Məktəbə dəvət. Рашид-бек Исмаил оглы Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Məktəbə dəvət - Рашид-бек Исмаил оглы Эфендиев страница 13

Название: Məktəbə dəvət

Автор: Рашид-бек Исмаил оглы Эфендиев

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-23-5

isbn:

СКАЧАТЬ ehtiyat əlzəmdir122.

Ehtiyat üzrə olmayan şaki,

Heç bir işdə olmaz idraki”.

KİRPİ VƏ DOVŞAN

Bir günü Kirpiyə dedi Dovşan:

– Bədənin hər yerin basıbdı tikan.

Sən məgər üstə-başa baxmırsan,

Tikan içrə məyər darıxmırsan?

Gey mənim eşməyim123 kimi kürkü,

Yumuşaq, yaxşı, yox pası-çirki.

Verdi Kirpi cavab Dovşana,

Dedi eybini qanmaz heyvana:

– Yaxşı eşmək mənim nə hacətimə,

Batmasın canavar dişi ətimə.

UŞAQ VƏ GÜL

Bir uşaq yazda istədi, getsin,

Bağı başdan-ayağa seyr etsin.

Bağa girmişdi, gördü gül açılıb,

Hər tərəfə güldən ətir saçılıb.

İstədi gül budağını əysin,

İyləsin, bir neçə gülün dərsin.

Əlinə batdı yerbəyer tikanı,

Uşağın bir qədər sıxıldı canı.

– Nə tikandır, – dedi, – basıb səni, gül,

Qonmasın üstünə yazıq bülbül?

At yerə hər nə var tikan səndə,

Qan tökən olma, bir usan sən də!

HƏR PARILDAYAN QIZIL OLMAZ

Qızlarquşu ilə sarı bülbül

Etmişdi qəfəs içində mənzil.

Eyvana asılmış idi quşlar,

Siması xoş, həm sədası xoşlar.

Bir gün oxuyurdu sarı bülbül,

Cəh-cəhləri söyləyirdi min dil.

Asdı qulaq o evin uşağı,

Oldu atasına bəndi bazı:

– Göstər, ağa, quşları düşür, al,

Kimdir oxuyan görüm o minval?

Atası qəfəsləri düşürdü,

Oğlunun qabağına götürdü.

Dedi: – De görüm, oğul, bu quşdan

Hansı sənin əqlin aldı başdan?

Quşlara uşaq baxırdı yaxşı,

Hansı, görəsən, oxurdu yaxşı?

Qızlarquşunu görən kimi o

Dedi: – Oxuyan, ağa, budur, bu.

UŞAQ VƏ AYNA

Var idi xırda bir oğlan uşağı,

İki-üç yaşına dolmuş o çağı.

Tazə dil, tazə ayaq açmış idi,

Anası yaxşı qulaq asmış idi.

Anası xeyli ədəbli kəs idi,

Oğlunun tərbiyəsiyçün bəs idi.

Nə ciyər guşəsini döyməz idi,

Nə acıqlanmaz idi, söyməz idi.

Öyrədərdi ədəbi, mərifəti,

Göstərərdi nə isə məsləhətin.

Görməmişdi hələ aynanı özü,

Bilməyirdi, necə şeydir güzgü.

Kamilə aynanı sildi, aldı,

Asmadı, söykədi zalda, qaldı.

Uşaq oynarkən o zalda tənha

Görübən güzgünü oldu şeyda.

Göz göyə sarı yönəldi, baxdı,

Özünü gördü, ürəyi axdı.

Bu, ona baxdı, o da baxdı buna,

O da güldü bu gülən vaxt ona.

Bu, geri keçdi, o da getdi geri,

Bu yanaşdı, o da gəldi irəli.

Qalxızarkən bu əlin bir azacıq

Elə bildi ki, o çəkdi yumruq.

Hirslənib bu gedib aldı maşanı,

İstədi, vursun acıqlandıranı.

Anası gizli baxırmış, gəldi,

Tələsik tutdu, buna qandırdı:

– Əlini saxla! – dedi, – vurma, gözüm,

Qulaq as, var sənə bir neçə sözüm.

Sən acıqlanma, balam, bax yumuşaq,

Sən uşaqsan, o da çox yaxşı uşaq.

Gər gülər üz ona sən göstərsən,

Özünə ram, həlim eylərsən sən.

Oğul, ayna kimidir bu dünya,

Hər nə etsən, o olar çöhrənüma124.

QARĞA VƏ TÜLKÜ

Qarğa ağzında bir qırıq pendir

Qonubən sərvə, eylədi tədbir.

Ki, yesin onu… bir qədər duruxub,

Pendir ağzında fikr edirdi baxıb.

Tülkü yügrək125 keçirdi o yerdən,

Burnuna dəydi iy o pendirdən.

Tülkü dərhal dayandı, bir baxdı

Pendirə, ağzının suyu axdı.

Dırnaq üstə yanaşdı sərvə sarı,

Bulayıb quyruğun baxıb yuxarı,

Dedi nazü nəzakət ilə yavaş

Qarğaya: – Qarğa, ey əziz qardaş!

Nə gözəlsən, sürahigərdənsən,

Qaragöz varsa, bir gözəl sənsən.

Pəh! Qanad, quyruğu, nə dimdiyi var,

Çox gözəl bunda sövt126 olar, səs olar.

Heç utanma, oxu, amma qardaş,

Yoxdur gözəllikdə kimsə səndən baş.

Bu camal ilə, bəlkə, vallahı

Olasan cümlə quşların şahı…

Mədhü tərifə aldanıb qarğa,

Fərəhindən də dillənib qarğa,

Bir qağırtı çıxart gənzikdən,

Pendirin saldı qarğa dimdikdən.

ALQANAD VƏ GÖYƏRÇİN

ÇətməyəСКАЧАТЬ

122

Əlzəm – ən lazımlı

123

Eşmək – yumşaq tüklü dəridən paltar

124

Çöhrənüma – aydınlaşan, üzə çıxan, aşkar

125

Yügrək – yüyürək, cəld

126

Sövt – səs