Bir tərəddüdün romanı. Пеями Сафа
Чтение книги онлайн.

Читать онлайн книгу Bir tərəddüdün romanı - Пеями Сафа страница 1

Название: Bir tərəddüdün romanı

Автор: Пеями Сафа

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ doğulub və məşhur şair İsmayıl Safanın oğludur. Nizamlı təhsil görə bilməyib. On üç yaşında həyata atılıb və öz-özünü yetişdirib. Poçt işçisi, müəllim (1914-1918), jurnalist (1918-1961) işləyib. Yazıları ilə rəğbət qazanıb və İstabulda vəfat edib.

      Qardaşı İlhami ilə “XX əsr” adlı axşam qəzeti nəşr edib. Bu qəzetdə ilk imzasız hekayələrini yayımlayıb (1919). Əlavə “Mədəniyyət həftəsi” (21-ci say, 15 yanvar-3 iyun 1936) və “Türk düşüncəsi” (63-cü say, 1953-1960) adlı iki jurnal çıxarıb. Vəfat etdiyi vaxt “Son havadar” qəzetinin baş redaktoru idi.

      Peyami Safa xalq üçün yazdığı ədəbi dəyəri olmayan romanlarını “Server Bedi” imzası ilə yayımlayıb. Sayları 80-nə çatan bu əsərlər arasında “Cumbadan Rumbaya” (1936) romanı ilə “Cingöz Recai” detektiv hekayələr seriyası ən məşhurudur. Əlavə olaraq, dərs kitabları da yazıb. Peyami Safanın lətifə və məqalələrində sağlam məntiq xarakteri və inandıcılıq var. Romanlarında hadisədən daha çox təhlilə əhəmiyyət verir. Cəmiyyətdəki əxlaq çöküntüsünü, mədəniyyətin yaratdığı tərəddüdü, nəsillər və ictimai çevrələr arasındakı ziddiyyəti dilə gətirib. Zidd anlayışlar, duyğu və düşüncə təzadını ustalıqla yazılarında əks etdirib.

      Romanları; “Şimşək” (1923), “Sözdə qızlar” (1923), “Məhşər” (1924), “Bir axşam idi” (1924), “Süngülərin kölgəsində” (1924), “Bir gənc qızın qəlbinin günahı” (1925), “Canan” (1925), “Doqquzuncu cərrahiyyə palatası” (1930), “Fateh-Hərbiyyə” (1931), “Atilla” (1931), “Bir tərəddüdün romanı” (1933), “Xanım Noraliyanın kreslosu” (1949), “Yalnızıq” (1951), “Biz İnsanlar” (1959).

      Hekayələri: “Hekayələr” (Xəlil Açıqgöz toplayıb) (1980).

      Pyesləri: “Gün doğur” (1932).

      Tədqiqatları: “Türk inqilabına baxışlar” (1938), “Böyük avropa anketi”(1938), “Fəlsəfi böhran” (1939), “Millət və İnsan” (1943), “Mahutlar (1959), “Mistisizm” (1961), “Nasionalizm” (1961), “Sosializm” (1961), “Şərq-Qərb sintezi” (1963), “Sənət, ədəbiyyat, tənqid” (1970), “Osmanlıca-Türkçə uyğunlaşdırma” (1970), “Sosializm, Marksizm, Kommunizm” (1971), “Din, inqılab, irtica” (1971), “Qadın, eşq, ailə” (1973), “Yazarlar, sənətçilər, məşhurlar” (1976), “Təhsil, gənclik, universitet” (1976), “XX əsr – Avropa və Biz” (1976).

      Dərs Kitabları: “Cümhuriyyət məktəblərinə millət əlifbası” (1929), “Cümhuriyyət məktəblərinə əlifba” (1929), “Cümhuriyyət məkəblərinə qiraət” (I-IV, 1929), “Yeni tələbə məktubları” (1930), “Böyük məktub” nümunələri (1932), “Türk qrammatikası” (1941), “Dilçilik” (1942), “Fransız qrammatikası” (1942), “Türkcə izahlı fransız qrammatikası” (1948).

      Mualla ona tövsiyə edilən bu kitabı oxumaqda hələ də tərəddüd edirdi. Səhifələrini çevirdi. Gözləri “Məni yalnız buraxmayın!” – sözləriylə başlayan səhifədəki sətirləri iki-iki, üç-üç adlayaraq yuxarıdan aşağıya qədər düşdü. Neçə yerdə eyni cümlə təkrarlanırdı: “Məni yalnız buraxmayın!”

      Yenə o səhifələrdə baş hərlənmələr, titrəmələr və bayğınlıqlar; yarı qaranlıqda ovuclarıyla yanaqlarını örtmüş və dəhşətə düşmüş qadınlar, başı dizlərinin arasına doğru sallanmış bir adamın kölgəsi, boğulmalar, çırpınmalar və getdikcə süstləşən insan izdihamı, zənglər, hay-küy…

      Səhifələri çevirdi. Gözlərinə ilişən sətirlərin oyandırdığı qırıq-qırıq xəyalları bir-birinə əlavə edir və kitabla özü arasındakı yadlığı azaltmaq üçün mövzunu bir az qavramağa, ümumi fikri əldə etməyə çalışırdı. Fəqət, parçalardan bütövə doğru ilk cəhddə getmək istəyən təcəssüm birdən-birə öz sürətini dayandıra bilməmişdi. Gözləri başqa bir səhifənin ortalarına ilişdi: “Bax! Bu işıqlar birdən-birə sönsə… Budur ölüm!”

