Ağ qəm. Sədaqət Kərimova
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ qəm - Sədaqət Kərimova страница 15

Название: Ağ qəm

Автор: Sədaqət Kərimova

Издательство: Автор

Жанр: Современная зарубежная литература

Серия:

isbn:

isbn:

СКАЧАТЬ yenicə hamamdan çıxmışdı. Nazik gecə köynəyində güzgünün qabağında dayanıb yaş saçlarını darayırdı. Uzun, şabalıdı saçlarını dəsmalla bir xeyli qurulayıb çiyinlərinə atdı. Rəşid divanda uzanıb oradan arvadına tamaşa edirdi. Birdən yuxudan ayılan kimi oldu: elə bil Zərifəni ilk dəfə görürdü. Bu fikirdən tutulan kimi oldu. Amma arvadının varlığını deyəsən doğrudan da unutmuşdu. Bir evin içində iki yad kimi dolanırdılar. “Hə”, “Yox” dan başqa son vaxtlar Zərifədən ayn söz eşitmirdi.

      – Evə bir şey lazımdır? – Rəşid bunu danışmaq, bir söz demək xatirinə dedi. Dediyinə də peşman oldu. Onsuz da evin bütün ağırlığı Zərifənin üstündə idi. Bir şey lazım olsa da, Zərifə ona deməyəcəkdi.

      – Yox.

      – Bazara getmək lazımdır?

      Getmişəm.

      – Mən sabah da işdə olacağam.

      Sabah bazar günü idi. “Sabah da işdə olacağam” o demək idi ki, Rəşid gününü yenə də Asyanın evində keçirəcək.

      Zərifənin etinasızlıqla saçlarını daramaqda davam etdiyini, onu sorğu-suala tutmadığını görəndə Rəşidin arvadına acığı tutdu: “Vecinə də deyil”. Sonra isə Asyanı gözləri önündə canlandırdı. Asya onu büsbütün ram etmişdi. Zərifədən elə soyutmuşdu ki, buna bəzən özü də təəccüb qalırdı. Axı Zərifəni sevib evlənmişdi. O, heç də pis həyat yoldaşı deyildi. Zərifəyə tamaşa edə-edə onu Asya ilə müqayisə etdi. Hər ikisi gözəl idi. Amma Asya onu daha çox cəzb edirdi. Onun cazibəsi qarşısında Rəşid heç vaxt belə sakit dayana bilməzdi. O, üzünü divara çevirib gözlərini yumdu.

      Zərifə güzgüdə bunu gördü. Özünü heç vaxt belə təhqir olunmuş, alçalmış hiss etməmişdi. Amma incikliyini bildirməmək üçün soyuqqanlıqla dedi:

      – Uşaqları niyə soruşmursan?

      – Demirdin rayona göndərəcəksən?

      Vəssalam. Bununla da onlann dialoqu bitdi. Bu, küsülü olmadıqlarını bir-birinə sübut etmək üçün deyilən növbətçi sözlər idi.

      Üç gün idi ki, Zərifə uşaqları rayona yay tətilinə, anasıgilə yollamışdı. Amma bu üç gündə Rəşid bir dəfə də maraqlanmamışdı ki, onlar haradadır, Zərifə onlan kiminlə yola salıb. Son vaxtlar ərinin etinasızlığına məəttəl qalırdı. Bəzən onun uşaqları sevdiyinə də şübhə edirdi. Uşaqlarla oynamaqla, məşğu-liyyətləri ilə maraqlanmaqla arası yox idi. Elə buna görə də analarına qarşı mehriban olan, ərköyünlüklərindən qalmayan Raminlə Çingiz atalarından çəkinirdilər. Onların arasında gözəgörünməz bir pərdə var idi. Oğlanları atalarının evə gec gəlməsinə və yaxud evdə gecələməməsinə adət etmişdilər, bunu adi hal kimi qəbul edirdilər. Bu, onu bəzən narahat edirdi, ata-övlad münasibətlərinin həddindən artıq soyuqluğu ona əzab verirdi, amma nə edə bilərdi?

