Əli və Nino. Курбан Саид
Скачать книгу в различных форматах или читать онлайн на сайте.

Название: Əli və Nino

Автор: Курбан Саид

Издательство: Аудиокитаб ООО

Жанр:

Серия:

isbn:

isbn: 0

Аннотация:

Əli və Nino – ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 42 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etdi. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə «„tərəqqi etmiş“» Qərb və «„geridə qalmış“» Şərqin qovuşduğu Bakıdır. Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır. Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır. Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur. Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir. Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.

СКАЧАТЬ Читать онлайн

Лучшие книги издательства Аудиокитаб ООО