Название: Yana-yana
Автор: Gülhüseyn Hüseynoğlu
Издательство: Аудиокитаб ООО
isbn:
isbn: 0
"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarşısına çıxan maniələr..bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halı ilə uyğundur. Lakin təbii ki, tərcümeyi-halla bədii əsər arasında eynilik ola bilməz. Çünki bədii əsərdə qəhrəmanın keçirdiyi hisslər, onun çevgisi, əhatə olunduğu mühit və qarşılaşdığı çətinliklər müəllifin bədii təxəyyülünün məhsuludur və Gülhüseyn Hüseynoğlu professional bir yazıçı kimi bunları ustalıqla təsvir edə bilmişdir.