Zolaqlı pijamalı oğlan. Джон Бойн
Чтение книги онлайн.

Читать онлайн книгу Zolaqlı pijamalı oğlan - Джон Бойн страница 4

Название: Zolaqlı pijamalı oğlan

Автор: Джон Бойн

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ bu, pis fikir idi, –gəldikdən bir neçə saat sonra,Mariya yuxarıda çamadanlarını boşaldarkən Bruno dedi. Mariya yeni evdəki yeganə xidmətçideyildi, ondan başqa üç xidmətçi də vardı. Çox sısqa idilər və bir-birləriylə pıçılda-şaraqdanışırdılar. Bir də yaşlı adam vardı. Hər gün yemək-ləri hazırlayıb onlaraxidmət etmək üçün burada olduğu deyilmişdi. Çox bədbəxt və bir az da hirsligörünürdü.

      – Düşünmə lüksünə sahib deyilik, –evləndiklərində nənəvə babasının verdiyi 64 stəkanlıq dəstin olduğu qutunu açan anası daha sonra söylədi: – Bəziinsanlar bizim yerimizə bütün qərarları özləri verirlər.

      Bruno, anasının bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamadı. Buna görə də heçsöyləmədiyini fərz etdi.

      – Məncə, bu pis fikir idi, – deyə təkrarladı. Məncə, edilə-cək ən yaxşı iş bütün bunları unudub evə qayıtmaqdır. Bunu təcrübələrxanasına yaza bilərik, – deyə əlavə etdi. Bu sözü yeni öyrənmişdi və hər fürsətdəistifadə etməyə qərarlı idi.

      Anası gülümsədi və stəkanları diqqətlə masanın üstünə qoydu.

      – Bəyənə biləcəyin bir söz də var, – dedi. – Hər pis şeyin yaxşı tərəfini tapmalıyıq.

      – Hmm, nə etdiyimizi bilmirəm, – Bruno dedi. – Məncə, atama fikrinidəyişdirdiyini, yorulduğumuz üçün bu gün burada qalıb yemək yeməyimizin vəyatmağımızın qorxusu olmadığını, amma sabah çay saatına qədər Berlindəolmaq istəyiriksə, erkəndən qalxıb getməyimizin lazım olduğunu söylə.

      Anası içiniçəkdi.

      – Bruno, niyə yuxarı çıxıb Mariyanın çamadanları bo-şaltmasına köməketmirsən?

      – Amma çamadanları boşaltmanın mənası yoxdur, əgər sadəcə…

      – Bruno, dediyimi et lütfən! – deyə anası onu danladı. Açıqca görünürdü ki, anasının onun sözünü kəsməsi prob-lem deyildi, amma onun bu cür davranması qəbuledilməz idi.

      – Buradayıq, gəlmişik, bir müddət evimiz buradır və bunu qəbul edib əlimizdəngələnin ən yaxşısını etməliyik. Məni anlayırsanmı?

      “Bir müddət”in mənasını başa düşmürdü və bunu ondan soruşdu.

      – Burada nə qədərqalmağımız lazımdırsa, o qədər, Bruno! –anası dedi. –Və mövzu burada bağlanmışdır.

      Brunonun mədəsindəağrı vardı və içində bir şeyinböyüdüyünü hiss edirdi. Bunun, böyük haqsızlıq və səhv olduğunu, birgün birinin buna görə cavab verəcəyini qışqıracaqdı. Bu haqsızlıq onugözyaşlarına boğacaqdı. Bu vəziyyətə necə gəlindiyini anlaya bilmirdi. Bir günəvvəl, son dərəcə yaxşı əhval-ruhiyyədə evdə oynayırdı, üç ən yaxın dostu vardı, məhəccərlərdən sürüşürdü, Berlini bu başdan, o başa görmək üçün barmaqlarının ucuna qalxırdı, halbuki, indi burada, bu soyuq, xoşagəlməz evdə, üç nəfər pıçıldaşan xidmətçi, bədbəxt və hirsli qarson və sanki bir daha əsla şənola bilməyəcəkmiş kimi görünən insanlar vardı.

      – Bruno, indi yuxarı çıxıb çamadanlarını boşaltmanı istə-yirəm. Və bunudərhal etməyini istəyirəm! –anası, dostca olmayan soyuqbir səslə dedi.

