Balaca qırmızı balıq. Nazilə Cavadbəyli
Чтение книги онлайн.

Читать онлайн книгу Balaca qırmızı balıq - Nazilə Cavadbəyli страница 1

Название: Balaca qırmızı balıq

Автор: Nazilə Cavadbəyli

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ >

      1

"Sonunu düşünən, qəhrəman olmaz…"

      Gecə yarısı idi. Gölməçədəki bütün canlılar dərin yuxuya getmişdi. Səssizliyi yalnız arabir uzaqdan gələn qurd ulartısı pozurdu. Suda Sevimli Ayın əksi görünür-dü. Balaca Qırmızı Balıq yosunlar arasında dayanıb elə-cə gözlərini göylərə dikərək dərin düşüncəyə dalmışdı.

      Yuxusu ərşə çəkilmişdi, nə qədər çalışsa da, gözləri-nə yuxu getmirdi. Birdən Sevimli Ay Balaca Qırmızı Ba-lığı yosunlar arasında görüb ona dedi:

      – Salam, Balaca Qırmızı Balıq! Xeyirdir, yata bilmə-misən? Səhərə az qalıb, artıq yatmağa başlasan, yaxşı olar.

      Balaca Qırmızı Balıq Sevimli Ayın onunla danışdı-ğını hiss etmədi. Bu dəfə Sevimli Ay yüksək səslə ça-ğırdı və Balaca Qırmızı Balıq bunu eşidib yerindən atıl-dı. O dəqiqə Aya baxıb:

      – Salam, gözəl Ay! Sənsən?

      Sevimli Ay gülümsəyərək dedi:

      – Bəli, əlbəttə, mənəm. Sən ki bu saata qədər yatma-lı idin. Nəsə olub?

      Balaca Qırmızı Balıq dedi:

      – Son zamanlar fikirlərim yaman qarışıb. Həmişə nəsə düşünürəm.

      Sevimli Ay maraqla dedi:

      – Xeyirdir, səni bu saatlara qədər düşündürən mə-sələ nədir elə?

      Balaca Qırmızı Balıq yosunların arasından çıxıb su üzünə qalxdı. Aya baxıb dedi:

      – Sevimli Ay! Sənə bir sualım var. Sən Balaca Qara Balığı tanıyırsan, eləmi?

      Sevimli Ay Balaca Qara Balığın adını eşidən kimi həyəcanlandı. Balaca Qırmızı Balığın sualına nə cavab verəcəyini bilmədi. Balaca Qırmızı Balıq – niyə susdun? Yoxsa bu sualı verməklə səhv elədim? – deyə soruşduq-da, Sevimli Ay yumşaq bir səs tərzdə:

      – Bəli, tanıyırdım. Həm də çox yaxşı tanıyırdım. Ürəkli və mərd idi. Özünü bu gölməçəyə məhkum elə-mədi. Üzüb suların axdığı əngin dənizlərə doğru getdi. Amma axırda…"

      Balaca Qırmızı Balıq dözə bilməyib: "Bəli, axırda nə oldu", deyə soruşdu. Sevimli Ay isə ondan soruşdu:

      – Sonrasını söyləməzdən əvvəl mənə de görüm, Ba-laca Qara Balığın adını haradan eşitdin?

      Balaca Qırmızı Balıq hər axşam ona nağıl söyləyən nənəsinin bu gecə də Balaca Qara Balıqdan danışdığını,

      hekayəni eşidəndən bəri gözlərinə yuxu getmədiyini, onun sonrakı taleyinin necə olması barədə düşündüyü-nü dedi.

      Sevimli Ay: “Balaca Qara Balıq” hekayəsini can-dil-dən dinləyib yatmaq mümkündürmü ki? Səni çox yaxşı başa düşürəm. Amma bu vəziyyətdə nə edəcəksən? Da-im bunumu düşünəcəksən?" – dedi.

      Balaca Qırmızı Balıq: "Mən də onun kimi əngin də-nizlərə çatmaq istəyirəm. Onun kimi dəniz balıqlarıyla birlikdə üzmək istəyirəm" – dedi. Ay, Balaca Qırmızı Balığı bu sevdadan çəkindirməyə çalışdı: "Bax, əziz dostum! Bu işlər çətin işlərdi. Həm də çox çətin… Qə-tiyyən göründüyü kimi deyil. Ancaq yuxularında görə bilərsən", dedi.

      Balaca Qırmızı Balıq:

      – Səbəb? – deyə soruşduqda, Sevimli Ay – Vaxtdır, getməliyəm. Birazdan qardaşım Günəş gələcək. Bu ba-rədə sabah axşam danışarıq. İndi get, yat. Yorma özü-nü.

