Название: Sağlamlıq və Rifah, həyatınızı dəyişdirə biləcək sirlər
Автор: Коллектив авторов
Издательство: Qanun nəşriyyat
isbn: 9789952360202
isbn: 0
Müasir dövrdə 100 təsdiqlənmiş ən yaşlı insanların yaşı 113-dən 122-yə qədərdir.1 2014-cü ilin əvvəlində bu uzunömürlülərdən yalnız altısı sağ idi, lakin yaxın gələcəkdə bir çox başqaları da üzə çıxa bilər. Təbabət qarşıdan gələn on illiklər ərzində insan ömrünün uzunluğunu əhəmiyyətli dərəcədə artırmaq vədi verir. Ona qədər siz daha uzun və daha yaxşı yaşamaq üçün öz öhdəmizə düşəni edə bilərsiniz. Əkizlər üzərində aparılmış tədqiqatlar insanın ömrünün uzunluğunun 20-30 faizə qədər genlərdən asılı olduğunu qeyd etsə də, bir çox başqa tədqiqatlar göstərmişdir ki, uzun ömürlülük daha çox həyat tərzindən asılıdır.