Son yeniçəri. Reha Çamuroğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Son yeniçəri - Reha Çamuroğlu страница 5

Название: Son yeniçəri

Автор: Reha Çamuroğlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Yeniçərilər artıq səbirsizliklə gəzişməyə başlamışdı-lar. Yavaş-yavaş addımlayır, qəfil geri qayıdır, sonra yenə gəldikləri yola təkrar dönürdülər. Həsrətində olduqları hər şey bu şəhərdə idi və zabitləri çölə çıxan kimi həsrə-tində olduqları hər şeyə qovuşacaqdılar. Yusif sıxıntılı bir səslə:

      − Hələ burdan çıxıb Ərmeydanına, Yeni Odalara get-məliyik, – dedi.

      Gördü ki, heç nə başa düşmədim:

      − Çorbacılara salam verməliyik. Burda üç ortadan ca-maat var, bu üç ortadan neçə nəfərin qayıtdığı, neçə nəfə-rin isə şəhid olduğu rəsmən orda bildiriləcək. Ondan son-ra hər kəs istədiyi yerə gedə bilər, – deyə açıqladı.

      Nəhayət, üç zabit altı nəfərlə birlikdə çölə çıxdı. Üz-lərində məmnunluq ifadəsi var idi və içəri girəndə hiss olunan narahatlıqdan əsər-əlamət qalmamışdı. Mən diq-qətlə karvana baxıb Yusifin dediyi üç ortanı müəyyən et-məyə çalışdım. Artıq öyrənməyə başlamışdım. Birinci, qollarına baxdım, bir əsgərin qolunda minarə, o birində isə şir işarəsi gördüm. Qollarında Yusifin qolundakı işa-rədən olanlar “bizimkilər” idi. Qəribədir, artıq “bizimki-lər” deyirdim. Bunlar mənim düşmənlərim deyildilər mə-gər? Məni əsir götürüb bura gətirən bunlar deyildilərmi?

      Amma “bizimkilər” də mənə digər əsgərlərdən fərqli davranırdılar. Düzdür, digərləri də pis davranmırdılar, lakin daha diqqətsiz və daha məsafəli idilər. Bizimkilərdə isə məni adam yerinə qoyduqlarına dair işarələr vardı. Məni görürdülər, baxışları məni keçib arxamdakı boşluğa dikilmir, varlığımı qəbul edirdi. Düz gözlərimin içinə ba-xırdılar. Deməli, bunlar bizimkilər idi. Neyləmək olardı? Yusifin dediyi kimi, otuzsəkkizinci camaat ortası.

      Geniş bir yoldan aşağı düşdük, içində yenə divarlar, divarların içində isə möhkəm qapılarla mühafizə olunan taxta binaların ucaldığı ucsuz-bucaqsız meydana gəlib çatdıq. Bura çatanda, əgər başqa yerdə türk görməmiş ol-saydım, elə düşünərdim ki, bütün türklər yeniçəridir. Çünki hər yer yeniçərilərlə dolu idi.

      Qəssab dükanlarının arası ilə keçib böyük qapıya tə-rəf addımladıq. Buranın gözətçiləri bizə Ağa qapısındakı gözətçilərdən daha səmimi davrandılar. Zarafatlaşaraq, qucaqlaşaraq, deyə-gülə, biz əsirlər də daxil olmaqla ha-mıya içəri girmək üçün icazə verdilər.

      Yəqin ki, cəhənnəmə düşmüşdüm. Bunlar da yəqin ki, cəhənnəmin zəbaniləri idi.

      Düz qarşımızda daha alçaq bir divar var idi, divar-dan o yana yenə qapılardan keçməklə getmək mümkün idi. Divardan o tərəfdə bir məscid və yüzlərlə irili-xırdalı bina görünürdü. Küncdə-bucaqda yeniçərilər oturmuşdu-lar. Qızğın söhbət edirdilər. Yeyib-içir, çubuq çəkir, danı-şırdılar. Binalardakı sıxlıq isə qətiyyən azalmırdı. İnsanlar içəri girib-çıxırdı. Hər yerdə Yusifin və digərlərinin qolla-rındakı işarələrdən daşıyan yeniçərilər gəzişirdi. Əksə-riyyəti silahsız idi, yalnız qurşaqlarına sancdıqları xən-cərlərinin dəstəyi görünürdü. Silahlı olanlar isə əksinə, tə-pədən-dırnağa kimi silahlı idilər və bir arabanın yükü qə-dər silah daşıyırdılar üstlərində.

      Səhər-səhər içdiyim şorbadan sonra burda ilk dəfə nəsə yeyə bildim. Böyük sininin içində yemək gəldi. Biz əsirləri də unutmamışdılar. Ətli, düyülü bir yemək idi bu. Plova sevgim bax, beləcə başladı. Yusif onun üçün önəmli olduğu hiss olunan bir ritualı yerinə yetirdi: başındakı pa-pağının qabağına taxdığı iki taxta qaşıqdan birini çıxarıb mənə verdi, digərini isə özünə götürdü. Kürəyimə möh-kəm bir şapalaq ilişdirib:

      − Bununla ye, – dedi.

      Məni bir növ şərəfləndirdiyini anladım. Plovun ya-nında taxta qablarda açıq qırmızı rəngli içki gətirmişdilər. Adına şirə deyirdilər. Asan içilməsinə və xoş dadına al-danıb bir neçə qədəh içdim. Qısa müddət ərzində başım fırlanmağa başladı, kefləndim və bunun dərhal sərxoşluq verən içki olduğunu anlayıb dilimə də vurmadım. Çünki bunların yanında keflənməyim ziyanıma ola bilərdi. Ata-mın tez-tez mənə verdiyi nəsihətlərdən biri də bu idi.

      Oğlum, Pyotr, inanmadığın insanların yanında nə sevincini, nə də kədərini bəlli et. Bundan ziyan çəkə bi-lərsən, – deyərdi həmişə atam.

      Günortadan sonra idi və biz hələ də zabitləri gözlə-yirdik. Onlar görünən kimi əsgərlər arasında hərəkət baş-ladı. Artıq hamı öz normal həyatına geri qayıdacaqdı, özünü bu böyük şəhərin bir küncündə itirəcəkdi. Bəs mən neyləyəcəkdim? Nələrlə qarşılacaqdım bu böyük şəhər-də? Bu, Yusifin haqqında danışdığı “evim” necə bir yer idi? Orda mənimlə necə davranacaqdılar? Yusif də, görə-sən, mənimlə gələcəkdi? Gəlməyəcəkdisə, Arif ağanın nə istədiyini necə başa düşəcəkdim? Elə bunları düşünür-düm ki, karvandakı yeniçərilər bir-biriləri ilə qucaqlaş-mağa başladılar. Vidalaşırdılar. Bəziləri yanlarında bir-iki əsir götürür, bəziləri də əsirlərini içəri, o həngamənin içi-nə aparırdılar. Düzü, heç onların yerində olmaq istəməz-dim.

      Qəfil, Arif ağa Yusifə işarə verdi. Adının Mehmet ol-duğunu yolda öyrəndiyim “bizimkilər”dən biri və Yusif böyük sandığın qulpundan tutdular. Yusif mənə gözü ilə işarə edərək iki gözlü heybəni göstərdi. Mən də onun de-diyi heybəni çiynimə götürdüm. Artıq “evimizə” gedirdik.

      Ətmeydanından bir az uzaqlaşandan sonra yoxuşla yuxarı qalxmağa başladıq. Arif ağa bizə nəfəs almağa im-kan vermək istəyirmiş kimi atını yavaş-yavaş sürürdü. Yoxuşu keçəndən sonra künc-bucağına yer-yer daşlar dö-şənən yola çıxdıq. Yolun iki tərəfində müxtəlif mağazalar ard-arda düzülmüşdü. Biz keçəndə sahibləri bir-bir dü-kanlarından çıxır və “xoş gəlmisiniz, Arif ağa!” – deyərək salam verirdilər. Arif ağa da sakitcə başını əyib sağ əlini ürəyinin üstünə qoyur və bu salamları alırdı.

      Bir az getmişdik ki, üzümə vuran mehdən dənizə çox yaxın olduğumuzu anladım. Bir az aşağıda getdiyimiz yola paralel başqa yol da var idi və onun qurtaracağında-kı tikilinin kilsə olduğunu başa düşdüm.

      − Aman, Həzrəti İsa! – dedim birdən, üstəlik, yüksək səslə, amma dərhal özümü yığışdırdım. Əvvəlcə keşişlər, indi isə kilsə… İnanım yəni? Bu, təxminən Beltsidə məsci-də rast gəlmək kimi bir şey idi. Budur, orda, kirəmit rəng-li divarları ilə tam qarşımda idi.

      − Gör e, – dedim öz-özümə, – gör e!!!!

      Ətrafında çoxlu binaların olduğu məscidi keçmişdik ki, bir dəstə uşaq başımıza yığışdı. Heç bilmədik hardan peyda oldular. Onlar da eynilə dükan sahibləri kimi qış-qırışırdılar.

      Xoş gəldin, Arif ağa! – deyirdilər.

      Arif СКАЧАТЬ