      Ay getdikdən sonra Balaca Qırmızı Balıq suallarla baş-başa qaldı. Dənizdə nə vardı ki, Balaca Qara Balıq ta oralara qədər getmək istəmişdi? Dəniz haradadır ki? Necə bir yerdir bu dəniz? Bəs suların hamısı niyə dəni-zə doğru axır? Gölməçədəki bütün balıqlar dənizə sığı-şarmı? Dənizin sonu haradır? və bunun kimi bir çox sualı öz-özünə verdi. Artıq o da Balaca Qara Balıq kimi dənizi düşünürdü və bu düşüncə onun ağlında bir gün reallaşdıracağı bir amal olmağa başlamışdı. Beləliklə, Balaca Qırmızı Balıq üçün həyat artıq yalnız yemək, yatmaq və kiçik bir gölməçədə yaşamaqdan ibarət de-yildi.

      Hava aydınlandıqca gölməçə sakinləri bir-bir oyan-mağa başladılar. Balaca Qırmızı Balıq isə hələ də cavab-sız suallarla baş-başa qalmışdı.

      Bu vaxt yanından keçən bir balıq dedi:

      – Sabahın xeyir, Balaca Qırmızı Balıq.

      Balaca Qırmızı Balıq bunu eşitmədi. Ondan səs çıx-madığını görən balıq yoluna davam edib digərlərinin arxasınca işinə-gücünə getdi. Hamı getdikdən sonra Ba-laca Qırmızı Balıq yenə tək qaldı. Gölməçə yenə səssiz-liyə büründü.

* * *

      Günortaya yaxın Balaca Qırmızı Balığın nənəsi onun yanına gəldi. Astaca yaxınlaşdı və "Dünən ax-şamdan bəri gözlərinə yuxu getmədiyindən xəbərda-ram. Səni düşündürən şeyin nə olduğunu az-çox təx-min edə bilirəm. İndi mənə de görüm, bu qədər düşündükdən sonra hansı nəticəyə gəldin? Bu qədər fikirləş-məyin bir xeyiri oldumu?” – dedi.

      Balaca Qırmızı Balıq nənəsinin gözlərinin içinə ba-xıb dodaqucu gülümsəməyə çalışaraq – məni düşündü-rən şey, əslində, Balaca Qara Balığın yaşadıqlarından çox beynimdə bu hekayədən törəyən suallara cavab ta-pa bilməməyimdir. Balaca Qara Balığın hekayəsini bi-lirsən. Ona görə də sən söylə, gözəl nənəm! Mən nə et-məliyəm?” – dedi.

      Nənəsi bir az düşündükdən sonra:

      – Balaca Qara Balığın hekayəsi səni kədərləndirdi-mi?

      Kiçik Qırmızı Balıq, – bəli, – dedi.

      Nənə yosunların yanında oturub Balaca Qırmızı Balığa baxaraq titrək səslə, astadan dedi:

      – Əslində, babalardan miras qalmış bu rəvayət dil-dən-dilə keçərək bu günümüzə gəlib. Nəhayət, mənə çatmış, mən də sənin kimi əziz nəvəmə danışmışam. O vaxtlar bu rəvayət mənə belə təsir etməmişdi, amma in-di sənin halını görüncə ürəyim sızladı. Nə deyə bilərəm ki, gözəl nəvəm. Mən ancaq babalardan gələn hekayə-ni sənə ötürdüm. Bu, uzağı bir hekayədir, unutmama-lısan.

      Balaca Qırmızı Balıq nənəsinə dedi:

      – Amma nə olursa olsun, bu gölməçədən çıxıb dəni-zə doğru getməyə qərar verdim. Mən dənizi öz gözlə-rimlə görmək istəyirəm.

      Nənəsi susdu. Bu vaxt Balaca Qırmızı Balığın ana-sı onlara yaxınlaşdı. Anası Balaca Qırmızı Balığın söylə-diyi son sözləri eşitmişdi. Əsəbi şəkildə: – başa düşmə-dim, sən neyləmək istəyirsən? Nə… nə, – deyə acıqlan-dı. Balaca Qırmızı Balıq anasını əsəbi görüb bir az çə-kindi. Daha sonra cəsarətini toplayıb anasına, – Mən bu gölməçədən getmək istəyirəm. Mən Balaca Qara Balığı yaxından görmək istəyirəm, – dedi. Anası, – Hansı ba-laca qara balıq? Bu gölməçədə yüzlərlə qara balıq var. Durub hara gedirsən? Bu gölməçənin suyu sənə bəs de-yil? Sənin uzaq sularda nə işin var? Biz buralarda necə yaşayırıqsa, sən də eləcə yaşa, – dedi.

      Balaca Qırmızı Balıq anasının üzünə ağ olmaq istə-mirdi. Amma yenə də ona ürəyindən keçənləri izah et-mək istəyirdi. Ona görə:

      – Yox, СКАЧАТЬ