Название: Həyat sandığı
Автор: Zaur Pənahov
Издательство: Köhlən Nəşriyyatı
Серия: Qaranlıq günəş
isbn: 9789952833157
isbn: 0
Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi. Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.