BİR İLLÜZİYANIN
GƏLƏCƏYİ
Hansısa bəlli mədəniyyətin içində ona qovuşaraq ya-şayırsansa, habelə, bu mədəniyyətin köklərini və bugü-nədək olan inkişaf yolunu dönə-dönə araşdırmağa çalışır-sansa, onda gec-tez bu baxışların səni başqa bir yönə də çəkib aparır və düşünməli olursan: görəsən, bu mədəniy-yəti gələcəkdə nələr gözləyir və o bu, gələcəyə doğru gə-lişmələrində hansı dəyişikliklərə uğraya bilər? Ancaq çox keçmədən, belə bir araşdırmaya yönəlməkdə, həmişə, lap başlanğıcından, çoxlu çatışmazlıqların olduğunu duyma-ğa başlayırsan. Bunun ən başlıca səbəbi isə, olduqca az kimsələrin insanın fəaliyyətini, onun bütün yönləri və ge-nişliyi ilə birgə, qavraya bilməsindədir. Belə bir araşdırma aparmaq istəyənlərin çoxu, istər-istəməz, insanın fəaliy-yətindəki ayrıca götürülmüş bir, ya da bir neçə sahəni araşdırmaqla yetinməli olur; habelə, kiminsə keçmişlə və bugünlə bağlı bilikləri nə qədər azdırsa, onun gələcəklə bağlı mühakimələri də o qədər güvənsiz olur. İkincisi isə, belə mühakimələrdə hər bir şəxsin subyektiv istəkləri də böyük rol oynayır və onları yetərincə ayırd eləyib dəyər-ləndirmək çox çətindir; bu istəklər isə, qaçılmaz olaraq, araşdırıcının temperamenti və öz ömründə qazandığı uğur və uğursuzluqları ilə bağlı olur, bütün bunlar da onun mühakimələrində yaşama nə dərəcədə optimist ya-naşmasını və keçdiyi yaşam sınaqlarını necə dəyərləndir-məsini müəyyən eləyir. Buradakı vəziyyətə təsir edən ən güclü və gözəçarpan faktorlardan sonuncusu isə, insanla-rın olduqca böyük çoxluğunun, içində yaşadıqları çağa üzdən yanaşması, onun dərinliklərinə varmağa çalışma-masıdır: onlar yaşadıqları çağdaş dönəmi dəyərləndirmək üçün ona bir az qıraqdan baxmağa gərək duyurlar; daha doğrusu, çox vaxt, yaşadığımız bu gün keçmişə çevrilmə-yincə, biz gələcəklə bağlı mühakimələrimizdə ondan ya-rarlanmağı bacarmırıq.
Bu yöndə hansısa diləklərə qapılmış insan, öz adın-dan, ehtimal olunan gələcəklə bağlı uzaqgörənlik eləmək istəyirsə, onda gərək mühakimələrinin ağlabatan olması üçün, bu durumda özünü göstərən yuxarıda sadaladığı-mız çatışmazlıqlardan da özünü qorumağa çalışsın. Mənə gəlincə, bütün bu çatışmazlıqlardan qurtula bilmək üçün, özümü söz saldığım mövzu ilə bağlı çox geniş problem-ləri araşdırmaqdan çəkindirib, daha yaxşı bildiyim və ön-cələr də diqqətimi çəkən çox da böyük olmayan bir sahə-də araşdırmalar aparmağa çalışacağam. Sözsüz, araşdır-ma apardığım bu sahənin hansı bütünlüyün bir bölməsi olduğunu və bu bütünlükdə hansı yeri tutduğunu aydın-laşdırmağı da unutmuram.
Mədəniyyət deyəndə mən insanı öz bioloji varlığın-dan yüksəyə qaldıran, onu heyvanilikdən ayıran nə varsa, onların hamısını göz önündə tuturam və mədəniyyət ilə sivilizasiya anlayışlarını bir-birindən seçib ayırmağa gə-rək duymuram; habelə, bu insan mədəniyyəti deyilən də-yərin, onu izləyənlərin qarşısında daha çox iki yönü ilə seçildiyini düşünürəm. Bunlardan birincisi, mədəniyyətin insanı təbiət güclərinə yiyələnmək üçün bilik və bacarıq-lar qazanmağa yönəltməsi və ona, qazandığı bütün bu uğurlardan insanlığın gərəkləri üçün yetərincə yararlan-mağı aşılamağa çalışmasıdır, ikincisi isə, insanların qar-şılıqlı ilişkilərini və əldə olunan nemətlərin onlar arasında bölüşdürülməsini düzənləyən ictimai qurumlar yaratma-sıdır. Mədəniyyətdə özünü göstərən bu iki yönümün bir-biri ilə sıx qarşılıqlı bağlılıqları vardır və bu asılılığın do-ğurduğu aşağıdakı nəticələr da göz önündədir: birincisi, insanlar arasındakı bu qarşılıqlı ilişkilər onların öz istəklə-rini doğrulda bilməsində çox böyük bir rol oynayır, ikin-cisi, hər bir insan ortalıqda olan hansısa nemətdən yarar-lanmaq üçün, bəlli şərtlər üzrə, bir başqası ilə belə qarşı-lıqlı ilişkilərə girə bilir və qarşılıqlı ilişkiyə girdiyi bu adam onun işçi qüvvəsindən yararlanır, yaxud da onu özünün seksual istəklərini gerçəkləşdirən obyektə çevirir, üçüncüsü isə, yaranıb ortaya çıxan bu mədəniyyətin in-sanların hamılıqla işinə yarayan və onların birlikdə yarat-malı olduqları bir dəyər olmasına baxmayaraq, hər bir ayrılıqda götürülmüş fərddə bu mədəniyyətə qarşı ya-ğılıq duyğusu özünü göstərməkdədir. Beləliklə də, çox maraqlı bir vəziyyət yaranır: insanlar bir-birindən ayrılıq-da yaşaya bilmədiklərindən özlərinin birgəyaşayışları üçün mədəniyyət yaradırlar və sonradan onu çiyinlərinə düşmüş ağır bir yük saymağa, özlərini onun qurbanları kimi qavramağa başlayırlar. Ona görə də, mədəniyyət özünü təklənib yenilməkdən qorumalı olur, bunun üçün də, özünün qulluğunda dayanmalı olan qurumlar, düzən-lər və yasaqlar yaratmağa əl atır; bu qurumlar təkcə elə insanların əldə elədiyi nemətlərin onlar arasındakı bölgü-sünü həyata keçirməklə yetinmir, bundan başqa da, yara-dılmış bu prinsipləri qorumalı da olur, başqa sözlə desək, təbiətin yenilməsi və bunun üzərində qurulmuş nemətlər əldə olunması durumuna qarşı insanlar arasında özünü göstərən yağılıq duyğularına qarşı da dirəniş göstərməli olur. Doğrudan da, tarixi təcrübənin göstərdiyi kimi, in-sanlıq deyilən dəyər çox asanlıqla dağıdılıb yox edilə bi-lər, habelə, insanın öz əlləri ilə yaratdığı elm və texnika deyilən nəsnələr də onun bütünlüklə yox edilməsi işinə çox yaxşı yaraya bilər.