      Bruno onun ciddi olduğunu anladı, geriyədöndü və bir söz də demədən uzaqlaşdı. Gözlərində yaşların yığıldığını hiss edə bilirdi, ammaaxmasın deyə, qərarlı idi.Yuxarı çıxdı və yavaşca dönərək bir dairə çəkdi. Bir araşdırmaaparmağa kifayət edəcək kiçik qapı və ya dəlik tapmağı ümid edirdi, amma yox idi.Bu mərtəbədəsadəcə dörd qapı vardı; iki tərəfdə, qarşı-qarşıya iki qapı. Bir qapıöz otağına, digəri Qretelin otağına, biri ana və atasının otağına və biri dəduşa açılırdı.

      – Bura evim deyil və əsla olmayacaq! – dedi. İki nəfəs arasındadeyinərək otağına girdiyində, geyimlərinin yatağın üzərinə dağılmış, oyuncaqvə kitab qutularının hələ açıl-mamış olduğunu gördü. Mariyanın, onunprioritetlərinin fərqində olmadığı aydın idi.

      – Anam kömək etmək üçün göndərdi, –yavaşcadedi. Mariya başını tərpətdi,corablarının, alt paltarlarının və jilet-lərinin olduğu böyük torbaya işarə etdi.

      – Onları boşaltsan buradakı siyirtmələrə yerləşdirə bilər-sən, – deyərək, otağınınqarşı tərəfində, tozlu güzgünün ya-nındakı çirkin şkafı göstərdi.

      Bruno içini çəkərək torbanı açdı, ağzına qədər alt paltarla-rıyla dolu idivə yeganə istədiyi şey, torbanın içində qıvrılıb yatmaq, oyananda özünü yenə evdə görmək idi.

      Uzun səssizlikdən sonra soruşdu:

      – Bütün bunlar haqqında nə düşünürsən, Mariya?

      Mariyanı sevirdi və onu ailədən biri olaraq görürdi, atası sadəcə xidmətçi olduğunu və layiq olduğundan çox pul aldığını söyləsə belə.

      – Bütün nə? – deyə qadın soruşdu.

      – Bu… – sanki dünyadakı ən açıq şeymiş kimi dedi. – Belə yerəgəlmək. Səncə, böyük səhv etmədik?

      – Bunu söyləmək mənə düşməz,cənab Bruno, –Mariya dedi. – Anan sənəatanın vəzifəsini açıqladı və…

      – Atamın vəzifəsi haqqındaeşitməkdən bezdim! –Bruno onun sözünü kəsərək dedi.Mənə qalsa, sadəcə eşitdiyimiz budur. Atanın vəzifəsi budur, atanın vəzifəsi budur…Əgər vəzifəsi, evimizdən köçüb həyat boyu ən yaxşı üç yolda-şımdan və sürüşkən məhəccərlərimdən uzaqlaşmağım mə-nasını verirsə, atam, vəzifəsi haqqında bir daha düşünmə-lidir, elə deyilmi?

      Tam o anda dəhlizdə tıqqıltı eşidildi. Bruno baxdı, ana və atasınınotağının qapısının aralandığını gördü. Bir an tər-pənmədən donub qaldı. Anası hələ aşağıda idi, bu da ata-sının içəridə olduğu və Brunonun söylədiklərinieşitmiş ola biləcəyi mənasını verirdi. Nəfəs almağa çətinliklə cəsarət edərəkqapıya baxdı, atası gəlib onu ciddi söhbət üçün aşağı endirərmi, deyədüşündü.

      Qapı bir az da açıldı və Bruno arxaya çəkilərkənotaqdan bir adamın çıxdığını gördü, ammaatası deyildi. Çox gənc biriydi və atası qədər uzun deyildi. Eyni tipuniforma geyin-mişdi, amma üstündə o qədər medal yox idi. Çox ciddigörünürdü vəpapağı gözlərinin üstünə enmişdi. Bruno, gic-gahlarında sapsarısaçları olduğunu görə bilirdi. Az qala təbii olmayan sarı rəng idi. Əlindəqutu aparırdı və pilləkən-lərə doğru gedirdi. Amma Brunonun oradadayanıb onu izlədiyini görüncə dayandı. Brunonu başdan aşağı süzdü. Sankidaha əvvəl heç uşaq görməmiş və uşaqlara necə davra-nacağını bilmirmişkimi СКАЧАТЬ