Xəmsə. Низами Гянджеви
Чтение книги онлайн.

Читать онлайн книгу Xəmsə - Низами Гянджеви страница 6

Название: Xəmsə

Автор: Низами Гянджеви

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ hər xəbəri çatdıran aytək, güntək itigöz bir xəfiyyəsi vardı. Gizli işləri, şübhəli məsələləri o, ustalıqla açmağı bacarırdı. O, gəlib şahın önündə qüssələnərək baş əyib dedi:

      – Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.

      Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qocanı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üstünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə tacidardan qaçardı.

      Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qocaya dedi:

      – Şah səni xain bilir. Amandı oyan, ehtiyatlı ol! O şeytan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!

      Qoca dəstəmaz alaraq kəfənini əyninə geydi. Şahın önünə gəlib ədəblə salam verdi.

      Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:

      – Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə “zalım”, “div” deyirsən?

      İxtiyar qoca cavab verdi:

      – Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Mən sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də sənin əlindən qan ağlayır. Bütün ölkə kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Sənə güzgünü qırmaq yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi götür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksinlər.

      Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.

      Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edən hökmdar belə bir hökm verdi:

      – Qocanın əynindən kəfəni çıxarıb ona xələt geydirin. Bu ədalətli qocanın başına ətir səpin.

      Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq dərdindən hali oldu.

      Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?

      Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər tanrıdan gəlsin.

      Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdırsa, fəqət hamı həqiqətin möhtacıdır.

      Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.

      Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.

      GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ

      Uzaq Şərq ölkəsində mən bir dastan eşitdim. Orada sərvlərtək azadə bir şahzadənin yaşamasından bəhs edilirdi. Bu diyar varlıların zülmündən əzab-əziyyət və iztirab çəkirdi. Buna görə bu ölkə külək kimi üsyankar, həyəcanlı və qərarsız idi.

      Şahlıq taxtına gələn şah yeni ruhlu bir hökmdar idi. Ondan əvvəlkilər isə ehkamlara, köhnə, vaxtı keçmiş adətlərə aludə olan taxt-tac sahibləri kimi xatırlanırdı. Qurulan fitnə-fellərdən şah özü də qorxardı.

      Şah bir gecə dərin yuxuya getmişdi. Birdən yuxuda səksəkəli halda bir qoca ona dedi:

      – Ey cavan! Sən təzə doğmuş Aysan. Sən çalış köhnə bürcü qır, dağıt. Yeni açılan bir gülsən. Köhnə, qurumuş budağı sındırmağa can at!

      Yerini əlində saxlamaq üçün köhnəni məhv et! Onda həyatın da özüntək işıqlı və gözəl olar.

      Şahzadə oyanan kimi yeni bir fərman verdi. Özünün əksinə gedən iki-üç nəfəri aradan götürtdü.

      Yeniyə imkanlar açdı. Köhnənin üstündən xətt çəkdi. Yeni şah ölkəyə təzə bir ruh gətirdi. Fitnə-fəsada qurşananların başının kəsilməsi qərarı verildi. Andı pozan ordunun ləğvi gündəmə gəldi.

      Qurumuş, qartımış kötüklərin boynu vurulmalıdır ki, onun yerində gülşənləri sərvlər bəzəsin.

      Təzə bulaqlar, arxlar öz mənbəyinə bağlanmasa, çinarın qol-budağı tufanlara sinə gərə bilərmi?

      Bulaqların gözünü açmaq, arıtmaq lazımdır ki, bağrı susuzluqdan cadar-cadar olmuş torpağın üzü-gözü gülsün. Özünü dərk edənin könlünə diktə edən bir vaiz var. O, ən gözəl öyüd və nəsihətləri insanın qulağına pıçıldayır.

      Ağlını işlət, qılınc qında qalan kimi onu bir kənara atma.

      Gənclik bir ağıl və zəka qılıncıdır. O, insana pak və ülvi bir həmnəfəsdir. Cavanlıq köhnə mücrüdə saxlanan bir əşya deyil ki!

      Varını-dövlətini bəxşiş verməyə çalış. Kiməsə sovqat yolla, ehtiyacı olana pay göndər ki, buna görə sənə səxavət və kərəm əhli deyə bilsinlər.

      Var-dövlət sahibləri varın vasitəsilə öz arzu-muradlarına çatmışlar.

      Yalnız səxavət toxumu bol bəhrə və bərəkət verir. Qiyamət günü də vaxtilə verdiyin ruzi, göstərdiyin səxavət sənə yardımçı olar. Ya rəb, öz ehsan xəzinəndən mənə pay göndər. Nizami sənin qulundur. Sən onun işlərinə fərəc ver.

      YARALI UŞAĞIN DASTANI

      Şən, qayğısız balaca bir uşaq var idi. Hər şeydən azad olan balaca bir gün yoldaşları ilə küçədə oynayırdı. O, addımlarını atarkən ayağı sürüşdü. Getdiyi yolda elə üzüstə yerə düşdü. Özünün şikəst olduğunu zənn edərək ayağa durub addımlaya bilmədi. Yoldaşları təngnəfəs halda onun yanına yüyürdülər. Dostların bir çoxu pərt olmuşdu. Bəzilərinin fikrə gedərək qaşları çatılmışdı. Onu sevən bir dostu sözünü uda-uda, həyəcanla astaca pıçıldadı:

      – Gəlin onu quyuya ataq, qoy qalsın. Amma bu sirr heç vaxt heç kimə bilinməməlidir.

      Bu uşaqların içərisində uzaqgörən, sərt xasiyyətli bir uşaq da var idi. O, əvvəllər bu yaralanan uşağa düşmən kimi baxardı. Birdən o, ciddi halda yoldaşlarına üz tutub dedi:

СКАЧАТЬ