      Parlaq günəş ortalığı ikiyə bölürdü və düşündü ki, ölüm günəşin mənfi tərəfidir, ona görə gecəyə oxşadılır.

      Başqa bir səhifə açdı: “… ölümə və günəşə, deyir, sabit gözlə baxmaq olmaz”.

      Həmişə ölüm. Gözlərini yumdu. Öz daxilinə baxanda ağ və çox parlaq bir maddəni görür, gözləri qamaşırmış kimi sıxılan ruhunda bu kitabı oxumaq üçün duyduğu ilk arzunun bürüşdüyünü hiss edirdi.

      Gözlərini açıb kitabı örtdü. Amma barmağı səhifələrin arasında qaldı. Bir az dayandı və yenə kitabı açdı. Səhifələri qarışdırarkən, bəlkə də, bir hissənin başında olduğu üçün tez-tez eyni yerindən açılan kitabın o cümləsinə təsadüf etdi: “Məni yanız buraxmayın!”

      Bu üç kəlmədən yüksələn imdad fəryadı Muallanın kiçik və mübhəm parçalara bölünən diqqətini artıq əməllicə özünə çəkdi. Sətirləri geriyə doğru tez-tələsik adlayaraq, bir hadisə nəql edən səhifənin başını tapdı və oxumağa başladı:

      “Bir-iki dəfə yarımçıq oyanmışdı. Parlaq dərinliyin içində, qaranlığa doğru yanıb-sönərək kürə şəkilinə düşən bir parıltı görür, nə olduğunu bilmirdi. Yalnız bir dəfə bunun pəncərədən gələn və paltar dolabının qaranlıq güzgüsündə boğulan gün işığı olduğunu başa düşmüşdü. Amma bu qaranlıq və parıltıların təsirindən dolab və pəncərəni seçə biləcək hala gələndə bayılır, özündən gedirdi. Bir neçə dəfə bu cür yarımçıq ayılmalarla özünü itirdi.

      Nəhayət, gözlərini yaxşıca açdı. Bu səfər tam oyanmışdı. Rəng və cizgiləri yaxşıca yelləndikdən sonra yerinə dayanıb formasının qabarıqlıqları meydana çıxan böyük əşyanı tanımış, adlarını xatırlamış və oyandığını başa düşmüşdü. Amma hələ də harda olduğunu bilmirdi. İçində bir xatırlama qorxusu vardı. Bütün keçmiş bir təhlükədən uzaqlaşırmış kimi şüurundan qaçırdı.

      Ətrafa göz gəzdirdi və pəncrənin yanında gördüyü əlüzyuyan ona birdən-birə harda olduğunu xatırlatdı: hotel. Amma yalnız bu qədər. Bura niyə gəldiyini düşünməyinə icazə verməyən, qorxuqarışıq ağır bir hiss içindən çölə çıxaraq havada ağırlaşır, gözə görünməyən böyük maddənin təzyiqilə sinəsinə çökür, nəfəsini kəsirdi. Bədəni yataqla yorğan arasındakı boşluqda incə cizgi halında, heç bir yerə dəymədən sallanırmış kimi yüngül idi… Bir yerini tərpətmək istəyir, amma buna nail olub-olmadığını anlamırdı. Sanki bütün vücudu ondan qaçırdı. Sanki əllərinin yorğanın üstündə olduğunu düşünürək tapırdı. Vəhy aldığından şübhə edirmiş kimi fikrini cəmləyə bilmirdi. Yalnız dərin qorxu içində yoğrularaq əmələ gələn zəif iradəylə əl barmaqlarını sıxır, dırnaqlarının ovcuna xəfifcə batdığını hiss edirdi. Bir az tərpənməyə çalışdı. Bu, çətin deyildi. Yastığın üzü ilə yorğanın toxunuşunu hiss etmədən rahatlıqla çevrilə bildi. Sanki vücudu yeni soyumuş isti su içində üzürdü. Yenə arxası üstə uzandı. Bu anda su içində olduğunu hiss etməyə başladı. Su yavaş-yavaş çəkilir və yatağın içi quruyurdu. Amma bu dəfə də yastıq və yorğanda yapışqanlıq vardı.

      Çox tərlədiyini başa düşürdü. Hələ də vücudunda, hətta sümüklərinin və qarnının içində qəribə bir titrəyiş, keyimə, kədərli ürpərmə vardı. Və tər, tər, tər… Sanki nəfəs alarkən içinin titrədiyini qulaqları ilə eşidirdi. Gecəni mübhəm olaraq xatırlamağa başladı. Hotelin böyük qapısında üç kölgə… Sonra bu, dördə qalxır və ikiyə enirdi.

      Bəzən bunların yalnız gözlərini və səslərini xatırlayırdı. Biri “Çay iç!” – deyirdi. Sonra şüuru dumanlandı. Bütün bu xatirələrin yerini cəmi bir duyğu, bəd bir duyğu – “Pisəm, pisləşirəm, özümü çox pis hiss edirəm” duyğusu tutdu. Gözləri bir nöqtəyə zillənib qalır, yavaş-yavaş korlaşır və aydınlıqdan qaranlığa enən yoxuşun sonunda görmə qabiliyyətini itirirdi. Sonra böyük qorxu içində gözlərini açdı. Mənliyini canına bağlayan yeganə duyğu üstündə bu qorxunun nəhəng bir ağırlığı vardı. СКАЧАТЬ