Bu deyilənlərdən isə belə bir təəssürat yaranır: mədə-niyyət, sanki, ona qarşı dirəniş göstərən çoxluğa, haki-miyyət və zorakılıq vasitələrinə yiyələnə bilmiş hansısa bir azlığın sırımağa çalışdığı bir nəsnədir. Ancaq sözsüz, o andaca belə bir düşüncə də ortaya çıxır: bunun belə ol-masının günahı heç də birbaşa mədəniyyətin özü ilə bağlı deyil, bütün bunların səbəbi mədəniyyətin bugünümüzə gəlib çıxan formalarının yarıtmazlığı ilə bağlıdır. Bu yarıt-mazlıqları tapıb üzə çıxarmaq çətin deyildir. Doğrudan da, insanın təbiət güclərini öz buyuruğuna boyun əydir-mək üzrə çalışmalarındakı uğurlar göz önündədirsə, və bu işin gələcəkdə daha da böyük uğurlara aparıb çıxara-cağı da danılmazdırsa, ancaq insanlar arasındakı qarşılıqlı ilişkilərin yoluna qoyulması ilə bağlı durumda belə bir tərəqqi olduğunu demək olmaz, görünür elə buna görə də, istər keçmişlərdə, istərsə də indi çoxlu insanlar soruş-malı oluralar: mədəniyyətin insanların birgəyaşayışını düzənləməklə bağlı yaratdığı dəyərləri qoruyub saxlama-ğa dəyərmi? İstər-istəməz düşünməli olursan: gərək top-lumda insanlar arasındakı qarşılıqlı ilişkiləri düzənləyən hansısa yeni dəyərlər yaransın və onlar insanların mədə-niyyətə qarşı dirənişlərini aradan qaldıra bilsin, beləliklə də, mədəniyyət insan istəklərini sıxışdırmaq kimi məcbu-riyyətdən əl çəksin və insanlar da bundan sonra dünyanın nemətlərindən ürəkləri istədikləri kimi yararlana bilsin-lər, habelə, sıxıntı çəkmədən əylənə bilsinlər. Belə bir du-rumun yaranması insanlığın qızıl çağı adlana bilərdi, an-caq bu andaca belə bir sorğu da yaranır: belə bir duruma gəlib çatmaq olarmı? Halhazırda isə, istənilən mədəniyyət öz dəyərlərini məcburilik və ehtirasların cilovlanması üzərində qurmaqdadır; ancaq burası da vardır, birdən, mədəniyyətin insanlar üzərində qoyduğu bu məcburilik aradan qalxarsa, insanların bundan sonra da yaşayış üçün gərəkli olan nemətlərin artırılması üçün çəkdikləri əmək-lərin öz intensivliyini saxlaya biləcəyi bəlli deyildir. Mənə elə gəlir, biz burada insanların çoxunun, quruculuqdan çox dağıdıcılığa yönəlik olması ilə də hesablaşmalıyıq, doğrudan da, bu özəllik, yəni oturuşmuş topluma və mə-dəniyyətə qarşı çıxmaq insanların böyük çoxluğunda var və yetərincə güclü olan bu özəlliklər onların toplumdakı davranışlarında da özünü göstərməkdədir.
Dediyimiz bu psixoloji fakt insan mədəniyyətinin də-yərləndirilməsində həlledici rol oynayır. Başlanğıcda mə-dəniyyətin ən önəmli işinin yaşam üçün gərəkən nemətlə-ri əldə edə bilməkdən ötəri təbiət güclərinin yenilməsi ol-duğunu düşünürdüksə və ona qarşı yönələn qorxuları aradan qaldırmaq üçün əldə olunan nemətlərin insanlar arasında düzgün bölüşdürülməsini çıxış yolu sanırdıqsa, indi mədəniyyətlə bağlı problemlərdə ağırlıq mərkəzinin maddi gerçəklikdən ruhani gerçəkliyə keçdiyini görürük. Bu problemin həlli isə, СКАЧАТЬ