həcər xalanın evində kirayənişin qalırdı. On-on beş ailə yaşayan bu böyük həyətdə hamı onun xətrini istəyirdi. Həcər xala isə ondan xüsusilə razılıq edirdi. Həmid hər ayın axırıncı günü kirayə pulunu səliqə ilə kağıza büküb ona verirdi. Evini səliqəli saxlayırdı. Özü də nə yanına cığal-cuğul oğlan gətirir, nə də yelbeyin qızlarla gəzirdi. Tərbiyəli, başıaşağı adam idi. Həcər xalanın bircə narazılığı vardısa, o da Həmidin həddindən çox işıq yandırması ilə bağlı idi. Lakin onun pərdəsiz pəncərəsindən Həmidin stol arxasında oturub daim nə isə yazdığını və ya oxuduğunu görəndə heç nə deyə bilmirdi. Həmidə bu qədər hörmət qazandıran da əslində yazıçılığı idi.

      Həmidin ipək kimi yumşaq xasiyyəti var idi. Ömründə bircə nəfəri də incitməmişdi. Heç kəs onu hirslənən, özündən çıxan görməmişdi. Yaşadığı bu balaca, rahat otaq da sahibinə oxşayırdı. Buranın avadanlığı küncdəki dəmir çarpayıdan, pəncərənin qabağındakı stoldan, iki stuldan, bir də ağzına kimi kitabla dolu böyük divar şkafından ibarət idi. Həmidi işdə kitab xəstəsi kimi tanıyırdılar. Əlinə keçən pulu kitaba verərdi. Gecə-gündüz kitab oxumaqdan yorulmurdu, tanışlarına, dostlarına da kitab bağışlamağı sevirdi.

      Axşamlar, ələlxüsus da yaz-yay axşamlan qonşular həyət qapısına yığışar, söhbət edərdilər. Həmid isə kimsəyə qarışmazdı. Buna onun vaxtı da olmazdı. Açıq pəncərədən Həmidin arıq, solğun üzünü görəndə qonşular canıyananlıqla ondan söz salardılar. Ən çox narahatlıq keçirən isə Həcər xalanın qapıbir qonşusu Nailə olardı. Həmidin pəncərədən həyətə düşən kölgəsinə Nailə bu illərdə o qədər öyrəşmişdi ki, onu görməyəndə darıxırdı. Həmidin oğrun-oğrun paltar yuması, gecə hamı yatandan sonra onu sərməsi, səhər tezdən durub yığması, döşəmə silməsi, xörək bişirməsi, hər şey, hər şey Nailəni kövrəldirdi. Neçə dəfə istəmişdi durub ona kömək eləsin, amma utanmışdı. Qonşuların söz-sov undan ehtiyat edirdi, həm də qorxurdu ki. Həmid onu yüngülbeyin hesab edər.

      Nailə bəstəboy qız idi. Bu yaz 38 yaşı tamam olmuşdu. Lakin onun zərif, incə vücuduna heç vaxt bu yaşı vermək olmazdı. O, tibb institutunu bitirən ili atası, bir il sonra isə anası vəfat etmişdi. Nailə özündən kiçik üç bacısına həm ata, həm də ana əvəzi olmuş, üçünü də oxudub ərə vermişdi. O, bacılarının heç birinə oxşamırdı. Onların üçü də deyib-gülən, şən qızlar idi. Nailə isə sakit təbiətli idi, heç nə ilə gözə çarpmırdı. Bu vaxtacan ərə getməməsinin bir səbəbi də yəqin elə bu cəhəti idi. Kim bilir, bəlkə də vaxtından tez üzərinə düşdüyü məsuliyyət, çəkdiyi qayğılar onu belə etmişdi.

      Bu gecə hər şey Nailəni səbəbsiz kövrəldirdi. O, işığı yandırmadan yerinə uzanmışdı. Açıq pəncərəsindən Həmidin otağı ovuc içi kimi görünürdü. Bir azdan onun işığının söndüyünü görüb Nailə narahatlıqla yerindən qalxdı. Həmidin asta addımlarla həyətdən küçəyə çıxdığını görcək ürəyi darıxdı, tez yerindən qalxdı.

      Eyvanda oturub çay içən Həcər xala onun bu narahatlığını hiss edib Nailəni çay içməyə çağırdı. O, Nailənin ürəyində doğulub boy atan duyğulardan çoxdan xəbərdar idi, oğrun-oğrun Həmidin arxasınca baxdığını, uzaqdan-uzağa onu izlədiyini çoxdan bilirdi. Lakin özünü elə apanrdı ki, guya heç nədən xəbəri yoxdur. Nailənin təbiəti elə idi ki, kimsənin onun ürəyindəkilərdən xəbər СКАЧАТЬ