Название: Könlüm Qarabağdadır
Автор: Теймур Эльчин
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-56-3
isbn:
Çıxır çadırdan.
Buğanın buynuzları
Xəncər kimi itidir.
Ağıl xəncərdən iti,
Tale ona mütidir.
Vay o günə,
Buğaların
Qabağından qaçasan.
Can qıymayıb qorxasan,
Qollarını açasan!
Vay o günə!
Qorxudan dəhşət doğur,
Qorxu aldadır, boğur.
Yalan, böhtan doğurur,
Aparır xəyanətə…
Buğa cumur,
Dizin çökür qəzəbdən.
Buynuzları
Mərmər daşı yoğurur.
Meydan qalxır,
Uğuldayıb oturur.
Oğul qoymur
Buğa qalxa yerindən.
Düz alnına
Yapışdırır yumruğu.
Heyvan canı hayında,
Yer süpürür quyruğu.
Meydan qalxır,
Nəfəs alır dərindən.
Dirsə oğlu
Sürütləyir buğanı.
Quyruğundan yapışıb,
Buğada hal qalmayıb.
Fınxırır, xırıldayır.
Kəl oğlanın əlində
Xəncəri parıldayır.
Qırxlar qırxını sayır.
Hamısının elə bil,
Kürkünə birə düşüb.
Yekəqarın Pəzəvəng
Yazıqlaşıb, büzüşüb.
– Uşaq deyil,
Nərdi bu!
– Qəribə hünərdi bu!
– Bu oğlanla
Aslanlar da bacarmaz!
– Yavaş danışın bir az!..
Çoxalır pıçıltılar.
– Dirsəyə batmaq olmaz!..
– Yox! Olar!
Hələ çarə var.
– Vaxt çatıb, yatmaq olmaz!
– Qara donlu
Əmanəti gözləyir.
Çadırdadır Dirsə xan.
Az qalır sinəsindən
Çıxıb qaça ürəyi.
Oğuldur indi oğlu,
Gözünün ağ-qarası.
Oğuzların dirəyi,
Onun bürcü, qalası!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Əlyazmanın əldə olunmasında göstərdiyi köməyə görə Teymur Elçinin qızı Qumru xanıma təşəkkürümüzü bildiririk.