      Ərinin etinasızlıqla dediyi “Demirdin rayona göndərəcəksən?” sözlərini eşidən Zərifə daha heç nə demədi. İşığı söndürüb yavaşca çarpayısına uzandı. Amma yata bilmədi – yuxu gözlərindən qaçaq düşmüşdi. Acı fikirlər yenə beynində dolaşmağa başladı. O, başdan-ayağa kimi tanma çəkilmişdi. Bu vaxta kimi əhəmiyyət vermədiyi əzablı bir duyğu vücuduna sarılmışdı. Öz-özündən utansa da, həya etsə də ürəyində etiraf etdi: tumar istəyirdi, əzizlənməyə, oxşanmağa ehtiyac duyurdu. Ötən illər boyu o, əsl məhəbbətin nə olduğunu bilməmişdi, kişi nəfəsini doyunca hiss etməmişdi. Zərifəyə ən çox əzab verən yaşı idi. O gecə özünü güzgüdə görəndən bəri tez-tez yaşı haqqında düşünürdü. 35 yaşında hər qadın öz gənclik təravətini saxlaya bilmir. Kim bilir, bəlkə də 2-3 ildən sonra onun bu gözəlliyindən əsər-əlamət də qalmayacaq.

      “Ailə həyatı mənə Rəşidlə bağlı nə qədər həyəcanlar, nə qədər əzablar gətirdi. Mənim seçimim düz olmadı. O, məni heç vaxt sevməyib, bundan sonra da sevməyəcək”. Bu fikir onun beynində ölüm hökmü kimi səsləndi. Birdən “Mən sənə xəyanət edəcəyəm. Sən buna layiqsən. Rəşid! Səndən intiqam almaqla öz mənliyimi təhqir olunmaqdan xilas edəcəyəm”, – deyə qətiyyətlə özünə söz verdi. Bir qədər sakitləşən kimi oldu. Bu fikir ona qəribə bir yüngüllük gətirdi, haçan yuxuya getdiyindən xəbəri olmadı.

      * * *

      – Sən bu gün həmişəkindən də gözəlsən, Zərif. Sənə nə olub?

      Həkimlər şöbə müdirlərinin gündəlik tapşırıqlarını alıb kabinetlərinə dağılışandan sonra Aydın bu sözləri deməkdən ötrü Zərifəni yanına çağırtdırmışdı.

      – Yaz gəlib. Aydın. – Zərifə mənalı tərzdə gülümsədi. Sonra isə əlavə etdi. – Adam heç işə gəlmək istəmir. Elə dincələrdim…

      – Sən dincələndə yanında olmağı necə də arzulayardım… – Aydın bu sözləri onun xətrinə dəyməkdən qorxa-qorxa dedi. Amma Zərifə hirslənmək əvəzinə güldü:

      – Pis fikir deyil. Bəlkə doğrudan da bir yerdə dincələk?

      Aydın qulaqlarına inanmadı. Heyrət dolu gözlərlə ona baxdı. Zərifənin yanaqlan allandı. Birdən-birə dilindən çıxan sözlər onu öz gözündən saldı, başqalaşdırdı. Amma Aydının gözlərində qəribə bir işıltının doğulduğunu görüb “oyunu” davam etdirmək qərarına gəldi.

      – Bir gün səninlə olsam neynərsən? – Zərifə rola girmişdi.

      Aydının söz danışmağa, cavab verməyə iqtidan çatmadı. O, köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Alnında əmələ gəlmiş tər damcılarını yaylığı ilə silib Zərifəyə uzun, qəribə bir nəzər saldı. Zərifə bu baxışların mənasını anlamadı. Onlarda inciklik, yazıqlıq, nifrət bir-birinə qarışmışdı: “Mənim yüngülbeyinliyimə lağ etdi”. Zərifə bu fikirdən vicdan əzabı çəkdi. Amma rolunu sona kimi oynamaq qərarına gəldi. Pəsdən oxuya-oxuya otaqdan çıxdı:

      Gözlərin aldı məni,

      Kəməndə saldı məni.

      Getmə, getmə, gəl gözəl yar,

      Getmə, getmə, gəl.

      Qurbanam xan gözünə,

      Nazla baxan gözünə,

      Yenə sürmə çəkmisən

      Evlər yıxan gözünə.

      Bilirdi ki, Aydının bu xalq mahnısından xoşu gəlir.

      Zərifə xəstələrini yenicə qəbul edib qurtarmışdı ki, baş tibb bacısı Məleykənin qaça-qaça Aydının kabinetinə tərəf getdiyini СКАЧАТЬ