СКАЧАТЬ
Cəlaləddin Paşa fitri istedadı ilə yanaşı, aldığı yüksək təhsil və tərbiyə sayəsində ana dili olan polyakcadan başqa, latın, fransız, alman və rus dillərini də yaxşı bilirdi. Hafizəsinin gücü ilə tarixi biliklərini daim zənginləşdirmişdi. Anadangəlmə sənətkarlıq qabiliyyəti vardı, ciddi yanaşmadığı halda belə yaxşı rəsm çəkir, mükəmməl xəritə cızırdı. Osmanlı hərbiçiləri də əvvəl onun xəritə çəkmək bacarığını təqdir edə bilmişdilər. Yağlı boya rəsmlərindən bəziləri vaxtı ilə Dolmabağça sarayının divarlarını bəzəyirmiş. Evdə olduğu zamanlarda isə əsgərliyə, tarixə, filologiyaya dair bilik və araşdırmalarını genişləndirməyə çalışırdı. Bu sahələrlə bağlı bir neçə əsər yazsa da, onlardan yalnız ikisi çap olunaraq yayımlanmışdı: “Les Turcs anciens et modernes” (“Əski və yeni türklər”), “La Guerre moderne” (“Zamanımız hərb sənəti”).
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.