1
Dilimizdə mişarla eyni boyda kəsilmiş yoğun odun parçalarına girdin (dialektlərdə: gırdın) deyirlər. Bu, girdə sözü ilə bağlıdır, “dairəvi parçalar” deməkdir.
2
Bordamaq – bordaqlamaq – yaxşı yedirib kökəltmək, bəsləmək (ev heyvanları haqqında)
3
Müəllifin yaratdığı mürəkkəb söz
4
Hamısı bir biçimdə, balıq sürüsünün düzümü
5
Rus dilindəki “начальник” sözünün təhrif olunmuş forması. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs, müdir, rəis.
6
Ağcaqanad, milçək və s. qanadlı həşəratlardan qorunmaq üçün cunadan (tənzifdən) tikilən yataq örtüyü
7
Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı
8
Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək