Qardaşına tərəf çevrildi və “Sabahın xeyir, dünyanın ən yaraşıqlı böyük qardaşı. Bu gün kefin necədi, görəsən?” –
soruşdu sevincli halda. Nə vaxt onu görsə gülümsəyirdi.
Birlikdə səhər yeməyini yedilər. Arada atasını soruşdu Səlim. “Atam hərdən bir bizə də gələcəkmi, ana?”
Anası hər dəfə olduğu kimi bu dəfə də sözünü ciddi qəbul etdi: “Elə demə, oğlum. Adam bizim üçün işləyir gecə-gündüz”.
Səlim tez-tələsik durdu və boşqabından bir tikə də
götürüb ağzına qoydu və boğulurmuş kimi cavab verdi: 251
“Ay ana, sən də o dəqiqə ciddi başa düşürsən. Dedim bir az zarafat edim toppuşumla”.
Masadan qalxdı Səlim. Anası, – “Yeməyini bitirmə-din, oğlum! Hara belə tələsik?” – deyə soruşdu.
“Ana, gəzinti işim var bu gün. Əlavə iş çıxdı. Bax, gör indi nə gözəl pul qazanacağam”. Anasının yanağından bir çimdik götürdü və qardaşını da öpərək çıxdı evdən.
Böyük qardaşı arxasından baxırdı Səlimin. O həmişə qardaşının arxasından baxardı. Haraya getdiyini anlamağa çalışırdı bəlkə də… Onun iyirmi altı illik ömrü eləcə anlamağa çalışmaqla keçmişdi.
Metroya tərəf sürətli addımlarla yeriyərkən telefonuna zəng gəldi. Bukre idi. “Sabahın xeyir, Quzu”, – dedi yuxulu bir səslə.
“Sabahın xeyir, yuxu gözəli… Hələ indimi durursan?”
Yuxulu səs cavab verdi: “Biz yuxu adamları üçün gün yeni başlayır. Sən dan söküləndə oyanırsansa, bunda mənim nə günahım var, a Quzu!”
Səlim sürətli addımlarla yeriməyə davam edir, bir yandan da Bukreyə cavab verməyə çalışırdı: “Görürəm ki, sürətlə başlamısan günə. Necə olduğunu bilmək üçün zəng etmişdim səhər. O biri nömrənə zəng etdim, amma bağlıydı”.
Bukre ətraflı izah etdi: “O nömərni artıq işlətməyə-cəyəm, Səlim. Məni burdan axtararsan”.
Səlim məsələni anlamışdı. Üstündə durmadı: “Sənə
demək istədiyim sözlər çoxdu, amma vaxtım yoxdu. Gəzinti işi çıxdı. Turizm şirkəti gəzinti işi verdi yenə. Ora gedirəm. Əlavə pul alacam. Bax, günortadan sonra işim bi-təcək. Qazandığım pulu şirin-şirin yeməyə nə deyirsən?”
251
“Bir az qənaət elə də sən də! Amma yenə də qulağa xoş gəlir təbii”.
Gülüşdülər. Aralarındakı söhbət davam edərkən Səlim “Baxçalı evlər” Metro dayanacağına çatmışdı artıq.
“Yaxşı o zaman, Yavru Quş. Saat üçdə Taksimə gəl.
Mən indi Metroya minirəm, görüşərik sonra”.
“Yaxşı, Quzu. İki tamamda hazırlıqdan çıxıram. Üçdə
ora çatıb sənə zəng edərəm”.
Bukre telefonu bağladı və yatağında tənbəl-tənbəl gərnəşdi. Bir gün əvvəlin təsirindən heç bir iz qalmamışdı zehnində və bədənində. Birbaşa duş almağa getdi. Çıxdı. Özünü çox rahatlanmış kimi hiss edirdi. Pambıqtək olmuşdu bədəni. Geyindi və hazırlıq kitablarını götürüb evdən çıxdı. Şamlıq caddəsindən UEFA Meydanına doğru addımladı. İşıqlardan Bakırköy avtobusuna mindi.
Hazırlıq kursuna gəldi.
Bufetdə oturan hazırlıq yoldaşlarına baxdı. Əvvəllər heç biriylə danışmamışdı. Onlar da yad adama baxırmış
kimi baxırdılar Bukreyə. Baxışlarında ”Bizi vecinə almır, özündənrazının biridir!” ifadəsi var idi. Səhv başa düşül-düyünü bilə-bilə davam etdi soyuq hərəkətlərinə. Aralarından hansısa bir gün onu mütləq başa düşəcəkdi. Əlbəttə, nə vaxtsa onun haqqında yanlış düşündüklərinin fərqinə varacaqdılar. Yaxşı, birdən bu vəziyyətin fərqinə
varmasalar, Bukrenin vecinə olacaqdımı? Xeyr!
Diqqətlə qulaq asdı bütün dərslərə. Tənəffüslərdə
testlərlə məşğul oldu. Liseyi bitirəndən sonra ilk girdiyi imtahanda istədiyi yerə qəbul ola bilməmişdi. Sonrakı iki il də həmçinin. Bu müddətdə Səlim iki illik peşə ixtisasına qəbul olmuş, turizm və otelçiliyi oxumuş, bitirmiş və mə-251
zun olmuşdu, amma iş tapa bilməmişdi. İngilis dilini çox yaxşı bildiyi üçün turizm bələdçiliyi edirdi iş olduqca.
Bu il axırıncı dəfə özünə şans verirdi Bukre. Əgər bu dəfə də qəbul ola bilməsə, ingilis dili kurslarına gedəcək, inkişaf etdirəcəkdi xarici dilini. Hətta imkan olsa, dil üçün Londona getmək haqqında belə düşünürdü. Xarici dili çox yaxşı vəziyyətə gələndə isə o da Səlim kimi turist bələdçiliyi edəcəkdi ən pis halda… Amma bu şəhərdə deyil… Antalya, Bodrum, Fəthiyyə kimi turizm yerlərinə
gedəcəkdi. Sahil həsrəti idi onu bu fikirlərə məhkum edən. Əlbəttə, xəyallarına uyğun gələn bir yer tapacaqdı özünə.
***
Hazırlıqdan sonra Taksimə getdi. İstiqlal Caddəsində
bir kafedə oturub Səlimi gözləməyə başladı. Qəhvəsini içərkən insanları seyr edir, yandakı masada gedən söhbəti istəməsə də eşidirdi. İnsanlar üzlərində olmadığı, ola bil-məyəcəkləri bir maskayla gəzir, danışdıqları hər şeylə olmaq istədikləri adam kimi ifadə edirdilər özlərini. Halbuki nə qədər yarımçıq və aciz idilər. Heç biri bu vəziyyəti hiss eləmirdi. İnsan oğlu belədi onsuz da. Olmadığı ki-mi olduğunu düşünüb özünü göylərə qaldırarkən, əslində, nə olmadığını çox yaxşı bilir. İnsanlar əsla nə olmadıqlarını söyləyə bilməzlər bir-birilərinə. İnsanlar arasında səssizcə davam edən kədərli bir anlaşmadı bu. Hər kəs ra-zıdır öz halından. Şirin yalanlarda itmək acı həqiqətlərdə
özünü tapmaqdan daha cəlbedici idi.
251
Sonra özünü düşündü Bukre. Arxasında tərk edə-edə
böyüməyə çalışdığı özünü. Həmişə itirəcəyi şeyləri sevmişdi. Ən pisi isə sevdiklərini itirmişdi də həmişə. Bu itkilərlə addımlayırdı həyatın tozlu yollarında. Unutmurdu, unuda СКАЧАТЬ